beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müdrik Hekayə

Bir nəfər bərbərxanaya gəlir. Bərbər onun saçını kəsdiyi vaxt aralarında Allah haqqında söhbət düşür. Bərbər deyir: "Nə də desəniz, Allahın varlığına inanmıram". Müştəri: "Nəyə görə?" Bərbər: "Elə çıxın küçəyə baxın. Allah varsa, niyə bu qədər xəstə insanlar var? Niyə bu qədər kimsəsiz uşaqlar var? Əgər O həqiqətən də var olsaydı, onda nə qəm olardı, nə də kədər. Allah mərhəmətli olsaydı, bütün bunlara necə izn verərdi?" Müştəri fikrə gedir. Bərbər öz işini bitirir və müştəri onun haqqını ödəyib oranı tərk edir. O, küçəyə çıxanda orada üzü tüklü, tük basmış bir adam görür. Müştəri bərbərxanaya qayıdır və bərbərdən pəncərəyə yaxınlaşmasını xahiş edir. Həmin tük basmış adamı ona göstərib belə deyir: "Bərbərlər mövcud deyil!" bunu deyib müştəri ədəblə bərbərxanadan çıxır və oradan uzaqlaşır...


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 61 Bölmə: Maraqlı melumatlar