beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

VALİDEYNLƏRƏ HÖRMƏT

1.Bəhz ibn Həkim atasından, o da babasından (r.a) rəvayət edir ki, mən Peyğəmbərdən r soruşdum: “Ey Allahın elçisi! Mən kimə qayğı göstərməliyəm?” Dedi: “Anana!” Yenə soruşdum: “Kimə qayğı göstərməliyəm?” Dedi: “Anana!” Yenə soruşdum: “Kimə qayğı göstərməliyəm?” Dedi: “Anana!” Yenə soruşdum: “Kimə qayğı göstərməliyəm?” Dedi: “Atana! Sonra da ən yaxın və ən yaxın olanlara”.

2. Abdullah ibn Ömər (r.a) dedi: “Rəbbin razılığı valideynin razılığına görə, qəzəbi də valideynin qəzəbinə görədir!”

3.İbn Abbas (r.a) rəvayət edir ki, bir kişi onun yanına gəlib dedi: “Mən bir qadına elçi göndərdim, o isə mənə ərə gəlməkdən imtina etdi. Lakin başqa birisi ona elçi göndərdi, ona ərə getməyə razılıq verdi. Mən də qısqanclıq üzündən qadını öldürdüm. Hərgah tövbə etsəm, qəbul olarmı?” İbn Abbas (r.a) soruşdu: “Anan sağdırmı?” O: “Xeyr!”- deyə cavab verdi. İbn Abbas (r.a) dedi: “Qüdrətli və əzəmətli Allaha tövbə et və bacardığın qədər Ona yaxınlaş!”

4.Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbərdən r soruşdular: “Ey Allahın elçisi! Mən kimə qayğı göstərməliyəm?” Dedi: “Anana!” Yenə soruşdular: “Sonra kimə?” Dedi: “Anana!” Bir də soruşdular: “Sonra kimə?” Dedi: “Anana!” (Dördüncü dəfə): “Sonra kimə?”- deyə təkrar edildikdə, dedi: “Atana!”

5.Əbu Hureyra (r.a) rəvayət edir ki, bir kişi Allahın peyğəmbərinin r yanına gəlib: “Mənə nə edərsən?”- dedi. Peyğəmbər r: “Ananın qayğısına qal!”- dedi. O yenə soruşdu. Peyğəmbər r: “Ananın qayğısına qal!”- dedi. O yenə soruşdu: Peyğəmbər r: “Ananın qayğısına qal!”- dedi. O, dördüncü dəfə soruşduqda Peyğəmbər r: “Atanın qayğısına qal!”- dedi.

6.Teysələ ibn Məyyas rəvayət edir ki, “Mən Nəcdatlarla (Nəcdat – hərurilərdən olan Nəcdə ibn Amir əl-Xaricinin havadarlarıdır.) eyni fikirdə idim. Bir gün böyük günahlardan hesab etdiyim bir günahı işlətdim, sonra da bunu ibn Ömərə (r.a) dedim. İbn Ömər: (r.a): “Nədir o?”- deyə soruşdu. Mən dedim: “Filan, filan işi görmüşəm”. O dedi: “Bu ki, böyük günahlardan deyil. Böyük günahlar doqquzdur; Allaha şərik qoşmaq, adam öldürmək, cihaddan qaçmaq, ismətli qadına böhtan atmaq, sələm yemək, yetimin malını yemək, məsciddə haqdan yayınmaq, (dini) məsxərəyə qoymaq və valideynlərin üzünə ağ olub onları ağlatmaq”. (Sonra) ibn Ömər (r.a) mənə dedi: “Cəhənnəm odundan çəkinib Cənnətə girmək istəyirsənmi?” Mən: “Əlbəttə!”- deyə cavab verdim. O soruşdu: “Valideynin sağdırmı?” Dedim ki: “Bircə anam sağdır!” O dedi: “Allaha and olsun! Əgər onunla mülayim danışsan və ona yemək-içmək versən, böyük günahlardan çəkinsən, mütləq Cənnətə girəcəksən.”
Urva (r.a):
“Onların hər ikisinə rəhm edərək təvazö qanadının altına al.” (əl-İsra surəsinin 24-cü) ayəsini izah edib demişdir: “Onların istədiyinə mane olma!”

7.Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər r belə dedi: “Övlad valideynə onun üçün etdiklərinin əvəzini (heç nə ilə) qaytara bilməz. Yalnız onu kölə ikən alıb azad etməsi istisnadır.

8.Əbu Burdə (r.a) deyir ki, mən ibn Ömərlə (r.a) bir yerdə idim. Yəmənli bir kişi öz anasını kürəyində daşıyaraq Kə'bəni təvaf edir və deyirdi:
Doğrusu, anamın müti dəvəsiyəm,
Dəvə qorxudulsa da qorxan deyiləm
Sonra kişi dedi: “Ey ibn Ömər! Bir de görüm, anamın mənə elədiklərinin əvəzini verdimmi?” İbn Ömər (r.a) dedi: “Xeyr! (Bu elədiyin, heç doğuş zamanı olan) bir iniltini belə əvəz etmir
Bunun ardından ibn Ömər (r.a) təvaf etdi. (Kə'bəni təvaf edib bitirən kimi) İbrahim məqamına gəlib iki rükət namaz qıldı. Sonra da dedi: “Ey ibn Əbu Musa! Həqiqətən, iki rükət namaz onlardan öncəki günahları silir”.

9.Abdullah ibn Amr (r.a) dedi: “Bir kişi ata-anasını gözüyaşlı qoyub Peyğəmbərin r yanına gəldi ki, hicrət (cihad) etmək üçün ona bey'ət (Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) dəvətini qəbul edərək ona tabe və sadiq olma.) etsin. Peyğəmbər r dedi: “Ata-ananın yanına qayıt! Onları necə ağlar qoydunsa, elə də güldür”.

10.Ummu Haninin (r.a) himayəsində olan Əbu Murra rəvayət edir ki, mən Əbu Hureyra (r.a) ilə birgə onun yaşadığı yerə zil-Huleyfəyə gəldim. O, yaşadığı yerə gəlib çatdıqda uca səslə çağırıb dedi: “Ay ana! Sənə salam olsun, Allahın mərhəməti və Onun bərəkəti (yetişsin)!” Anası dedi: “Sənə də salam olsun, Allahın mərhəməti və Onun bərəkəti (yetişsin)!” O dedi: “Sən məni körpəliyimdən tərbiyə edib bəslədiyin kimi Allah da sənə rəhm etsin!” Anası dedi: “Oğlum! Sən mənə qocalığın ən düşkün çağında qayğı göstərdiyin kimi Allah da səni xeyirlə mükafatlandırsın və səndən razı qalsın!”

11.Əbu Bəkrə (r.a) rəvayət edir ki, Peyğəmbər r üç dəfə dedi: “Sizə günahların ən böyükləri barədə xəbər verimmi?” (Əshabələr): “Əlbəttə, ya Rəsulallah!”- deyə cavab verdilər. O: “(Ən böyük günah) Allaha şərik qoşmaq, valideynlərin üzünə ağ olmaqdır, – (deyib) söykəndiyi yerdən qalxıb oturdu (və) –, yalan söz danışmaqdır”- dedi. O bunu dalbadal o qədər təkrar etdi ki, mən öz-özümə dedim: “Nə olaydı o susaydı”.

12.Vərrad deyir ki, Muaviyə (r.a) Muğiraya (r.a) belə bir məktub yazdı: “Mənə Peyğəmbərdən r eşitdiyin hədislərdən birini yaz”. Muğira (r.a) mənə diktə etdi, məndə bu əllərimlə yazdım: “Həqiqətən, mən ondan eşidim; çox sual verməyi, var-dövləti israf etməyi və söz gəzdirməyi qadağan etdi”.

13.Əbu Tufeyl deyir ki, Əlidən (r.a) soruşdular: “Peyğəmbər r sizə məxsusi olaraq elə bir şey ayırıb veribdirmi ki, onu başqa insanlara vermiş olmasın?” O dedi: “Peyğəmbər r başqa insanlara deyil, yalnız bizə məxsusi olaraq elə bir şey qoymamışdır. Yalnız qılıncımın qınındakı istisnadır”. Sonra o, (qılıncının qınından) bir vərəq çıxartdı. Orada yazılmışdı: “Allahdan başqasına qurban kəsənə Allah lənət eləsin. Yer üzündəki sərhədləri pozana Allah lənət eləsin. Valideynlərinə lənət oxuyana Allah lənət eləsin. Cinayətkara yardım edənə Allah lənət eləsin”.

14.Əbud-Dərda (r.a) rəvayət edir ki, Peyğəmbər r mənə doqquz şeyi tövsiyə etdi: “Tikə-tikə edilsən yaxud yandırılsan belə heç nəyi Allaha şərik qoşma. Bilərəkdən vacib namazları tərk etmə. Belə ki, bilərəkdən onu tərk edən kimsə xata-baladan qorunmaz. Şərab içmə. Çünki o, hər bir şər əmələ açardır. Valideynlərinə itaət et. Əgər sənə dünya işlərindən əl çəkməyi əmr etsələr, onlara görə (bundan) əl çək. Özünün haqq olduğunu bilsən də ixtiyar sahibləri ilə mübahisə etmə. Həlak olsan da, yoldaşların cihaddan qaçmış olsa da sən qaçma. Varından öz ailənə xərclə, dəyənəyini onların üzərindən qaldırma və onları qüdrətli və əzəmətli Allahla qorxut”.

15.Abdullah ibn Amr (r.a) rəvayət edir ki, bir kişi Peyğəmbərin r yanına gəlib dedi: “Mən ata-anamı gözüyaşlı qoyub gəlmişəm ki, hicrət (cihad) etmək üçün sənə bey'ət (Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) dəvətini qəbul edərək ona tabe və sadiq olma.) edim”. Peyğəmbər r dedi: “Ata-ananın yanına qayıt! Onları necə ağlar qoyubsansa, elə də güldür”.
17. Abdullah ibn Amr (r.a) rəvayət edir ki, bir kişi Peyğəmbərin r yanına gəlib cihada getmək istədiyini ona bildirdi. Peyğəmbər r soruşdu: “Valideynlərin sağdırmı?” O: “Bəli!”- deyə cavab verdi. Peyğəmbər r dedi: “Elə isə onlar üçün çalış”.


16.Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər r dedi: “Zəlil oldu, zəlil oldu, zəlil oldu!” (Əshabələr) dedilər: “Kim, ya Rəsulallah?” O dedi: “Valideynləri yaxud ikisindən biri qocalanadək onlarla yaşayıb, sonra da (üzlərinə ağ olub) Cəhənnəmə girən kəs”.

17.Sə'd ibn Əbi Vəqqas (r.a) demişdir: “Uca Allahın Kitabında mənim barəmdə dörd ayə nazil olmuşdur;


(Birincisi) Anam and içdi ki, mən Muhəmməddən r ayrılmayınca yeməyəcək, içməyəcəkdir. Qüdrətli və əzəmətli Allah da bu ayəni nazil etdi:
“Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səninlə mübarizə aparsalar, onlara itaət etmə. Dünyada onlarla gözəl davran.” (Loğman, 15)
İkincisi: Mən (qənimətdən) xoşuma gələn bir qılıncı götürüb: “Ey Allahın elçisi! Bunu mənə bağışla”- dedim. Bu vaxt ayə nazil oldu:
“Səndən qənimətlər (onların bölünməsi) haqqında soruşurlar...” (əl-Ənfal, 1)
Üçüncüsü: Mən xəstələnmişdim. Peyğəmbər r mənə baş çəkdi və mən soruşdum: “Ey Allahın elçisi! Mən varımı bölmək istəyirəm. Yarısını vəsiyyət edə bilərəmmi?” O: “Xeyr!”- deyə cavab verdi. Mən yenə soruşdum: “Bəs üçdə birini?” O susdu. Bu hadisədən sonra malın üçdə birinin vəsiyyət edilməsinə izn verildi.
Dördüncüsü: Mən ənsarla (Ənsar - Peyğəmbərə r və mühacirlərə sığınacaq verib kömək edən Mədinə sakinləridir.) birgə şərab içdim. Onlardan biri (Mədinə yaxınlığındakı) Luha-Cəməldə mənim burnuma vurdu. (Ertəsi gün) mən Peyğəmbərin r yanına gəldim. Bu vaxt qüdrətli və əzəmətli Allah şərabın haram olması barədə ayə (əl-Maidə, 90-91.) nazil etdi.
21. Əsma bint Əbu Bəkr (r.a) rəvayət edir ki, Peyğəmbərin r dövründə anam mənimlə görüşmək üçün yanıma gəldi. Mən Peyğəmbərdən r: “Onunla görüşümmü?”- deyə soruşdum. O: “Bəli!”- deyə cavab verdi.
(Hədisi danışan ravi) ibn Uyeynə deyir ki, qüdrətli və əzəmətli Allah onun barəsində ayə nazil etdi.
“Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etmir. Həqiqətən, Allah ədalətli olanları sevir!” (əl-Mumtəhinə, 8)
22. İbn Ömər (r.a) rəvayət edir ki, Ömər (r.a) satılan siyra bürüncəyini (Tərkibində ipək olan bir libasdır.
( görüncə dedi: “Ya Rəsulallah! Bunu al. Sən onu həm cümə günü, həm də yanına (qəbilələrdən) nümayəndələr gəldikdə geyərsən”. O dedi: “Bunu ancaq (Axirətdə) heç bir payı olmayanlar geyər!” Sonra həmin bürüncəkdən bir neçəsini Peyğəmbərə r gətirdilər. O da Ömərə (r.a) bir bürüncək göndərdi. Ömər (r.a) dedi: “Mən onu necə geyə bilərəm ki, sən onun haqqında dediyini artıq demisən.” O dedi: “Mən onu sənə verməmişəm ki, geyəsən. Vermişəm ki, onu satasan ya da başqasına bağışlayasan”. Ömər (r.a) onu Məkkədə yaşayan doğma qardaşına göndərdi. Qardaşı isə hələ İslamı qəbul etməmişdi.


18.Abdullah ibn Amr (r.a) rəvayət edir ki, Peyğəmbər r buyurdu: “Kişinin öz valideynlərini söyməsi böyük günahlardandır”. (Əshabələr) dedilər: “Heç (adamda öz valideynini) söyərmi?” O dedi: “Birisini söyür, o da onun ata-anasını söyür”.

19.Abdullah ibn Amr (r.a) deyir ki, kişinin öz valideynlərini söydürməsi Uca Allah yanında böyük günahlardandır”.

20.Əbu Bəkrə (r.a) rəvayət edir ki, Peyğəmbər r buyurdu: “(Allah tərəfindən) günah sahibinə verilən cəzanın (Axirət gününə) saxlanılması ilə yanaşı (həmin cəzanın dünyada da) ona tezliklə verilməsi üçün (ata-anaya qarşı) azğınlıq etmək və qohumluq əlaqələrini kəsmək kimi günahdan daha münasib bir günah yoxdur”.

21.İbn Ömər (r.a) demişdir: “Valideynləri gözüyaşlı qoymaq nankorluq və böyük günahdır”.

22.Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbərin r belə dediyini eşitdim: “Üç növ dua var ki, onların qəbul olunmasına heç bir şəkk-şübhə yoxdur; məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”.

23.Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər r dedi: “Doğulan körpələrdən beşikdə ikən ancaq Məryəm oğlu İsa – Allahın ona salavatı və salamı olsun –, və Cureycin sahibi danışmışdır”. (Əshabələr) soruşdu: “Ey Allahın peyğəmbəri! Cureycin sahibi kimdir?” O dedi: “Cureyc rahib olub. Onun bir koması var idi. O vaxtlar mal-qara otaran naxırçı onun komasının aşağı tərəfinə gələr, kənd sakinlərindən olan (pozğun) bir qadın da həmin naxırçı ilə yaxınlıq edərdi. Günlərin bir günü (Cureycin) anası gəlib: “Ey Cureyc!” deyə onu çağırdı. Bu vaxt o, namaz qılırdı. Odur ki, namazda ikən öz-özünə: “Anammı ya namazmı?”- dedi, sonra da namazı (anasından) üstün tutmaq qərarına gəldi. Anası ikinci dəfə onu çağırdı. O yenə də öz-özünə: “Anammı ya namazmı?”- dedi, sonra da namazı üstün tutmaq qərarına gəldi. Anası üçüncü dəfə onu çağırdı. O yenə də öz-özünə: “Anammı ya namazmı?”- dedi, sonra da namazı üstün tutmaq qərarına gəldi. Elə ki anasına cavab vermədi, anası: “Ey Cureyc! Zinakar qadınların üzünə baxmayınca Allah səni öldürməsin!”- dedi, sonra da çıxıb getdi. (Naxırçı ilə yaxınlıq etmiş) o qadını (zinadan doğulmuş) körpəsi ilə birgə padşahın yanına gətirdilər. Padşah soruşdu: “(Uşaq) kimdəndir?” Qadın: “Cureycdəndir!”- deyə cavab verdi. Padşah yenə soruşdu: “Komanın sahibimi?” Qadın: “Bəli!”- deyə cavab verdi. Padşah dedi: “Onun komasını dağıdın, özünü də yanıma gətirin!” Onun komasını yerlə yeksan olana qədər balta ilə qırıq-qırıq etdilər. Əllərini iplə boynuna bağladılar. Sonra da onu (padşahın yanına) apardılar. Cureyc zinakar qadınların yanından keçərkən onları görüb gülümsədi. Onlar da camaatın arasında ona baxırdılar. Padşah dedi: “Bilirsənmi bu qadın nə iddia edir?” Cureyc soruşdu: “Nə iddia edir ki?” Padşah dedi: “İddia edir ki, uşağı səndəndir”. Cureyc (qadına) dedi: “Doğrudanmı sən (belə) iddia edirsən?” Qadın: “Bəli!”- deyə cavab verdi. Cureyc soruşdu: “O körpə haradadır?” Dedilər: “Budur, qadının otağında!” Cureyc ona yaxınlaşıb soruşdu: “Atan kimdir?” (Körpə): “Naxırçıdır!”- deyə cavab verdi. Padşah dedi: “Komanı qızıldan düzəldəkmi?” O: “Xeyr!”- deyə cavab verdi. Padşah dedi: “Bəs gümüşdən necə?” O yenə də: “Xeyr!”- deyə cavab verdi. Padşah dedi: “Bəs necə edək?” O dedi: “Onu əvvəlki şəklinə qaytarın!” Padşah dedi: “Bəs nə üçün gülümsədin?” O: “Bildiyim bir şeyə gülümsədim, anamın duası mənə yetişdi”- dedi, sonra da (başına gələni) onlara danışdı”.

24.Əbu Hureyra (r.a) demişdir: “Mənim barəmdə eşidən elə bir yəhudi yaxud nəsrani yoxdur ki, məni sevməsin. Mən anamı İslam dininə dəvət edirdim, o isə bunu rədd edirdi. Günlərin birində yenə dəvətimi rədd etdikdə Peyğəmbərin r yanına gəlib dedim: “Onun üçün Allaha dua et”. O da dua etdi. Sonra mən anamım yanına qayıtdım. O qapını açıb dedi: “Ey Əbu Hureyra! Mən müsəlman oldum”. Bunu Peyğəmbərə r xəbər verdikdən sonra dedim: “Mənim üçün də anam üçün də Allaha dua et”. O da dua etdi: “Allahım! Qulların Əbu Hureyra və onun anasını insanlara sevdir!”

25.Əbu Hureyra (r.a) dedi: “Ölən adamın dərəcəsi onun vəfatından sonra bir qədər də qaldırılar. O da: “Ey Rəbbim! Bu nəyə görədir?” deyə soruşar”. (Ona) “Övladın sənin üçün dua etmişdir”- deyilər”.

26.Muhəmməd ibn Sirin rəvayət edir ki, bir gecə biz Əbu Hureyranın (r.a) yanında idik. O dedi: “Allahım! Əbu Hureyranı, onun anasını və onlar üçün bağışlanma diləyən kimsələri bağışla!” Biz onlar üçün bağışlanma dilədik ki, Əbu Hureyranın duası bizə də yetişsin.

27.Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər r buyurdu: “Bəndə ölən kimi onun bütün əməlləri kəsilir. Yalnız üç şey istisnadır; Davamlı sədəqə yaxud fayda verən elm və ya onu üçün dua edən əməlisaleh övlad”.

28.İbn Abbas (r.a) rəvayət edir ki, bir kişi dedi: “Ey Allahın elçisi! Anam vəfat etmiş və heç nə vəsiyyət etməmişdir. Anamın əvəzinə sədəqə verməyim ona fayda verərmi?” Peyğəmbər r : “Bəli”- deyə cavab verdi.

29.İbn Ömər rəvayət edir ki, Peyğəmbər dedi: “Həqiqətən də ən gözəl yaxşılıq adamın öz atası ilə dost olmuş insanlarla əlaqələri möhkəmləndirməsidir”.


Tarix: 25.04.2013 / 19:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 481 Bölmə: Maraqlı melumatlar