Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

VƏLİ

əl-Vəli – İşəlri düzəldən, idarə edən, dost, köməkçi deməkdir. Buna görə də şəhərin böyüyünə Vəli deyilir. «O, Vəlidir, Həmiddir». (əş-Şura 28). Həmçinin yardım edən. Dəstək verən mənasındadır. «Allah iman edənlərin Vəlisi (dostu və dəstəkçisidir). Onları zülmətdən nura çıxarar…». (əl-Bəqərə 257). «Allah iman edənlərin Vəlisidir. Kafirlərin isə vəlisi yoxdur». (Muhəmməd 11). Bu ismi bilən hər bir müsəlman inkarçılarla olan dostluğu kəsməlidir. «Möminlər möminləri buraxıb kafirləri özlərinə dos etməsinlər. Onlardan sizə bir qorxu olmayınca bunu edən kəs Allahdan heç bir şey gözləməsin». (Ali İmran 28). Onları dost və yaxın etməməlidir. «Ey iman gətirənlər! Özünüzdən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər. Sizin zərərə və əziyyətə düşməyinizi istərlər. Həqiqətən onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə ayələri artıq sizə izah etdik». (Ali İmran 118). «Siz elə kimsələrsiniz ki, onları sevirsiniz. Onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına inanırsınız, onlar isə sizinlə görüşdükləri zaman biz də inandıq deyirlər. Xəlvətdə olduqları zaman isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirərlər. De ki: «Acığınızdan ölün». Əlbəttə Allah ürəklərdə olanları biləndir». (Ali İmran 119). «İndi siz Məni qoyub onu və övladını özünüzə dostmu tutursunuz?». (əl-Kəhf 50).


Tarix: 05.05.2013 / 14:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 59 Bölmə: Maraqlı melumatlar
loading...