Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHın gözəl Adları

Allahın Gözəl Adları


SƏNSƏN ALLAH...Sənədir qulluğum. Sənədir çarəm, Səninlədir varlığım, Səni axtarır ruhum, Səni anar qəlbim, başqasına deyil, sənə möhtacam. Başqasını deyil, Səni çağırıram. Başqası yaradılmışdır, Sən YARADANSAN. Başqaları davamsızdır, Sən daimsən, Sən daim edənsən. Başqaları möhtacdır, Sən ehtiyacsan, ehtiyacları görənsən. Başqa İlah yoxdur, Sən ALLAHSAN. Sən tayı-bərabəri və bənzəri olmayansan. Sənki bütün əksiksiz sifətlərin sahibisən, cəmalına çevir üzümü, başqasına rəğbət etdirmə qəlbimi.



YA RƏHMAN...Sən elə rəhm edərsənki, rəhmətinin bir parçası mənə cənnət olar, rəhmətindən bir parıltı sonsuz xoşbəxtliyim olar. Rəhmətinin bir damlası başqa hər kəsin ruzisini yetirməyə kifayətdir. Bu çarəsiz qəlbimə mərhəmətini endir və bu fani ömrümü sonsuzluğa çatdır.


EY RƏHİM...Sən elə Rəhimsənki, qulaqlarım istər-istəməz səni dinləməyə can atır, ağlıma vəhyinlə tənəzzül edirsən. Elə Rəhimsənki Səndən istəyəndə həmişə verirsən, Səndən istəməyəndə belə bizə lütf edirsən. Elə Rəhimsənki, haqqı olana həmişə verərsən, haqqı olmayana belə çox şey bəxş edərsən. Elə Rəhimsənki, dünyanı bu qədər gözəl etmisən, Axirəti bundan daha gözəl etmisən, YA RƏBBİ, qorxudan qəlbimi əmin et mənim, hüzündən qəlbimi azad et. Atəşdən uzaq et məi, hicrana düşürtmə məni. rəhmətinin rəhminə al məni, mərhəmətinin qucağına al qəlbimi.



YA MƏLİK...Kimsənin kimsəyə fayda verə bilməyəcəyi gün hökm Sənindir! Göylərin yarıldığı gün sahibim Sənsən, ulduzlar dağılan günü sahibim Sənsən! Varlığım mənə aid deyil, varım-yoxum hamısı Sənindir, əlimdə olanlar mənim deyil, sahib olduqlarım da sənindir, yoxluğa düşürmə məni, darlıq vermə qəlbimə, məkan Sənindir.



YA QUDDUS...Quddus Sənsən və qüdsiyyət Səndədir, buna söz ola bilməzSən diləməsən Sən istəməsən heç bir şey pak sayılmaz, könlüm Sənə yönəlmədikcə saf olmaz. Qanımı hər nəfəsimdə təmizlədiyin kimi, nəfsimiə pak elə! Təmizlənənlərə məhəbbət bəslərsən, könlümüdə məhəbbətinlə təmizlə.



YA SALAM...Sənsən salam, Səndədir salam və salamatçılıq. Əmrini dinləyərək atəş İbrahimə(Ə.S)sərin və salamat oldu. İbrahim(Ə.S)kimi dostluğuna qəbul et məni. İbrahim(Ə.S)kimi atəşi bir gül et et dər məni. Salamını şəbnəm kimi toxundur.



YA MÖMİN...Sən hidayətini göndərməsən qəlblər necə rahat ola bilər?! Sən qəlbləri imanla rahat etməsən kim inandığından əmin olar?! Sən inandırmasan, kim mömin və imanlı qala bilər?! Nəfsimin hiyləsinə, nəfsimin əlinə buraxma məni. Elə bir mömin etki məni, peşmançılıqlarım Sənə döndərsin məni.



YA MUHƏYMİN...Sənsən qəriblərin sığınacağı, Sənsən kimsəsizlərin dayağı, Sənsən haqqı himayə edən. Sənsən ağlımı aldanışlardan və yalanlardan qoruyan, Sənsən ayağımı hiylələrdən və tələlərdən qoruyan. Sənki zəifləri qüvvətləndirən şərrindən himayə edənsən, məzlumların haqqını zalimlərdən almağı vəd edərsən, Sənki mənim ən kiçik, ən əhəmiyyətsiz, ən gizli arzularımı da bilir və mənə mərhəmət edirsən. Nəfsimin yalanlarına aldanmaqdan qoru məni. Aşağılara və alçaqlığa yuvarlanmaqdan qoru məni.



YA ƏZİZ...İzzət Sənindir və Səndədir İzzət. Sən istəsən kimsə zillətə deşməz, Sən verməsən heç kimdə izzət qalmaz. Qəlbim yalnız sənə yönəlir, yaxınlığınla əziz et qəlbimi. Ruhum yalnız səni axtarır, hüzurunla əziz et ruhumu! Mənim halım və vəziyyətim yalnız sənə aşkardır, başqalarının yanında rəzil etmə məni.



YA CABBAR...Sənki məğrurları qürurlarına əsir edərsən, Sənki təkəbbürlük göstərənlərin boynuna təkəbbürlüklərini bir yük edərsən. Sən zorluq edib zülm edənləri öz vicdanlarının pəncəsinə həbs edərsən, bir milçəyin vasitəsi ilə Nəmrudlardan qurtar məni. Əbabilləri göndər, məni Əbrəhaların fillərindən qurtar. Nəfsimin məni zorlamasına izin vermə.Ağlımın məni azdırmasına keçid vermə.Həmişə itaətçi olaraq sabit saxla məni.



YA MÜTƏKƏBBİR...Mən acizəm, Sən isə qadirsən, mən faqirəm, Sən Rəhimsən. Mən ölüyəm sən həmişə yaşayırsan. Mən çarəsizəm, Sən Əhədsən. Mən möhtacam, Sən ehtiyacsızsan. Mən karam, eşidən sənsən. Mən koram, görən Sənsən. MƏn dilsizəm, danışan Sənsən. Mən yaradılmışam, Yaradan Sənsən.Mən yoxam var edən Sənsən. MƏn heçəm amma əməllərim böyükdür. Mən yoxsulam amma istəklərim çoxdur. mən istərəm çünki sən böyüksən, şahid yaz böyüklüyünə bu kiçik qəlbimi.



YA XALİQ...Sən ol deyərkən, hər şey olur, o de ki, olum, yaratdıqların arasında qalım. Haqqıyla əxlaqlı olum. Sən yaratdın deyə gözəl olum və həmişə belə gözəl qalım.



YA BARİ...Ruhum Sənin əlindədir, bədənim sənə əmanətdir, yoxluqda tərk etmə məni, qaranlıqda buraxma məni, çirkinliyə daldırma məni, gözəl et hər halımı.



YA MÜSƏVVİR...Yoxluğa varlıq surətini geydirən Sənsən. Gözəli gözəl edən ancaq sənin təsvirindir. Sən mənim sifətimi mənim üçün tək, sevdiklərim üçün tanınmış etmisən. Qatında məqbul olan gözəlliklə təsvir et surətimi.



YA ĞAFFAR...Gizli peşmanlıqlarımı bilən Sənsən, göz yaşlarıma dəyər verən sənsən, amma bilirəmki rəhmət dənizlərini bulandıra bilməz günahlarım, Rəhmətinlə bağışla məni.



YA QAHHAR...Sən elə Qahharsanki qəhrində lütfün çox, qəhrində tələsmirəm. Sən elə Qahharsanki qəhrində ədalət var. Düşmənimiz çoxdur, acizliyimiz də sonsuzdur. Qəhrinlə həlak et zalimləri.



YA VAHHAB...Yoxluğa sırf yox olduğu üçün varlıq bəxş etmisən. Nankorların belə ruzisini kəsməzsən. İnkar edənlərə belə nəfəs verərsən. Varlığım Sənin lütfümdür, Sənin ehsanındır. Aciz varlığıma lütfünü, ehsanını daim et.


Tarix: 05.06.2013 / 22:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 339 Bölmə: Maraqlı melumatlar
loading...