beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslam Mədinədə

İslam Mədinədə

Sonra, Mədinə xalqından bu altı bəxtiyar insan İsülamı qəbul etmişdir. Bunların hamısı Həzrəc qəbiləsindəndir.

- Əsad bin Zürarə
- Auf bin Haris bin Rufəa
- Rafi bin Malik bin əl-Aclani
- Kutbə bin Amir bin Cədidə
- Ukbə bin Amir bin Nabi
- Cabir bin Abdullah bin Riab

Bu bəxtiyarların hamısı Peyğəmbərliyin 11-ci ilində həccə gələn kafirlərlə bərabər olan şəxsiyyətlərdir. Yəhudilərlə Mədinəlilərin arasında hər hansı bir hadisə olanda Yəhudilər onlara hər rastlaşdıqda : Allah tərəfindən bir peyğəmbərin göndəriləcəyindən və onun peyğəmbərlərlə bir olub bütpərəstlərə qarşı çıxacağından, o vaxt ərəblərin Ad və İrəm kimi həlak olacağından danışardılar. Mədinədən gələn bu qrup Akabədə ikən, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) gecə vaxtı onları ziyarətə getdi. Yanlarına çatanda : "Siz kimsiniz?"- deyə soruşdu. Onlar da Həzrəcdən bir qrup deyə cavab verdilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) : Yəhudilərin müttəfiqlərimi? Deyə buyurdu. Onlar - "Bəli" dedilər.

Allahın Rəsulu (Səllallahu Aleyhi və Səlləm) : Sizinlə oturub danışaqmı? Deyə icazə istəyəndə "otur" dedilər. Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) onlara İslamın həqiqətini izah edib quran oxudu və onları İslamı qəbul etməyə çağırdı. Onlar bir-birinə baxışıb : Yəhudilərin xəbər verdikləri peyğəmbər bax bu olacaq, ona tabe olub inanmaqda gecikməyək – deyərək dərhal İslamı qəbul etdilər. Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`ə bunları dedilər :

Biz qövmümüzü ən pis bir hal üzərində bıraxdıq, aralarındakı düşmənliyin hüdudu yoxdur. Allahu Təala bəlkə sənin sayəndə onları razılaşdırıb birləşdirər. Çünki, səndən daha yaxşısını tapa bilməzlər. Sonra Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a insanları onun dininə çağırmaq və gələn ilki həcdə görüşməyə söz verdilər.

Birinci Akabə beyəti

Aradan bir il keçdi. Peyğəmbərliyin 12-ci ili həcc mövsümündə xalq axın-axın Məkkəyə yönəlirdi. Mədinədən gələn hacılar arasında on iki nəfərlik ayrı bir qrup vardı. Onlardan on nəfəri Həzrəc qəbiləsindən, ikisi də Evs qəbiləsindən idi. Həzrəclilərdən gələn on nəfərdən beşi Cabir bin Abdullah xaricində keçən ildən gəlib müsəlman olanlardan təşkil edilmişdi. Digər beş nəfər isə bunlardır :

Muaz bin Haris
Zəvkan bin Abdul-Qays
Ubadə bin Samit
Yezid bin Saləbə
Abbas bin Ubadə bin Nadlədir.

Digər iki Evsli isə bunlardır. Əbul-Həysəm bin Təyyihan və Üveym bin Saidə.

Bu şəxslər Məkkə kənarında Akabə deyilən yerdə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) ilə görüşdülər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onlara İslamı öyrətdi və gəlin mənə "Allaha şirk qoşmamaq, oğurluq etməmək, zina etməmək, uşaqları öldürməmək, böhtan və iftira etməmək, düzgün bir işdə peyğəmbərə qarşı çıxmamaq üzərinə beyət edin." dedi. Onlar da bu şərtlər üzərinə beyət etdilər. Sonra Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) belə buyurdu : "Əgər sözünüzün üstündə dursanız, sizə cənnət vardır. Əgər bunlardan birini etsəniz, sizin işiniz Uca Allaha qalmışdır. İstəsə əzab edər, istəsə bağışlayar.
Yəsribdə İslam dəvəti

Bu birlik, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`dan ayrılanda, onlarla birlikdə Musab bin Umeyr (radiyəllahu anhu)`i göndərdi. Musab (radiyəllahu anhu)`a onlara quran oxutmasını, İslamı öyrətməsini və onları dində savadlı etməyini əmr etdi. Musab Mədinəyə gedərək Əbu Əmmə Əsad bin Zərarəyə qonaq oldu. İslami fəaliyyətlərə birlikdə başladılar.

Günlərin bir günü Əsad bin Zərarə yanında Musab bin Ümeyr olduğu halda Evs qəbiləsinə mənsub ailələrdən Abdul-Əşhəl oğullarına aid bir bağa çatmışdılar. Orada oturarkən ətrafdan bir neçə müsəlman da yığışaraq yanlarına gəldilər. Bu əsnada Səd bin Muaz və Üseyyid bin Hudeyr onları yaxın məsafədən izləyirdilər. Səd əmisi oğlu Üseyyidə belə dedi :

"Bax, bu iki nəfər evimizə girərək qapımızdakı saf insanları yoldan çıxarırlar, get onlara mane ol və de ki, bir də yanımıza gəlməsinlər."

Bunun üzərinə Üseyd əlinə mizrağını alaraq onların üstünə getdi. Əsad; Üseyyidin üstlərinə tərəf gəldiyini görəndə Musaba dönərək :

"Bax, bu şəxs qəbiləsinin lideridir. Sonra gəlir. Onu Allaha inandırmağa çalış" dedi.

Üseyyid gəlib başlarına dirəndi və :

"Hansı qayə ilə və hansı cəsarətlə ətrafımıza qədər soxularaq saf insanlarımızı yoldan çıxarırsınız? Əgər canınızı sevirsinizsə, rədd olun gedin!" deyə hay-küy saldı.

Musab yumşaq bir səs tonu və nəzakətlə :

"Oturub bir az dincəlmək istəmirsənmi? Xoşuna gələn bir şey eşitsən qəbul edərsən, xoşuna getməyəni də rədd edərsən." deyəndə Üseyyid yumşayaraq :

"Düz deyirsən" dedi. Əlindəki mizrağı torpağa batıraraq yanlarında oturdu. Musab ona İslamdan danışıb Quran oxudu. Üseyyid İslam dinini gözəl saydı və kəlmeyi-şəhadət deyib müsəlman oldu.

Üseyyid daha sonra onlara Səd bin Muazı göndərməyə çalışacağını deyərək ayrıldı. Sədin yanına gəlib : "Hər iki nəfərlə danışdım, fəqət vallahi, sözlərində heç bir pislik tapa bilmədim. Onlara mane olmağa çalışdım, mənə : necə istəsən elə edərik, dedilər." deyə cavab verdi və :

Bax, bir hadisə var : "Bu Harisə oğulları sözdə səni qorumaq üçün Əsad bin Zürarəni öldürməyə hazırlanıblar. Onun sənin xalanın oğlu olduğunu da bilirlər!" deyə əlavə etdi.

Səd qəzəblənib, hirslə onlara tərəf getdi. Musab ona Üseyyidə etdiyi kimi rəftar etdi. Allah ona da hidayət verdi. Şəhadət kəlməsini deyib İslam dininə girdi.Sonra qövmünün yanına gedərək belə danışdı :

Ey Abdul-Əşhəl oğulları! Məni necə tanıyırsınız? Onlar bir ağızdan :

Sən bizim ağamız və içimizdə ən düzgün fikir sahibi olan adamsan. Dedilər. Bunun üzərinə Səd onlara :

O halda baxın, Allaha və Rəsuluna iman etmədiyiniz müddətcə nə kişilərinizlə, nə də qadınlarınızla danışmayacağam. Dedi. O gecə Üseyrim olan bir şəxsdən başqa hamısı müsəlman oldu. Bu şəxs isə, Uhud günü İslama girib, eyni gündə başı heç səcdəyə çatmamış olaraq şəhid oldu.

Musab daha sonra ertəsi ilin həcc mövsümündən əvvəl bu müjdəli xəbərlərlə birlikdə Məkkəyə, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın yanına qayıtdı.


Tarix: 02.05.2013 / 21:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 225 Bölmə: Maraqlı melumatlar