beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

CƏHƏNNƏM ƏHLİNİN ƏZABI

Cəhənnəm əhlinin əzabının çeşidli və müxtəlif dərəcəli olması: Cəhənnəm əzablarının bir-birindən şiddətli olduğu təbəqələrdən ibarət olduğu üçün onun əhli də öz əməllərinin müqabilində müxtəlif dərəcəli əzablara məruz qalacaqdır. Cəhənnəm əzabı ancaq eyni dərəcəli bir əzab deyil, əksinə, onun əhlinin bu dünyada gördüyü əməllərin, etdiyi günahların səviyyəsinə uyğun şəkildə müəyyənləşdirilmiş müxtəlif dərəcəli əzablardan ibarətdir. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) bu əzabların müxtəlif dərəcəli olmasını Müslimin rəvayət etdiyi aşağıdakı hədisində belə təsvir etmişdir: «Cəhənnəm [öz sakinlərinin] bəzilərini topuqlarına, bəzilərini dizlərinə, bəzilərini bellərinə və bəzilərini isə körpücük sümüklərinə qədər çulğalayacaqdır».

İbn Rəcəb (Allah ona rəhmət eləsin!) demişdir: «Bilmək lazımdır ki, Cəhənnəm əhlinin düçar olduğu əzabların müxtəlif səviyyəli olması onu Cəhənnəmə aparan günahların dərəcəsi ilə əlaqədardır və Allah-taala bu barədə belə buyurur: «Hamının (mö’minlərin və kafirlərin) etdiyi əməllərə görə (Cənnətdə və Cəhənnəmdə) dərəcələri vardır...», «(Dünyadakı əmələrinə) uyğun cəza olaraq». Həmçinin qeyd etmək lazımdır ki, tövhid əhli arasında olan asi insanlar da öz əməllərinin müqabilində müxtəlif dərəcəli əzablarla qarşılaşacaqlar. Təbii ki, belə olan halda böyük günahlar törətmiş insanlarla kiçik günah sahiblərinin cəzası da eyni ola bilməz və üstəgəl onların bəzilərinin cəzası son anda onlara verilən savabın müqabilində və ya Allahın istədiyi hansısa bir səbəbə görə yüngülləşdirilə də bilər».

Cəhənnəm əhlinin ən yüngül əzaba düçar olunanı kimdir?
Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) Cəhənnəmdəki ən yüngül əzab haqqında bizlərə belə xəbər vermişdir: «Qiyamət günü Cəhənnəm əhlinə verilən ən yüngül cəza insanın ayaqqabı və qaytanlarının oddan olmasıdır ki, bundan da insanın beyni qaynayır. Heç kəs özünün düçar olduğu əzabdan daha şiddətli əzaba düçar olanı görə bilmir. Halbuki o, ən yüngül əzaba düçar olandır». Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Tanrı Özü bizi belə əzablardan qorusun. Əgər Cəhənnəm əhlinə verilən ən yüngül əzab belədirsə, bəs onda ən şiddətli əzabı necə, təsəvvür etmək mümkündürmü?!


Tarix: 04.05.2013 / 11:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 73 Bölmə: Maraqlı melumatlar