beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

EHLİ-BEYT KİMLERDİR?

Ereb dili mütexessisleri ve islam alimleri Ehli-beyt mefhumunun me‘nasını geniş şekilde şerh edibler. Onlar yalnız dörd neferin – Eli, Fatime, Hesen ve Hüseynin (Allah onlardan razı olsun!) Ehli-beytden olduğunu iddia edenlerin eksine olaraq, bu mefhumun en evvel peyğemberin (s.) heyat yoldaşlarını ehate etdiyini bildiribler. Ehli-beytin yalnız dörd neferden ibaret olduğunu söylemek dilçi alimlerin ve din alimlerinin bu mesele ile bağlı söyledikleri fikirlere, elece de Qur‘an ve Sünneye ziddir.
İbn Faris «Meqayis el-luğa» kitabında: «Erebce et-teehhul sözünün evlenmek me‘nasında işlendiyini, kişinin ehli onun arvadına ve ona en yaxın insanlara, evin ehli onun sakinlerine, islam ehli onu qebul edib Allah-tealanın qoyduğu qayda-qanunlara emel eden insanlara» – deyildiyini bildirir.
Dilçi alim er-Rağib el-İsfahaninin bu meseleye münasibeti beledir: «Kişinin ehli onun qohumlarına ve onunla eyni dinde olan insanlara deyilir. Hemçinin bu, senetleri eyni olan, bir evde ve ya ölkede yaşayan insanlara da aiddir. Eslinde ise kişinin ehli onunla bir yerde yaşayan şexslerdir. Sonralar bu me'na daha da genişlenerek aralarında qohumluq elaqesi olan insanlara da şamil edilmişdir. Qeyd edek ki, Qur’anın «el-Ehzab» suresinin 33-cu ayesine göre Ehli-beyt deyildikde peyğemberin ailesi nezerde tutulur. Hemin ayede deyilir:
"…Ey ehli-beyt! Allah sizden çirkinliyi yox etmek ve sizi tertemiz (pak) etmek ister"
(«el-Ehzab», 33).
Belelikle, kişinin ehli dedikde zövcesi, islam ehli dedikde ise onun qayda-qanunlarına emel eden insanlar nezerde tutulur. Sonra o bildirir ki, erebce, kişi evlenerse ona aile sahibi oldu deyilir ve birine Allah-teala seni Cennetde evlendirsin dedikde hemin me’na nezerde tutulur».
İbn Manzurun «Lisen el-arab» kitabında qeyd edilir ki, «Mezheb ehli onun ardıcıllarına, islam ehli onun qayda-qanunlarına emel edenlere, emr ehli hakimlere, ev ehli onun sakinlerine, kişinin ehli ona en yaxın insanlara deyilir ve Peyğemberin (s.) Ehli-beyti onun zövceleri, qızları ve kürekeni Elidir. Peyğemberin Ehli-beytinin yalnız onun zövcelerinden ibaret olduğu da neql edilmişdir. Sonra o bildirir ki, ereb dilinde «et-teehhul» sözü evlenmek me‘nasında işledilir ve arvadı, uşaqları olan kişiye «ehil», evlenmeyen şexse «azeb», kişiye en yaxın insanlara onun ehli, Allah-tealaya ve peyğemberine yaxın olan insanlara ise övliyalar deyilir».
«Tec el-arus» kitabında bu mesele ile bağlı deyilir ki, «Mezheb ehli onu qebul edib inanan insanlar, kişinin ehli zövcesi ve övladlarıdır. Qur’anın «el-Qeses» suresinin 29-cu ayesinde de hemin bu me‘na nezerde tutulur. Bu ayede bele qeyd olunur:
"Musa (onillik xidmet) müddetini başa vurub ailesi ile birlikde (Misire teref) yola çıxdığı zaman Tur dağı terefde bir od gördü…".
(«El-Qeses», 29)
Ayedeki aile sözü ile Musa peyğemberin zövcesine işare olunur. Mehemmed peyğemberin ehli dedikde de onun zövceleri, qızları ve kürekeni Eli (Allah ondan razı olsun!) qesd olunur. Hemçinin onun ehlinin ona yaxın kişi qohumlarını, nevelerini ehate etdiyi de qeyd olunmuşdur. Aşağıdakı ayelerde de yuxarıda qeyd etdiyimiz me‘na nezerde tutulur. Allah-teala Qur’anda buyurur:
«Ehline namaz qılmağı emr et, özün de ona (namaza) sebrle davam et»
(«Taha», 132).
Diger Qur‘an ayesinde ise bele deyilir:
«…Ey Ehli-beyt! Allah sizden çirkinliyi yox etmek ve sizi tertemiz (pak) etmek ister»
(«el-Ehzab», 33).
Başqa bir ayede Allah-teala buyurur:
«… Ey ev ehli! Allahın merhemeti ve bereketi sizin üstünüzde olsun…»
(«Hud», 73).
Belelikle her peyğemberin ehli onun ümmeti ve milletidir. Allah-teala Qur’anda buyurur:
«O öz ümmetine namaz qılmağı, zekat vermeyi emr edirdi…»
(«Meryem», 55).
Ayede İsmayıl peyğemberden behs edilir ve oradakı «ehl» sözü yuxarıda qeyd etdiyimiz me‘nanı ifade edir.
Hemçinin «el-Misbah el-munir» kitabında bu mesele ile bağlı deyilir: «Kişinin ehli onun qadınlarına, ev ehline ve terefdarlarına deyilir».
Bununla da dilçi alimlerin qeyd etdiyi delillerden peyğemberin (s.) Ehli-beyti dedikde kimlerin nezerde tutulduğu bize aydın oldu. Belelikle, peyğemberin (s) Ehli-beytine onun zövceleri, sonra uşaqları ve qohumlar daxildir. Qur’anda bir neçe yerde bu me’naya işare olunmuşdur. Allah-teala Qur’anda Xelilullah İbrahim peyğemberin hekayetinde meleklerin onun yanına müjde ile gelmesinden behs ederken buyurur:
«(İbrahimin) arvadı (Sara perde arxasında) durmuşdu (ve ya qonaqlara qulluq edirdi). O (bu sözleri eşidib Lut tayfasının başına gelecek müsibetden qafil olduğuna sevinerek ve ya qoca yaşında oğlu olacağına teeccüblenerek) güldü. Bundan sonra Biz onu İshaqla, İshaqın ardınca Ye’qubla (İshaqın, ondan sonra Ye’qubun dünyaya geleceyi ile) müjdeledik. (İbrahimin arvadı) dedi: "Vay halıma! Men qoca bir qarı, bu erim de ixtiyar bir kişi olduğu halda, men nece doğa bilerem?! Bu çox teeccüblü bir şeydir!"»
(«Hud», 71-72).
Bu ayelerin davamı olan, yuxarıda gösterdiyimiz «Hud» suresinin 73-cü ayesinde qeyd olunan Ehli-beyt ifadesinde de İbrahim peyğemberin (e) zövcesi nezerde tutulur. Hemçinin Allah-teala Qur’anda Musa peyğember (e) haqqında danışarken buyurur:
«Musa (onillik xidmet) müddetini başa vurub ailesi ile birlikde (Misire teref) yola çıxdığı zaman Tur dağı terefde bir od gördü. O, ailesine dedi: "Siz (men qayıdanadek burada) durun. Men bir od gördüm…"»
(«el-Qeses», 29).
Bu ayede de Ehli-beyt dedikde Musa peyğemberin (e) heyat yoldaşı nezerde tutulur. Çünki, hemin vaxt Musa peyğemberin (e) yanında heyat yoldaşından başqa heç kim yox idi. Bundan elave Qur’anda peyğemberin (s) zövcelerine xitaben Ehli-beyt ifadesi işledilir.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 441 Bölmə: Maraqlı melumatlar