beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mirzə Əbdürrəhim Qarabaği

Mirzə Əbdürrəhim Molla Məhəmmədbağır oğlu Qarabaği - şair, müctəhid

Həyatı

Mirzə Əbdürrəhim Qarabaği 1794-cü ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Onun mənsub olduğu nəslin nümayəndələri ardıcıl olaraq Şuşanın qazisi və məşhur ruhaniləri olublar. Təhsil almaq məqsədilə Nəcəfə yola düşən gənc Mirzə Əbdürrəhim Şeyx Əhməd Bəhreynidən dərs alaraq ictihad məqamına çatmışdı. Daha sonra Şuşaya qayıdaraq elmi və ictimai fəaliyyətə başlamışdı. O zaman Azərbaycan Rusiya imperiyasının tərkibində idi. Buna baxmayaraq Mirzə Əbdürrəhim Qarabağinin sayəsində burada mədrəsələr açılır, şəriət qanunları təbliğ olunur, dini elmlər üzrə tələbələr yetişdirilirdi. Onun fəaliyyətindən narahat olan bəzi qüvvələr alim barəsində şaiyə yayır və rus məmurlarına yanlış məlumatlar çatdırırdılar. Bu səbəbdən alim Tiflis canişini Vorontsovun yanına gətizdirilərək həbs olunmuşdu. Bir neçə müddətdən sonra onun barəsində verilən məlumatların yalan olduğu aydınlaşmış və o azadlığa buraxılmışdı. Həbsdən sonra Mirzə Əbdürrəhim Qarabaği Şirvana köçmüşdü. Az müddətdən sonra alim məhərrəm ayının 9-u burada vəfat etmişdir. Onun cənazəsi Şirvan məntəqəsindən Şamaxıya, buradan isə Nəcəfə aparılaraq torpağa tapşırılmışdı.

Mirzə Əbdürrəhim Qarabağinin həmçinin şairlik istedadı olub və o, Əlil təxəllüsü ilə farsca şeirlər yazıb.


Tarix: 24.02.2013 / 17:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 133 Bölmə: Maraqlı melumatlar