beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cənnət əhli

51. Allahdan qorxanlar isə təhlükəsiz bir yerdə -
52. Baxçalarda və çeşmələr başında olacaqlar!
53. Tafdadan və atlazdan libaslar geyib qarşı – qarşıya əyləşəcəklər.
54. Bax belə! Üstəlik onları iri qara gözlü hurilərlə də evləndirəcəyik.
55. Onlar orada əmin – amanlıq içində hər meyvədən istəyəcəklər.
56. Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. Allah onları Cəhənnəm əzabından qorumuşdur –
57. sənin Rəbbinin lütfkarlığı sayəsində. Məhz bu, böyük uğurdur.
(əd – Duxan – 51,52,53,54,55,56,57)

17. Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və nemət içində yaşayacaqlar.
18.Rəbbinin onlara bəxş etiyinə sevinəcəklər. Rəbbi onları Cəhənnəm əzabından xilas etmişdi.
19.Onlara deyiləcək: “ Xeyrxah əməllərinizin əvəzi olaraq nuşi canlıqla yeyin için!”
20. Onlar səflərlə salınmış müttəkələrə dirsəklənəcəklər. biz onları iri qara gözlü hurilərlə evləndirəcəyik.
21.Möminlərin imanda onların arxasınca gedən nəsillərini də Cənnətdə özlərinə qovuşduracağıq. Onların əməllərində heç bir şey əskiltməyəcəyik. Hər kəs qazandığının girovudur.
22. Onlara istədikləri meyvədən və ətdən bol – bol verəcəyik.
23.Onlar orada bir – birinə şərab dolu badə uzadacaqlar. Bu şərab onları nə boşboğazlığa nə də günaha təhrik etməz.
24.Onların ərtafında xidmətlərinə verilmiş, qorunub saxlanılan mirvari kimi cavan oğlanlar dolanacaqlar.
25.Onlar bir – birinə üz tutub soruşacaqlar.
26.Onlar deyəcəklər: “Biz əvəllər ailəmiz içində olarkən Allahdan qorxurduq.
27.Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əzabından qorudu.
28.Biz əvəllər Ona dua edirdik. Həqiqətən, O, yaxşılıq edəndir, Rəhmlidir!”
(ət – Tur – 17,18,19,20,21,22,23,24,25,26,27,28)



46. Rəbbinin hüzurunda durmaqdan qorxanları iki Cənnət bağı gözləyir.
47. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız.
48. İkisində də növbənöv meyvələrlə dolu budaqlar vardır.
49. Elə isə Rəbbinizin hansı nemətlərin yalan sayırsınız?
50. İkisində də iki axar bulaq vardır.
51. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
52. İkisində də hər meyvədən qoşa – qoşa vardır.
53. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
54. Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki bağın meyvələri onlara yaxın olacaqdır.
55. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
56. Orada gözlərini öz ərlərinə dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır.
57. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
58. Onlar sanki yaqut və mərcandırlar.
59. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
60. Yaxşılığın əvəzi ancaq yaxşılıq deyilmi?
61. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
62. Bu ikisindən başqa daha iki Cənnət bağı da vardır.
63. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
64.Hər ikisi tünd yaşıldır.
65. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
66. İkisində də fəvvarə vuran iki bulaq vardır.
67. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
68. İkisində də cürbəcür meyvələr, xurma ağacalrı və nar vardır.
69. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
70. Orada xoş xasiyyətli, gözəl qızlar vardır.
71. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
72. Çadırlarda gözlərini öz ərlərinə dikmiş hurilər vardır.
73. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
74. Onlar onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır.
75. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
76. Onlar yaşıl balışlara və gözəl döşəkçələrə dirsəklənəcəklər.
77. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
78. Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər mübarəkdir.
(ər – Rəhman – 46,47,48,49,50,51,52,53,54,55,56,57,58,59,60,61,62,63,64,65,66,67,68,69,70,71,72,73,74,75,76,77,78)


8. Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri.
10.Xeyrxah işlərdə öndə gedənlər, Cənnətdə də öndədirlər.
11. Onlar Allaha yaxın olanlar,
12. Nəim bağlarında qalacaq kimsələrdir.
13. Onların çoxu əvvəlki nəsillərdən
14. az bir qismi isə axırıncılardandır.
15. Onlar bəzənmiş taxtalar üstündə
16. qarşı – qarşıya əyləşib dirsəklənəcəklər.
17. Onların ətrafında həmişə cavan xidmətçi oğlanlar fırlanacaqlar;
18. çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə -
19. ondan başları ağrımaz və məst olmazlar,
20. bəyənib seçdikləri meyvələr
21. və istədikləri quş əti ilə fırlanacaqlar.
22. Onları iri qaragözlü hurilət gözləyir –
23. sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər.
24. Bu, onlarırn etdikləri əməlləin mükafatı olacaq.
25. Onlar orada nə boş söz nə də günaha səbəb olan söhbət eşidəcəklər.
26. Ancaq: “Salam! Salam!” – sözləri eşidəcəklər.
27. Sağ tərəf sahiblər, nə xoşbəxtdir sağ tərəf sahibləri.
28. Onlar tikansız sidr ağacları arasında,
29. meyvələri salxım – salxım asılmış banan ağacları altında
30. uzanmış kölgəliklərdə
31. daim axan sular kənarında,
32. çoxlu meyvələr,
33. tükənməz və qadağan edilməyən meyvələr içində
34. və hündür döşəklər üstündə olacaqlar.
35. Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq.
36. Onları bakirə qızlar edəcəyik –
37. ərlərini sevən, həmyaşıdlar.
38. Bunlar sağ tərəf sahibləri üçündür.
39. Onların çoxu əvvəlki nəsillərdən,
40. bir qismi də axırıncılardandır.
(əl – Vaqiyə - 8,10,11,12,13,14,15,16,17,18,19,20,21,22,23,24,25,26,27,28,29,30,31,32,33,34,35,36,37,38,39,40


21. Allah əzəldən belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvətlidir, Qüdrətlidir.
22.Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum - əqrabaları olsalar belə - dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. Allah onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razızıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Həqiqətən məhz Allahın firqəsi nicat tapanlardır.
(əl – Mücadilə - 21,22)



18. O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir.
19. Kitabı sağ əlinə verilən deyəcəkdir: “Budur, oxuyun kitabımı!
20. Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam”.
21. O, xoşbəxt həyat sürəcəkdir
22. uca bir Cənnətdə,
23. elə bir Cənnətdə ki, onun meyvələri lap yaxınlıqda olacaqdır.
24. Onlara: “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşi canlıqla yeyin – için!” deyiləcəkdir.
(əl – Haqqə - 18,19,20,21,22,23,24)



5. Sözsüz ki, itaətkarlar kafur qatılmış şərabla dolu badələrdən nuş edəcəklər.
6.Bu elə bir bulaqdır ki, Allahın qulları ondan doyunca içər və onun mənsəbini istədikləri səmtə yönəldərlər.
7. Onlar vəd etdikləri nəziri verər və vəhşəti hər yeri sarsıdacaq Gündən qorxarlar.
12. və onlara səbr etdiklərinə görə Cənnəti bəxş edər və orada geyəcəkləri ipəklə mükafatlandırar.
13. Onlar orada taxtlar üzərində mütəkkələrə dirsəklənəcək və orada nə günəş, nə də bərk soyuq görməyəcəklər.
14. Cənnət ağaclarının kölgələri özləri onlara yaxınlaşacaq, meyvələri də tam onların ixtiyarına veriləcək.
15. Onların ətrafına təamlarla dolu gümüşdən hazırlanmış qablar və billur qədəhlər dolandırılacaq.
16. Gümüşdən olan elə billur qədəhlər ki, xidmətçilər onları Cənnətdəkiləri içmək istədikləri həcimdə hazırlamışlar.
17. Orada onlara zəncəfil qatılmış şərab badəsi içirdiləcək.
18. Bu elə bir bulaqdandır ki, o, Cənnətdə Səlsəbil adlanır.
19. Onların ətrafında həmişə gənc olan xidmətçi cavanlar dolanacaqlar. Onları gördükdə səpəlnmiş mirvari dənləri olduqlarını sanarsan.
20. Cənnətdə hara baxsan nemət və əzəmətli səltənət nişanəsi görərsən.
21. Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların qoluna gümüş bilərzik bağlanacaq. Onların Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir.
22. Onlara deyiləcəkdir: “Həqiqətən, bu, sizə bir hədiyyədir və səyyiniz təşəkkürə layiqdir”.
(əl – İnsan – 5,6,7,12,13,14,15,16,17,18,19,20,21,22)



31. Həqiqətən müttəqilər üçün nicat yeri vardır.
32. Həmçinin bağlar və üzümlüklər,
33. dolğun döşlü həmyaşıd qızlar
34. və ləbələb doldurulmuş qədəhlər də vardır!
35. Onlar orada nə mənasız sözlər, nə də iftira eşitməyəcəklər.
36. Bunlar sənin Rəbbindən olan mükafatlar, bunlar sənin Rəbbindən artıqlaması ilə verilən töhvələrdir.
(əl – Nəbə - 31,32,33,34,35,36


22. Həqiqətən, itaətkarlar nemətlər içində olacaqlar.
23.Onlar taxtlar üstündə seyrə dalacaqlar.
24.Sən onların çöhrəsində saədət parlaqlığı görəcəksən.
25.Onlara möhürlü şərabdan içirdiləcəkdir.
26.Onun möhürü müşkdür. Qoy çalışanlar onun üçün səy göstərsnlər.
27.Onun qatışığı isə təsnim bulağındandır.
28.O təsnim elə bil bulaqdır ki, ondan Allaha yaxın olanlar içərlər.
29.Doğrudan da günah edənlər iman gətirənlərə gülürdülər,
34. Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər.
35. Onlar taxtlar üstündə ətrafa baxacaqlar.
36. Kafirlər törətdiklərinin cəzasını aldılarmı.
(əl – Mutafifin – 22,23,24,25,26,27,28,29,34,35,36


27. O gün möminə deyiləcəkdir: “ Ey arxayın olan kəs!”
28.Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön .
29. Mənim qularımın cərgəsinə keç!
30. Cənnətə daxil ol!
(əl – Fəcr – 27,28,29,30)


Tarix: 11.04.2013 / 19:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 501 Bölmə: Maraqlı melumatlar