beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Katib mələklərin yaradılmasında hikmət

Sual: Allah təala bizlər üçün mübarək, katib mələklər yaradıb. Söylədiklərimizi və eşitdiyimiz hər bir şeyi yazırlar. Madam ki, Allah təala hər bir şeyi Öz elmi ilə əhatə etmişdir və bizim gizlətdiyimiz və yaxud açığa vurduğumuz heç bir şey Ona gizli deyil, elə isə mələklərin yaradılmasında hikmət nədir?

Cavab: İlk öncə, bu cür məsələlərdən bəhs etdikdə, biz buna dair hikmətləri həm dərk edə, həm də ola bilsin ki dərk etməyə bilərik. Bir çox məsələlər vardır ki, onların hikmətini biz başa düşmürük.

Necə ki, Allah təala buyurur: “(Ya Rəsulum!) Səndən ruh (ruhun mahiyyəti və keyfiyyəti) haqqında soruşarlar. De: “Ruh Rəbbimin əmrindədir. (Allahın əmri ilə yaradılmışdır). Sizə (bu barədə) yalnız cüzi (az) bir bilik verilmişdir!”” (əl-İsra 17: 85)

Lakin mələkərin xəlq edilməsinə gəldikdə, sanki sual verən yoldaş məndən “Nə üçün Allah təala dəvəni və yaxud atı və ya uzunqulağı və yaxud insanı o şəkildə yaratmışdır”-deyə soruşmaq istətir Və buna bənzər digər suallar. Və yaxud ola bilsin ki, sual verən məndən sanki “Allah nə üçün zöhr namazını dörd rükət, əsr namazını dörd rükət və işa namazını dörd rükət əmr etmişdir. Bu qəbildən olan suallara gəldikdə, biz onlardakı hikmətləri dərk edə bilmərik. Çünki əks halda biri soruşa bilər ki, Allah nə üçün bunları səkkiz və yaxud altı rükət etməmişdir. Ona görə də, biz bilirik ki, bu cür yaradılış və şəriətin bir çox yönləri barəsində onlarda olan hikmət sadəcə bizə məlum deyil. Bununla belə, Allah təalanın yaratdıqları və şəriətdəki bəzi məsələlər barəsində bəzi hikmətlər bizə məlumdursa, bu o deməkdir ki, Allah təala bizə onlar barəsində məlumat vermişdir və bu da sadəcə böyük bir fəzilət, elm və xeyirdir. Bununla belə bu barədə məlumatımız yoxdursa biz bir şey itirmirik.

İndi isə gəlin sualınıza qayıdaq. Bizim etdiyimiz hər bir şeyi bilən mübarək katib mələklərin yaradılmasında hikmət nədir? Bunda olan hikmət budur ki, bu göstərir ki, Allah təala hər bir şeyə əmr vermişdir və hər bir şeyi kamil şəkildə nizamlamışdır. O qədər ki, O bəndələrin əməlləri üzərində onları yazan mübarək katib mələklər təyin etmişdir. Bunlar bəndələrin etdikləri hər bir əməli yazmaqla mükəlləf tutulmuşdurlar. Bütün bunlar Allah təalanın bəndələrinin qayğısına kamil surətdə qalmasını göstərir və Onun nöqsansız, kamil yaratmasına şahidlik edir.

Allah daha yaxşı bilir.

Şeyx Muhəmməd bin Salih əl-Useymin
Qadınlara dair İslam hökmləri-Darussalam səh.58-59


Tarix: 05.04.2013 / 19:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 133 Bölmə: Maraqlı melumatlar