beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mutleq Oxuyunki Islam Tarixini Bilesiz

Güneş şerqden doğur...14 esr bundan önce cehalet ve edaletsizlik zülmetine qerq olmuş dünyada bir güneş doğdu. Bu güneş öz şefeqlerini Hicazdan başlayaraq İraq, İran, Azerbaycan, Afrika ve nehayet bütün dünyaya saçdı. Yeni bir din, kamil bir kitab nazil oldu beşeriyyete. Merhemetli Allah Öz bendelerinin hidayeti üçün son Resulunu gönderdi yer üzüne. Bu sema elçisi bütün varlığı ile mübarize aparır, insanları meenevi saflığa, ictimai edalete devet edirdi. Sonsuz hikmet xezinesi olan müqeddes Qurani-Kerim - «Allaha iman getiren kesler qardaşdırlar» - deye, bütün beşeriyyeti tövhid bayrağı altında dostluğa, semimiyyete sesleyirdi. Kimsesizlere, mezlumlara qardaşlıq merhemeti, tağutlara, zalımlara qarşı barışmazlıq ve qetiyyet şüarı verirdi bu şeriet. Lakin, müqeddes ruhu ebediyyete qovuşan eziz Peyğemberimizin (s) cesedi hele defn olunmamış, müselman qardaşlar arasına bir fitne qatıldı. Bu fitne bütün müselmanların anlaşılmazlığına ve heqiqet düşmenlerinin sevincine sebeb oldu. «Hamınız Allah ipinden yapışın ve heç vaxt tefriqeye düşmeyin» deye, buyuran Qur'an ümmeti müxtelif firqelere, mezheblere ayrıldı...... Eziz müselmanlar, din tariximizde bele bir ixtilafın meydana gelmesinden daha acınacaqlısı odur ki, müselman qardaşlar bir- birlerine qarşı yersiz teessüb hissi besleyir, «sen menim mezhebimden deyilsen» deye, öz qardaşlarına soyuq münasibet gösterirler. Menim fikrimce, uzun iller boyu heç bir mezhebe aid olmayan qerezli insanlar müselmanlar arasında ixtilaf yaratmağa çalışmış, İslam mezheblerini biri- birlerine qarşı qoymaqda ellerinden geleni esirgememişler. Din tariximize nezer saldıqca, bu zeminde düçar olduğumuz yersiz ixtilaflardan yalnız düşmenlerin faydalandığını müşahide edirik. Özümüzden xebersiz olduğumuz halda biri- birimize olmazın böhtan ve iftiralarını yaxmışıq. Xüsusile, Peyğember (s) ve onun Ehli-beytini (e) özüne nümune seçmiş şie mezhebine tuşlanan saysız- hesabsız böhtan ve iftiraları gördükde, özümüzün özümüze yazığımız gelir. Çünki, biz öz müselman qardaşlarımız haqqında lazım olan meelumatı yadlardan alır, heç bir tedqiqat aparmadan hökm etmeye telesirik.... Hörmetli oxucular, burada meqsed esla ixtilaf yaratmaq, her hansı bir mezhebi tenqid etmek deyildir. En azı ona göre ki, öz qardaşlarına qalib gelmek duyğusu sağlam düşüncesi olan her bir müselman üçün en böyük nöqsan sayılır. Sadece olaraq burada şie mezhebine qarşı söylenen iftira ve ittihamlara cavab vermeye ve bu mezhebin bir heqiqet olaraq ehli-sünne mezheblerinde tesdiqlendiyini açıqlamağa çalışmışıq. Bu kitabda heç bir şie menbeyinden istifade olunmamış, yalnız Qur'ani- Kerimden ve Ehli-sünne kitablarından sitatlar getirilmişdir.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 301 Bölmə: Maraqlı melumatlar