beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hissəli ödənişə əsaslanan mal satışı müstəhəb ola bilər

Sual: Mən hissəli ödənişlə mal satıram. Satarkən malın üstünə nəğd satışdakı qiymətdən daha çox qiymət təyin edirəm. Buna görə mənə savab yazılması mümkündürmü? Çünki, müsəlmanlara onların ehtiyac duyduqları malları almalarına kömək edirəm.

Cavab: Həmd Allaha məxsusdur.

Daha yüksək qiymətə hissəli ödənişə əsaslanan satışı həyata keçirmək caizdir.

Hissəli ödənişə əsaslanan satışın tacir nöqteyi nəzərindən hökmü müstəhəb və yaxud caiz ola bilər.

Bu əməl müstəhəb ola bilər; satıcının niyyəti alıcılar üçün asanlaşdırmaqdırsa və onların ehtiyac duyduqları malları almalarına kömək etməkdirsə, müştəri kasıb və ehtiyac içində biridirsə və onlara hissəli ödəniş etmələrinə imkan yaratdığı üçün əvəzində qiyməti artırmırsa, ödənişin zamanı çatdıqda onlara pulu ödəmək üçün təzyiq göstərmirsə buna görə o mükafatlandırıla bilər. Daha doğrusu, əgər ödənişin vaxtı çatıbsa və alıcının ödəməyə pulu yoxsa, satıcı ona möhlət verirsə, yaxud ödənişin tam və yaxud müəyyən hissəsini keçərsə buna görə savab qazanacaqdır.

Allah təala buyurur: “Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!” (Əl-Bəqərə 2:280)

Şeyx Sadi (Allah ona rəhmət etsin) demişdir:

“Mənası odur ki, borlcu olan kəs çətinlikdədirsə, alacaqlı kəs borclu tərəfin işləri asanlaşana qədər borclunu gözləməlidir...Alacaqlı tərəf borclu tərəfə qarşı xeyirxahlıq göstərərsə-borcu tam və yaxud qismən keçərsə-o zaman bu onun üçün daha xeyirlidir. Təfsir əl-Sadi, səh. 168”

Buxari (1307) və Müslim (1561) rəvayət edirlər ki, Əbu Məsud (Allah ondan razı olsun) demişdir: “Allah rəsulu sallallahu aleyhi və səlləm demişdir: “Sizdən öncə gələnlər arasında bir nəfər hesaba çəkilmişdi və onda heç bir xeyir aşkar edilməmişdi, sadəcə o insanlar ilə iş görürdü və imkanlı biri idi, öz işçilərinə söyləyərdi ki, çətinlikdə olana (borcluya) onların pulunu keçsinlər. Allah təala (bunun qarşılığında demişdir): “Bizim buna haqqımız ondan daha çoxdur, onun üçün keçin”.

Lakin tacir hissəli ödənişə əsaslanan satış edirsə və bunun müqabilində qiyməti artırırsa bu icazəlidir. Bununla belə bəzi tacirlər yalnız hissəli ödənişlə satış edirlər ki, onların gəlirləri, qazancları daha çox olsun.

İmam Əhməd (Allah ondan razı olsun) bildirmişdir ki, bu məkruhdur, lakin satıcı həm hissəli ödənişlə və həm də nəğd şəkildə satış həyata keçirirsə bunda heç bir xəta yoxdur.

Şeyx ul-İslam ibn Teymiyyə (Allah ona rəhmət etsin) bunun məkruh olmasını şərh etmiş və məkruh olmasının səbəbini bu məsələnin “ististmar” hökmünə daxil olduğu ilə izah etmişdir. Çünki adətən hissəli ödənişlə (nisyə) mal alan insan nəğd almaq imkanına sahib olmayan kəsdir. Ona görə də, bir kəs (satıcı) yalnız hissəli ödənişlə (nisyə) mal satırsa, bu o mənaya gəlir ki, o ehtiyac içində olan insanları istismar edir. Lakin o həm nəğd, həm də hissəli ödənişlə (nisyə) satış icra edirsə o sadəcə tacirlərdən bir tacirdir.


Tarix: 03.04.2013 / 21:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 128 Bölmə: Maraqlı melumatlar