Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR) MUSAVVİR

əl-Musavvir – Surət verən deməkdir. «O, yaradan, yoxdan var edən və (hər şeyə) surət verəndir (MUSAVVİR)». (əl-Həşr 24). Həlimi  deyir ki: «Musavvir – istədiyinə istədiyi şəkili və biçimi verəndir». «Yaradanların ən gözəli olan Allah ən ucadır». (əl-Muminun 14). «Sənə istədiyi surəti verdi». (əl-İnfitar 8). Allah insanı anasının bətnində ikən onu üç mərhələdən keçirərək surət verir. Birinci mərhələdə bir qan laxtası şəkilində olur, ikinci mərhələdə bir ət parçası şəkilində, üçüncü mərhələdə isə bir şəkil və biçim olaraq yaradılır. Əbu AbdurRahmən Abdulla İbn Məsud (r.a) rəvayət edir ki, doğru sözlü və doğru sözü təsdiq olunan Rəsulullah (s.a.v) buyurdu: «Sizdən hər birinizin yaradılışı onun anasının qarnında qırx gün nütfə (Nütfə – məni mənasındadır. Nütfə bəzən də saf su adlanır.) şəklində olaraq bir yerə gətrilir. Sonra bu müddət ərzində aləqa (Aləqa – laxtalanmış qan, ziyil deməkdir. «O, insanı laxtalanmış qandan yaratdı». (əl-Ələq 2) şəklində olur. Sonra yenə bu müddət ərzində mudğa ( Mudğa – çeynənilmiş ət parçasına oxşadığı üçün ona bu ad verilmişdir.) şəklində olur. Sonra ona bir mələk göndərilir, hansı ki, ona ruh üflədikdən sonra dörd xüsusiyəti yazmaqla əmr olunur. Ruzisini, əcəlini, əməlini, bədbəxt və ya xoşbəxt olacağını (Başqa rəvayətdə: «Qulaqlarını, gözlərini, dərisini, ətini və sümüklərini taradır)»
(Buxari, Müslim)
Rəsulullah (s.a.v) buyurdu: «Allah surət yaradanlara lənət edib» .(Buxari 10/293. )
Rəsulullah (s.a.v) buyurdu: «Qiyamət günü insanlar arasında əzabı ən şiddətli olanlar Allahın yaratdıqlarına bənzə bir şeylər yaratmaq istəyənlərə olacaqdır» (Müslim 2107. )
Rəsulullah (s.a.v) öz Rəbbindən buyurdu: «Mənim yaratdıqlarıma bənzər şeylər yaradanlardan daha zalim kim ola bilər? Belə edənlər bacarırlarsa bir zərrə və ya bir dənə yaratsınlar!» (Buxari 2953, Müslim 2111. )
İbn Abbas (r.a) rəvayət edir ki, Rəsulullah (s.a.v) buyurdu: «Surət çəkənlər oddadırlar. O, surətlərə ruh veriləcək ki, onlar da (surət çəkənləri) cəzalandıracaqlar. Əgər sən bunu etmək istəyirsənsə onda canlı olmayan (təbiət və s) şəkillər çək»
(Buxari, Müslim. )


Tarix: 05.05.2013 / 14:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 101 Bölmə: Maraqlı melumatlar
loading...