Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayparanı şüar seçmək

Sual: Müsəlmanların ulduzu və ayparası ilə əlaqədar simvolun mənası nədir? Sizin saytınızda əsas sözlərə uyğun olaraq axtarış etdim və kitabxanamın istinad kitablarına baş vurdum, lakin Osmanlı Xilafətinin bayrağına dair istinaddan başqa bir şey tapa bilmədim. Maraq göstərdiyinizə görə təşəkkür edirəm.

Cavab: Həmd Allaha məxsusdur.

Şəriətdə ayparanı və yaxud ulduzu müsəlmanların rəmzi kimi qəbul etməyə dair heç bir əsas yoxdur. Peyğəmbərin sallallahu aleyhi və səlləm dövründə, və yaxud Raşidi Xəlifələrin (peyğəmbərin sallallahu aleyhi və səlləm vəfatından sonra islamda ilk dörd rəhbər, imam) dövründə, Əməvilərin dövründə (Əməvi sülaləsi) belə bir şey məlum olmamışdır. Bu məsələ bundan bir müddət sonra peyda olmuşdur və tarixçilər ilk dəfə bu rəmzin nə zaman və kimi tərəfindən qəbul edilməsi haqqında ixtilaf etmişdirlər. Bəziləri deyir ki, bunu ilk dəfə Farslar, digərləri isə deyir ki, Yunanlar tərəfindən qəbul edilmişdir. Bu rəmz hansısa bir yolla müsəlmanlara ötürülmüşdür. (Baxın Əl-Tərətib əl-İdəriyyə əl-Kittani, 1/320).

Deyilmişdir ki, müsəlmanların ayparanı şüar kimi qəbul etməsinin səbəbi budur ki, müsəlmanlar bəzi Qərb ölkələrini fəth etdiklərində kilsələrin üstündə xaç var idi, müsəlmanlar da öz növbəsində xaçları ayparalar ilə əvəz etdilər və bu əməl bu cür minvalla yayıldı. Hal necə olursa olsun, rəmzlər və bayraqlar islamın təlimlərinə uyğun olmalıdır, bu rəmzin islamda məşru olduğuna dair heç bir dəlil yoxdur, yaxşı olar ki, bundan istifadə olunmasın. Nə aypara, nə də ulduz müsəlmanların rəmzləri deyildir, hətta bəzi müsəlmanlar bunu rəmz kimi istifadə etsələr də.

Ay və ulduzlar barəsində müsəlmanların düşüncələrinə gəldikdə, onlar inanırlar ki, bunlar Allahın yaratdıqlarının bir hissəsidir və bunlar insanlara nə fayda, nə də zərər vermək qüdrətində deyil. Yer üzündə baş verən hadisələr üzərində bunların heç bir təsiri yoxdur. Allah onları insanların, bəndələrinin faydalanması üçün xəlq etmişdir. Bunun nümunəsini Quran ayəsində görmək olar. Allah təala buyurur: “(Ya Rəsulum!) Yeni doğan aylar (hilal) barəsində səndən sual edildikdə, söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir”. (Bəqərə 2:189)

Təfsir alimi İbn Kəsir “söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir” ifadəsini şərh edərək demişdir: “Onlar vasitəsilə (yeni ay, hilal ilə) onlar (insanlar) öz borclarını ödəmə vaxtlarını, qadınların iddət (gözləmə müddəti) vaxtını (boşandıqdan və yaxud dul buraxıldıqdan sonra), həcc ibadətinin vaxtını öyrənə bilirlər... Allah təala onları əlamətlər etmişdir ki, müsəlmanlar oruca başlamaq və iftar etmək (Ramazanın əvvəli və sonu), qadınlarının “iddətini” hesablamaq, borclarının ödəmək ilə əlaqədar vaxtları bilsinlər”. (Təfsir İbn Kəsir)

Digər təfsirçi alim əl-Qurtubu (Allah ona rəhmət etsin) bu ayənin şərhində demişdir: “Bu ayə, ayın çıxması və batmasının hikmətini açıqlayır ki, bu da təyin olunmuş vaxtlarda, sövdələşmələrdə, andlarda, Həcc barəsində, iddə, oruc, iftar, hamiləliyin müddəti, icarə ödənişlərinin məbləği (tarixi) və insanlar ilə əlaqədar digər məsələlərdə onlara (vaxtı bilməkdə) çaşqınlığa salmasın. Buna bənzər digər ayələr bunlardır:

“Biz gecə və gündüzü (qüdrətimizə dəlalət edən) iki əlamət müəyyən etdik. Rəbbinizdən ruzi diləməniz, illərin sayını və hesabı (vaxt ölçülərini) bilməyiniz üçün gecənin əlamətini (qaranlığı) silib (yerinə) gündüzün işıqlı (görünən) əlamətini gətirdik. Biz (ehtiyac hiss etdiyiniz) hər şeyi (Quranda) müfəssəl izah etdik”. (əl-İsra 17:12)

“Günəşi işıqlı (parlaq), ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün mənzillər müəyyən edən məhz Odur”. (Yunus 10:5)

Yeni ayı hesablamaq günləri hesablamaqdan daha asandır”. (Bax: Təfsir əl-Qurtubi)

Ulduzlara gəldikdə, islam alimləri deyirlər ki, Allah bu ulduzları üç məqsəd üçün yaratmışdır: səmanı bəzəmək, şeytanları qovmaq və naviqasiya (gəmilərin dənizdə hərəkət etməsi və s.) üçün işarələr, yəni istiqamətləri müəyyən etmək üçün. (Səhih əl-Buxari, Kitab Bəd` əl-Xalq). Allah təala buyurur: “Suyun və qurunun zülmətində (yolunuzu) düz getmək üçün ulduzları sizin üçün yaradan da Odur. Biz bu ayələri anlayan bir camaat üçün bu cür ətraflı izah etdik”. (əl-Ənam 6:97)

“And olsun ki, Biz dünya səmasını (yerə ən yaxın olan göyü) qəndillərlə (ulduzlarla) bəzədik, onları şeytanlara atılan mərmilər etdik və onlar (şeytanlar) üçün yandırıb-yaxan alovlu atəş əzabı hazırladıq”. (əl-Mülk 67:5)


Tarix: 05.04.2013 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 254 Bölmə: Maraqlı melumatlar
loading...