beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmanı Qorumaq və Gücləndirmək üçün vasitələr

Xüsusəndə fitnələrin çoxaldığı bir zamanda hər bir müsəlman imanını qorumaq üçün aşağıdakı vasitələrə sarılmalıdır.
1.Fərz namazlarını vaxtında qılmalı,sünnə namazlarına diqqət yetirməli,sədəqə və sairə saleh əməlləri çoxaltmalıdır.

2.2.Çoxlu quran oxumalı və Uca Allaha çox zikr etməlidir.Əsasəndə səhər və axşam ziklərini etməkdə tənbəlçiliyə yol verməməlidir.

3.Şəriət elmlərini mənimsəmək üçün məscidlərdəki elm məclislərində iştirak etməli,dini kaset və cd-ləri həmişə dinləməyə önəm verməli və dini kitablar oxumalıdır.

4.Saleh əməlli insanlarla dostluq etməli və pis əməl sahiblərindən uzaq olmalı.

5.Valideynlərin xidmətində durmalı, onların üzünə ağ olmamalı və insanlara yaxşlıq etməlidir.
Uca Allah buyurmuşdur:
"Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız! (Mətləbinizə yetişəsiniz!)"( əl-Həcc,77)

6.Fitnə-fəsadı yayan və ona cəlb edən məkanlardan uzaq durmaq.

7.Dünya və axirət üçün faydalı işləri etmək üçün vaxtı sərf etmək .Vaxtı boş şeylərə sərf etməkdən çəkinmək.

8.İnsan nəfsi elədir ki, hər anı ibadət, zikr və sairə yaxşı əməllərlə keçirməyi bacarmır.Ona görədə nəfsi rahatlacaq , sakit və gözəl yerdə dincəlmək, idman etmək və sairə günah olmayan işlərlə nəfsi rahatlatmaq.

9.Uca Allah çoxlu dua etmək.Çünki Uca Allaha kim yalvaraq və səmi qəlbdən dua edərsə Uca Allan onu qoruyar.
Uca Allah buyurmuşdur:
"Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz! "(əl-Əraf,55)
Peyğəmbərimiz (sav) dua edərkən bu sözləri çox çox təkrar edərdi.
"Ey qəlbləri sabit edən Allahım.Qəlbimi dinində sabit eylə"


Tarix: 13.04.2013 / 16:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 69 Bölmə: Maraqlı melumatlar