Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mövlanada "NAMAZ"

"Məni az ziyarət et!" sözü, aşiqlərə görə deyil; gerçək aşiqlərin canları çox susuzdur! "Məni az ziyarət et!" sözü balıqlara xəbərdar etmi? Onların canları, dəniz olmadıqca yaşaya bilərmi? Bu dənizin suyu çox qorxuncdur; amma, balıqların mahmurluğuna görə bir qurtumcuqdur! Bir an üçün ayrı düşmək, aşiqə bir il kimi gəlir."



Mövlana -rahmətullahi əleyh- Allahın hüzuruna boş çıxmamaq lazım olduğunu, gecələri sabah üçün hazırlıq edərək keçirmək lazım olduğunu nə gözəl ifadə edər:



"Dostların yanına əli boş gəlmək, dəyirmana buğdasız getməyə bənzər. Cənabı Haqq, məhşər günündə, xalqa; "Qiyamət günü üçün nə hədiyyə gətirdiniz?" deyə soruşacaq. Sizi ilk yaratdığımızda olduğu kimi, əli boş, azuqəsiz olaraq, tək başınıza möhtac bir halda gəldiniz." deyə buyuracaq. "Haydı söyləyin qiyamət günü üçün, hədiyyə olaraq nə gətirdiniz?" Yoxsa, sizdə dünyadan axirətə dönmək və Allahın hüzuruna çıxmaq ümidi yoxmu idi? Quranın qiyamət haqqındakı xəbəri, sizə boşmu görünmüşdü?



Qiyamət gününü inkar etmirsənsə, o dostun qapısına belə əli boş olaraq necə ayaq atırsan? Azca olsun, yuxunu, yeməyi içməyi burax da Haqqla görüşəcəyin zaman üçün bir hədiyyə hazırla... Ey Haqq aşiqi, gecələri az yatanlardan, səhər vaxtları günahlarının bağışlanmasını istəyənlərdən ol.



Ana rəhmindəki uşaq kimi azca oyna, tərpən də sənə, nur görən duyğular bağışlasınlar. Ana rəhminə bənzəyən, bu çətinlikli, kasvətli, kədərlərlə dolu dünyadan çölə çıxarsansa, yer üzündən daha geniş, daha fərah bir aləmə çıxmış olarsan. "Allahın yaratdığı yer üzü genişdir. Qulluq, ibadət ediləcək yerləri çoxdur." demişlər ya, işdə o geniş yer, peyğəmbərlərin getmiş olduqları yerdir; məna aləmidir. O geniş sahədə, könül daralmaz. Yaş ağacın budağı orada qurumaz."


Tarix: 08.06.2013 / 14:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 140 Bölmə: Maraqlı melumatlar
loading...