beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

CƏHƏNNƏM ƏHLİNİN İÇKİSİ

Cəhənnəm əhlinin içkisi haqda Allah belə buyurur: «(Məgər bu cənnətdə olanlar) cəhənnəm odunda əbədi qalıb bağırsaqları parça-parça edən qaynar su içirdiləcək kəslər kimi ola bilərlərmi?!», «Onlar orada nə bir sərinlik (görəcək), nə də içməyə bir şey tapacaqlar;», «Qaynar sudan və irindən başqa!», «Bu, qaynar su və irindir. Qoy onu dadsınlar!», «(Hər bir inadkar təkəbbür sahibinə orada Cəhənnəm əhlinin bədənlərindən axan) irinli-qanlı sudan içirdiləcəkdir!», «O, irinli-qanlı suyu qurtum-qurtum içər, onu zorla udar (boğazından aşağı keçirə bilməz)», «Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!»

Bu ayələr dörd növ Cəhənnəm şərabının adını çəkməkdədir və bunlar aşağıdakılardır:

1. əl-Həmim (qaynar su). Bu Allahın da buyurduğu kimi hərarəti maksimal dərəcəyə çatmış qaynar sudur: «Onlar onunla (cəhənnəm odu ilə) qaynar su arasında dolanıb duracaqlar», «Və onlara qaynar bulaqdan (su) içirdiləcəkdir».

2. əl-Qəssaq (irin). Lakin bu içkinin təkcə irin olması deyil, həm də soyuqluğundan alovlandığı bum-buz bir su olması da vurğulanmaqdadır. Əbu Səiddən rəvayət olunan bir hədisdə Peyğəmbərin (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) belə deməsi qeyd olunur: «Əgər qəssaqdan bir vedrə qədər bu dünyaya axıdılsa, onun iyi yer üzündəki bütün insanları bürüyər». Hədisi Hakim rəvayət etmiş və eyni zamanda da onu səhih adlandırmışdır.

3. əs-Sadid (irin). Bu, kafirlərin ətindən və dərisindən axan irin növüdür. Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) bir hədisində buyurur: «Allah-taala [bu dünyada] şərab içənlərə [axirətdə] tınətul-xəbəl içirtmək barədə Öz üzərinə öhdəlik götürmüşdür». Səhabələr: «Ey Allahın elçisi? Tınətul-xəbəl nə olan şeydir?» – deyə soruşduqda o: «Cəhənnəm əhlinin təri və ya üzərindən axan irinli şirə» – deyə cavab vermişdir. Hədisi Müslim rəvayət etmişdir.
4. əl-Muhl (qətran və ya yaradan axan irin və qan). Bu yağın çöküntüsünə bənzər bir mayedir ki, Cəhənnəm əhlinin sifətinə sürtüldükdə onun üz dərisi qoparaq yerə düşəcəkdir. Bu şərab növü Əhməd və Tirmizinin Əbu Səid əl-Xudridən rəvayət etdiyi hədisdə də öz əksini tapmışdır. İbn Abbas da bu mayenin yağın xılt və ya tortasına oxşar bir maye olduğunu söyləmişdir.


Tarix: 04.05.2013 / 11:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 110 Bölmə: Maraqlı melumatlar