beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəd-Nəzər

İmam Sadiq (ə) buyurub: «Hər vaxt bədnəzərdən qorxsanız, deyin: (Maşaəllah, la hövlə və la quvvətə illa billahil əliyyil əzim)

BƏDNƏZƏRİN HƏQİQİ OLMASINA AİD DƏLİLLƏR

Qəti olaraq həqiqəti olan, Quran ayələrinin və İmamlardan (ə) nəql olunan rəvayətlərin də təsdiqlədiyi mövzulardan biri də, bəzi insanlarda bədnəzərin olması və onun təsiridir. Misal üçün: «Yusif» surəsində həzrət Yaqubun (ə) qədd-qamətli övladları Misirə hərəkər edərkən onlara belə tövsiyə etdiyi nəql olunur:

«Mənim övladlarım! Bir qapıdan daxil olmayın; ayrı-ayrı qapılardan daxil olun!» («Yusif» surəsi, ayə: 67)

Biharul-ənvarda yazılıb: «Həzrət Yaqubun (ə), övladlarına etdiyi tövsiyə, onların, gözəl və qədd-qamətli olduqlarına görə, gözə gəlmələrindən qorxduğu üçün idi.»

Peyğəmbərin (s) sünnəti və Əhli-beytin (ə) hədisləri də, bədnəzərin həqiqət olması barədə başqa bir sənəddir.

Misilsiz hədisçi Əllamə Məclisi, rəvayətləri, alim və hikmətli adamların sözlərini nəql etdikdən sonra bu mövzu barədə belə qənaətə gəlir:

«Faktlar, Quran ayələri və kifayət qədər hədislərin olması, bədnəzər məsələsinin inkarını mümkünsüz edir. Allah və Onun xəlifələri məsələlərin həqiqətindən agahdırlar.»

Təfsir&¸i və böyük filosof Əllamə Təbatəbai deyir: «Bədnəzər nəfsani təsirlərin bir növüdür və onun əksinə əqli bir dəlil yoxdur; onu dəstəkləyən hədislər və rəvayətlər vardır. Buna görə də, onu inkar etməyə dəlilimiz yoxdur. Ona, «Bir xurafi əqidədir» deyə bilmərik.»

BƏDNƏZƏR – ƏKSƏR ÖLÜMLƏRİN SƏBƏBİ

İndi isə bədnəzər və onun təsirləri haqqında olan rəvayətlərə işarə edirik:

Rəsulallah (s) buyurub:

«Bədnəzər insanı qəbrə daxil edər, dəvəni qazana salar.»

İmam Sadiq (ə) buyurub:

«Əgər qəza-qədəri qabaqlayan bir şey varsa, o da bədnəzərdir.»

Başqa bir hədisdə deyilir: «Cəbrayıl (ə) nazil olub Peyğəmbərin (s) yanına gəldi. Onu qəm-qüssəli gördükdə, bunun səbəbini soruşdu. Rəsulallah (s) buyurdu:

«Narahatlığım, Həsən və Hüseynə (ə) göz dəydiyindəndir.»

Cəbrayıl (ə) dedi: «Bədnəzər həqiqətdir. Onları bu cümlələrlə qoru...»

Səvfan Cəmmalın imam Sadiqdən (ə) nəql etdiyi bir hədis daha təəccüblüdür:

«Əgər qəbirlər açılıb həqiqətlər üzə çıxsa, ölənlərin əksəriyyətinin bədnəzərdən öldüyünü müşahidə edərsiniz. Ona görə ki, bədnəzər həqiqətdir.»

RƏVAYƏTLƏRDƏ BƏDNƏZƏRİN DƏRMANI

Bədnəzərin həqiqət olmasını sübut etdikdən sonra onun dərmanını və qarşısını almaq üçün mümkün yolları açıqlayırıq. Bu barədə Əhli-beytdən (ə) çox sayda rəvayət vardır. Onlardan bəzi nümunələrə işarə edirik.

– «Nas» və «Fələq» (müvəzzəteyn) surələrini oxumaq. Bu surələri tilavət etmək, sehr və bədnəzəri dəf etmək üçün təsirli bildirilmişdir.

– Bir şəxsə nəsib olmuş nemət sizi təəccübləndirsə, bu zaman bədnəzərin qarşısını almaq üçün təkbir deyin və Allahı yad edin.

– İmam Sadiq (ə) buyurub: «Hər vaxt bədnəzərdən qorxsanız, deyin:

(Maşaəllah, la hövlə və la quvvətə illa billahil əliyyil əzim)

– İmam Rza (ə) göstəriş vermişdir ki, bədnəzərin qarşısını almaq üçün «Həmd», «İxlas» və «Müvəzzəteyn» surələrini və «Ayətəl-kürsü» ayəsini yazıb bədnəzərindən qorxduğu şəxslə öz arasında qoysun.

– İmam Rza (ə) bədnəzər barəsində soruşan adama buyurmuşdur: «Bədnəzər həqiqətdir. Əgər sənə göz dəysə, əllərini üzünün qarşısına tut, ona «Həmd» «İxlas» surələrini və «Müvəzzəteyn»i oxu və əlini üzünə çək ki, bu iş Allahın izni ilə faydalıdır.»

– Başqa bir rəvayətdə nəql olunur ki, evdən çıxan zaman müvəzzəteyni oxumaq, «Və in yəkadul-ləzinə kəfəru» ayəsini tilavət etmək, «Allah, Allah, ma şəallah, la həvlə və la quvvətə illa billah» zikrini demək və başqa dualar bədnəzərin qarşısını almaqda təsirlidirlər.

– Bəzi rəvayətlərdə de-yilir: «Bədnəzərin qarşısını almaq üçün gözə gəlmiş adam qüsl etsin və əgər gözü dəyənin kimliyi məlumdursa, dəstəmaz alsın.

Bu nümunələri ona görə açıq-ladılar ki, bir yerdə bu barədə görüb, yaxud eşitdiyiniz zaman onu xurafat saymayasınız.

BƏDNƏZƏR HAQQINDA XURAFAT

Bir qrup adamlar da vardır ki, bədənəzərin qarşısını almaq üçün bir sıra, heç bir etibarlı dəlilə əsaslanmayan və əql və vicdanın təsdiqləmədiyi, göstərişlərə bel bağlayırlar. Məsələn, üzərriyi yandırıb tüstülətmək, yaxud da onu bir dəstə halında evin qapısının yuxarısından, maşın və binalardan asmaq, şorluğu vasitəsilə gözün şorluğunu aradan qaldırmaq üçün duz qoymaq, yumurta sındırmaq və gözvurmaları ehtimal olunan şəxslərin adlarını saymaq, bədnəzərin qarşısını almaq üçün maşının təkərləri altına yumurta qoymaq və s...

Bu qondarma məsələlər, bədnəzərin qarşısını almaqda təsirsiz olub, bəzən də başqalarına böhtan atmaq, lazımsız yerə pul xərcləmək, mübahisələrin meydana gəlməsi və s. kimi mənfi hallarla nəticələnir.

Xatırladaq ki, bədnəzərlik çox tez-tez baş vermir. Çünki belə şəxslər çox azdır. Buna görə də, insan bədnəzərin həqiqət olması bəhanəsi ilə başqalarını günahlandırmamalı və dözülməz əməllər, adətlərlə özü və yaxınları üçün həyatı çətinləşdirmemelidir.


Tarix: 08.06.2013 / 13:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 303 Bölmə: Maraqlı melumatlar