beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

NOVRUZ BAYRAMINI QEYD ETMƏNİN HÖKMÜ

Novruz – əslən farca bir sözdür. Ərəbcələşmiş şəkili "Neyruz”dur. Novruzun mənası "yeni gün” deməkdir. Novruz bayramı, Farsların bayramlarından biridir və onların ən böyük bayramı sayılır. Bu günü bayram olaraq ilk dəfə keçirən şəxs farsların ilk krallarından olan Cəmşiddir. Novruz Farisi ilin ilk günləri olub, beş gün davam edir.
Misirdə yaşayan qibtilər də (Misirin xristian ərəbləri) Novruzu qeyd edirlər. Qibtilərə görə Novruz, ilin ilk günü olub Şəm Nəsim (Məltəm ətiri) bayramı adlanır. Bu barədə ən böyük islam alimi olan Zəhəbi – Allah ona rəhmət eləsin – "Təşəbbuhu’-Hasîs bi Əhli’l-Hamîs”; s: 46 adlı əsərində belə demişdir: "Novruz bayramına gəlincə, Misir camaatı həddini aşaraq bu günü təntənəli şəkildə qeyd edirlər. Novruz, Qibtilərin ilinin ilk günü olub onlar bu günü bayram olaraq qeyd edirlər. Müsəlmanlar da bu məsələdə onlara bənzəmişdir” (Medine-i Münevvere İslâm Üniversitesi Dergisi; sayı: 103-104).

Müsəlmanların Ramazan bayramı ilə Qurban bayramından başqa keçirəcəkləri digər heç bir bayram yoxdur. Bu iki bayramdan başqa olan bayramlar, sonradan çıxarılmış, dinə olunan yeniliklərdən biridir. Buna bidət deyilir. Hər bidətin zəlalət olduğunu, hər zəlalətin də sonunun Cəhənnəmdə yanmaq olduğunu bilən hər bir inanclı müsəlman bacardığı qədər belə əməllərdən çəkinməlidir. Bu bayramları qeyd etmək icazəli deyildir. Mən burada məsələləri islamın mövqeyi kimi yazıram. Əlbəttə bizim camaatımız da müsəlman bir xalqdır və bu bayramı çox təntənə ilə qeyd edirlər. Burada ümumi islamın mövqeyini yazıram və mənim hazırladığım material heç kimi narahat etməsin. Dönüşümüz Allahadır.
Hər bir məsələdə, xüsusi ilə şəriət məsələsində söz deyən, fikir bəyan edən şəxs mütləq böyük bir dəlilə əsaslanmalıdır. Biz Novruz bayramını qeyd etmək haqqında tutarlı dəlillərə sahib deylik. Açıq danışaq ki, bu barədə əlimizdə olan dəlillərin hamısı tarix boyu dədə-babalarımızın təkrarladığı adət-ənənədir. Bu da heç bir vaxt həqiqətin yerini verə bilməz. Allahın elçisinin (s.ə.s) yanında olan və ondan hədis rəvayət edən Ənəs ibn Malikdən (r.a) rəvayət olunduğuna görə o belə demişdir:
(( قَدِمَ رَسُولُ اللهِ ج الْمَدِينَةَ وَلَهُمْ يَوْمَانِ يَلْعَبُونَ فِيهِمَا، فَقَالَ: مَا هَذَانِ الْيَوْمَانِ؟ قَالُوا: كُنَّا نَلْعَبُ فِيهِمَا فِي الْجَاهِلِيَّةِ. فَقَالَ رَسُولُ اللهِ ج: إِنَّ اللهَ قَدْ أَبْدَلَكُمْ بِهِمَا خَيْرًا مِنْهُمَا: يَوْمَ الْأَضْحَى وَيَوْمَ الْفِطْرِ.)) [ رواه أبو داود والنسائي وصححه الألباني في السلسة الصحيحة ]
Allahın rəsulu (s.ə.s) Hicrətdən sonra Məkkədən Mədinəyə gəldikdə, Mədinəlilərin (Novruz bayrmı günü ilə Mehracan günü adlandırdıqları) oynayıb əyləndikləri iki günləri var idi. Allahın rəsulu (s.ə.s):
- Bu günlər nədir? – deyə soruşdu.
Mədinəlilər:
- Biz (İslamdan əvvəl), cahiliyyət dövründən üzü bəri bu günlərdə əylənirik, dedilər.
Bunu eşitdikdə Allahın rəsulu (s.ə.s) belə buyurdu:
- Şübhəsiz ki, Allah təala sizə o iki günün əvəzinə (dünyada və axirətdə) daha xeyirli olan iki bayramı; Qurban bayramı və Ramazan bayramını vermişdir” (Ebu Davud; hadis no: 1134. Nesâî; hadis no: 1556. Elbânî de; «Silsiletu’l-Ehâdîsi’s-Sahîha»; hadis no: 2021′de hadisin sahih olduğunu belirtmiştir..)
Dinə sonradan əlavə olunan bayramlara, Novruz bayramı, Qadınlar bayramı, Analar günü, Ad günləri, Müstəqillik bayramı və s. sayı-hesabı olmayan bayramların hamısı daxildir. Əgər qeyd olunan bayram Novruz bayramı kimi, əsasən kafirlərin şənləndikləri bayramlardandırsa bu zaman haramlığı, daha da şiddətli və böyük olar. Novruz bayramı, cahiliyyə bayramlarından biriir. Farslar, İslamdan əvvəl bu bayramı qeyd etdikləri kimi, xristianlar da bu bayramı qeyd edirdilər. Farslara və xristianlara bənzəmək olduğuna görə Novruz bayramını qeyd etmənin haram olması, açıq aşkar ortadadır. İmam Zəhəbi (Allah ona rəhmət eləsin) «ət-Təməssuk bi’s-Sunən və’t-Təhzîr minə’l-Bidə’ /Sünnətə Bağlanmaq ve Bidətlərdən çəkinmək» risâləsində belə demişdir: "Ad günü, Yeni il, Novruz kimi bayramlarda islamdan uzaq insanlara bənzəmək çirkin bir bidətdir (dində yenilikdir). Bir müsəlman, bu günləri və bayramları bilmədən din sayaraq edərsə (müqəddəsləşdirərsə), o tənqid olunmalı, ona islamın bu barədə olan hökmü öyrədilməlidir. Əgər dindən uzaq insanlara sevgi bəsləyərək və onların bayramlarına sevinc hissi keçirərək bu bayramı qeyd edərsə, bu davranışına görə də tənqid olunmalıdır. Yox əgər bir adət və əyləncə olsun deyə və ailəsini razı edib uşaqlarının sevinməsi üçün edərsə, bu təqdirdə onun vəziyyətinə baxılır. Əməllər, ancaq niyyətlərə görə dəyərləndirlir. Cahil olan, bu barədə heç bir məlumtaı olmayan bu məsələdə üzrlüdür və islamın bu barədəki hökmü özünə öyrədilməlidir. Ən doğrunu bilən Allah təaladır” (Medine-i Münevvere İslâm Üniversitesi Dergisi; sayı: 103-104).


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 123 Bölmə: Maraqlı melumatlar