beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hicabdadır

Hicabdadır!
Sənədir, gözəl xanım, eşit mənim sözlərimi
Qadının gözəlliyi, lətafəti hicabdadır!
O anı bircə düşün, hicabsız nə edər qadın?
Saf olan bir xanımın ləyaqəti hicabdadır!

Hər adam qılsa namaz, ALLAHına hörmət edər,
Eşqi var bəndəsinə, ALLAH ona rəhmət edər,
Hicab örtməyən qadın həyatını zülmət edər,
Çün onun cismi- bədən ibadəti hicabdadır!

Qadının gözəlliyi nə qaşda, nə gözündədir,
Nə də ki, nuri- sifət, huri- mələk üzündədir.
Arasan gözəlliyin, bil ki, onun içindədir.
Həzrəti Fatimənin əmanəti hicabdadır!

Hələ bir xəyal edir, qərbsayağı geyim geyir,
Soruşanda küfr edir, “Mən də müasirəm!”- deyir,
Çəkirəm ALLAH adın, əsəbiləşir, ağız əyir,
Nə qədər deyim, qadın fərasəti hicabdadır!

İlahi rəhmət istəsən, getginən Qur`ana bax,
Ya isinmək istəsən, dönginən Rəhmana bax,
Qəlbin ağrayır əgər, sal içini səhmana bax,
Hicabsız olmur, çün ürək ədaləti hicabdadır!

Şeytan onu aldadırsa, nədən qadın qarışmayır?
Yürütməyir bircə fikir, fikir başa yığışmayır,
Utanır, həya edir, ya içinə sığışmayır?!
Görəsən, zəmanənin xəcaləti hicabdadır?!

İstəyir, ilahına yaxınlaşa, bacarmayır,
Çəkinir qorxa- qorxa, həddin aşa bacarmayır
Nə fərqi olsa cavan, dolsa yaşa, bacarmayır!
Qadının Ondan olan cəsarəti hicabdadır!

Can Ona bir addım gedir, O, ona onun gəlir,
Bir qism adamlara bu kainat oyun gəlir,
Ey adam, oyanginən, az qalıbdır, sonun gəlir!
Sonunun xeyirliyə icabəti hicabdadır!

Bəzilər deyir, geysə hicabı, o sıcaqlığı
Hiss edər, bişər, yenə buraxmayır uşaqlığı
Görəsən, varmı xəbər, göstərə o qoçaqlığı?
Deyəsən, cəhənnəmin hərarəti hicabdadır?!


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 141 Bölmə: Maraqlı melumatlar