beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəbrdə səni qoruyacaq əməllər

Abu Hureyra (r.a)-dən rəvayət olunurki, peyğəmbər (s.a.v) demişdir: “Həqiqətən cənazəni torpaqa basdırdıqdan sonra, o onu tərk edib gedən insanların ayaq səslərini eşidəcəkdir. Əgər o mömin olubsa, onun namazı onun başı üzərində yerləşəcək, onun orucu ondan sağda yerləçəcək, zəkatı onun sol tərəfində yerləşəcək, və onun sədəqə, nafilə namazı, xeyrxahlıqı və insanlarla gözəl rəftar etmə kimi saleh əməlləri onun ayaq tərəfində yerləşəcək. Mələklər onun baş tərəfindən yaxınlaşmaq istədikdə, namaz deyəcək: “Mənin tərəfimdən yol yoxdur!” Sonra onlar sağ tərəfdən yaxınlaşmaq istədikdə, oruc deyəcək: “Mənin tərəfimdən yol yoxdur!” Sonra onlar sol tərəfdən yaxınlaşmaq istədikdə, zəkat deyəcək: “Mənin tərəfimdən yol yoxdur!” Nəhayət onlar ayaq hissəsindən yaxınlaşmaq istədikdə, saleh əməllər deyəcək: “Mənin tərəfimdən yol yoxdur!” Başqa bir rəvayətdə deyilir: “Mələklər onun baş tərəfindən yaxınlaşmaq istədikdə, oxuduqu Quran onu qoruyacaq. Onun əl tərəfindən yaxınlaşmaq istədikdə, sədəqə onu qoruyacaq. Onun ayaq hissəsindən yaxınlaşmaq istədikdə, onun məscidə gedən qədəmləri onu qoruyacaq”.

(İbn Hibban, 3103; əl-Hakim, 1/379; at-Tabarani. Bu hədisin səhihliyini əl-Bəyhəqi, əz-Zəhəbi və əl-Albani kimi imamlar təsdiq etmişlər. Bax “Səhihu-ttarğib”, 3560-61.)


Tarix: 24.04.2013 / 21:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 96 Bölmə: Maraqlı melumatlar