Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SİRAT ( Sirat Cəhənnəm üzərində qurulmuşdur. Tükdən incə və qılıncdan itidir. Cənnət ilə Cəhənnəm ar

Sirat – məna etibarı ilə geniş yol, izlənilən yol deməkdir. «Şübhəsiz ki, bu mənim siratımdır (yolumdur). O halda ona uyun». (əl-Ənam 153). Allahın haqq dini olan bu siratın üzərində doğru yeriyən bir kimsə axirətdə də o, siratın üzərində doğru yeriyə biləcəkdir.
Sirat Cəhənnəm üzərində qurulmuşdur. Tükdən incə və qılıncdan itidir. Cənnət ilə Cəhənnəm arasındakı körpüdür. İnsanlar əməllərinə görə siratın üzərindən keçəcəklər. Kimisi bir göz qırpımında, kimisi ildırım kimi, kimisi rahat əsən külək kimi, kimisi yürüyən at kimi, kimisi dəvə kimi, kimisi yeriyərək, kimisi qaçaraq, kimisi sürünərək, kimiləri də zəncirlərlə tutulub Cəhənnəmə salınacaqdır. Hər kəs əməlinə görə oradan keçəcəkdir.

Ta ki, günahlarından və kirşərindən təmizlənənə qədər. Siratı keçən kimsə isə Cənnətə girməyə hazır olacaqdır. «O gün kişilərin və qadınların nurunun onların önlərindən və sağ tərəfindən axıb şölə saçdığını (sirat körpüsündə onlara yol göstərdiyini) görəcəksən». (əl-Hədid 12). Aişə – radıyallahu anhə – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən: «(Yadda saxla! Qiyamət günü) Elə bir gündür ki, yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq!». (İbrahim 48) – ayəsi haqqında: «O gün insanlar harada olacaqlar, ya Rəsulullah?» deyə soruşdum. Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Sirat üzərində».
Siratı keçdikdən sonra Cənnət ilə Cəhənnəm arasındakı bir körpüdə dayandırılırlar və birinin o biri üzərindəki haqqı qisas yolu ilə alınır. Nəhayət tərtəmiz edildikdən sonra Cənnətə girmək üçün onlara izn verilir.


Tarix: 04.05.2013 / 18:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 57 Bölmə: Maraqlı melumatlar
loading...