Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günahkarların ölüm anından bir neçə misal...

Günahkarlardan biri ölüm ayağında ikən hönkürtü ilə ağlayaraq bu ayəni təkrar edirdi:
“Allaha münasibətdə başısoyuq olduğum üçün vay halıma!” (Zumər surəsi,56)
Günahkarlardan biri ölərkən bizə deyirdi: “Qoy dünya məni azdırdığı kimi, sizi də azdırmasın.” (Lətaif ul- Məarif)

İmam İbnul Qayyim (rahiməhullah) danışırdı ki, bir kəsə ölüm anında ikən təlqin edirdilər ki, “Lə iləhə illəllah” desin. O isə sayıqlayaraq ölənə qədər mahnı oxudu.
Digər bir günahkar bəndəyə ölərkən şəhadət kəlməsini təlqin edərkən o bu cür cavab verdi: “Bu sözü demək mənə kömək etməz, axı mən Allah üçün namaz qılmırdım.”
Beləcə də o bu sözləri demədi..
(əl-cəvab ul-Kəfi limən səalə ən əd-Dava əş-Şəfi – Şəfaverici vasitə istəyənlərə mükəmməl cavab)

Abdul Aziz ibn əbu Ravvad (rahiməhullah) danışırdı ki, “Ölümündən əvvəl birinə “Lə iləhə illəllah” kəliməsi təlqin edilirdi. O isə bu kəlməni deməkdən imtina etdi və beləcə öldü. Mən camaatdan onun kimliyi barədə soruşduqda, onun içkiyə qurşanmış birisi olduğunu söylədilər.”
Bu zaman Abdul Aziz camaata çevrilib buyurur: “Günahlardan uzaq durun, çünki məhz onlar onu batırdı.” (Cəmi əl-ulum vəl Hikəm)


Tarix: 10.04.2013 / 21:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 100 Bölmə: Maraqlı melumatlar
loading...