beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahın düşməni fironun ölümqabağı anı və ölümü

Məqəddəs Qııranda canabi Haqq Musa peyğəmbərin çağrısını rədd edən Misir fironunun tarixi və ölümü haqda bəhs etdi. Allah-Təala buyurub: "İsrail oğullarnın dənizdən' (sağ-salamat) keçirtdik. Firon və əsgərləri zalimcəsinə və düşməncəsinə onlann arxasınca düşdülər. Firon batacağı anda: "İsrail oğullarının inandıqlarından başqa Tanrı olmadığına iman gətirirəm. Mən artıq (Ona) təslim olanlar-danam!" -dedi. İndimi? (Bütün var-dövlətin, hakimiyyətin əlindən çıxdıqdan sonramı iman gətirirsən?) Halbuki əvvəlcə (Allaha) qarşı çıxmış və fltnə-fəsad törədənlərdən olmuşdun! Səndən sonrakılara bir ibrət olsun deyə bu gün səni xilas edəcəyik (Sənin cansız bədənin sahilə atılacaq). Həqiqətən çoxusu ayələrimizdən xəbərsizdir!" ("Yunus", 90-92).

Bu ayədə Allah fıronun və onun qoşununun batmasını təsvir edib. Firon eşidəndə ki Musa (aleyhissalam) altı min kişi və onların ailələri ilə Misiri tərk edib, qəzəbləndi və bütün bölgələrdən öz əsgərlərini topladı. Sübh tezdən fironun boyük ordusu İsrail oğullarını haqladı. Musa və səhabələrinin qarşısında dəniz, arxasında isə saysız hesabsız düşmən ordusu dururdu. İsrail oğulları Musadan qətiyyətlə xahiş edirdilər ki, onlann fironla vuruşmadan yaxalarını qurtarsın və artıq ləngitmək mümkün olmayanda Allah Musaya öz asası ilə dənizə vurmağı əmr etdi.
Dəniz aralandı və arasında dağabənzər divarları olan on iki dənə boyük cığır əmələ gəldi. Bu cığırın hər birindən israillilərin nəsilləri keçdi. Allah küləyə torpağı qurutmağı əmr etdi və Musaya belə buyurdu: "...qullarımla gecə yola çıx (əsanı suya vurmaqla) onlar üçün dənizə quru bir yol aç. (Fironun) sizə yetişməsindən qorxma, (suya qərq olmaqdan da) əndişəyə düşmə!" ("Taha", 77).
İsrail oğullarımn keçdiyi cığırları bölən su divarları insanların bir-birlərinin salamat olmasından xəbər tutması üçün şəffaf pəncərəyə bənzəyirdilər. Sonda Musanm bütün səhabələri sudan sağ-salamat çıxdılar. Bu zaman bütün bunları görən fıronun canını qorxu aldı və o, öz qoşununu saxlayıb dönmək istədi, "lakin artıq (əzabdan) qaçıb can qurtarmaq vaxtı deyildi" ("Sad", 3).
Tale əvvəlcədən müəyyən edilmişdi və möminlərin duası eşidildi. Firon artıq Allahın qəzəbindən yaxa qurtara bilmədi. O, öz əyanlarına müraciət etdi və hökmlə dedi: "İsrail oğullarnı dənizə bizdən artıq haqları yoxdur. Bir-birinizin ardınca dənizi döyüşə-döyüşə keçin". Onların hamısı denizə girdi və öndə gedənlər cığırlarla sahilə çıxmaq istəyəndə Allah dənizə onlann üstünə qapanmağı əmr etdi. Dalğalar cəsədləri atıb-tuturdu və günahkarlardan heç biri sağ qalmadı. Dəniz bu-rulğanı fıronu udanda, qaçılmaz ölüm isə onu öz ağuşuna alanda o, qışqırdı: "Mən inandım ki, İsrail oğullarının inandıqlarından başqa Allah yoxdur və mən ona (Allaha) təslim olanlardanam". O, imanın insana heç nə ilə kömək edə bilməyəcəyi vaxt inandı və bunun üçün Allah dedi: "İndi sən İnandın, ancaq əvvəl sən bizə tabe olmurdun ve kafir idin". israil oğullarının bəziləri fironun ölməsinə şübhə ilə yanaşdıqda Allah dənizə onun ölü cəsədini quruya atmağı əmr etdi. Onun üzərində hələ də məşhur dəmir geyimi var idi və insanlar bu əzazil tiranın öldüyünə əmin oldular'

Xalid ibn Əbdürrəhman aş-Şayi Sultan ibn Fahd ar-Raşid


Tarix: 04.05.2013 / 17:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 117 Bölmə: Maraqlı melumatlar