beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quran hər şeyi əhatə edən bir kitabdır

Qurani Kərim hökmlər, qadağalar, vəd, qorxu, hikmətlər, məsəllər, nəsihət, hekayətlər, qeyb məsələləri, yaradılışla bağlı biliklər, yaradılış, ölümdən sonra dirilmə və həşrin dəlilləri, habelə, digər əhəmiyyətli və çoxsaylı müxtəlif məsələləri özündə əks etdirir.

Quranın bütün bu mövzu və məsələləri üzərində düşünərkən, onların son dərəcədə yüksək bəlağətli, böyük məharətlə tərtib edildiyini, olduqca cazibədar, ahəngdar və bir-biri ilə mütənasib tərzdə uzlaşdırıldığını, əvvəlinin sonuna uyğun olduğunu, gözəlliyi etibarilə bir-birini tamamladığını, oxuyanı usandırmadığını, təcvidlə qiraət edənin ürəyini sıxmayadığını, üzərində diqqətlə düşünəni şübhəyə salmayadığını, təqva sahiblərinin hidayətini, möminlərin imanını artıran olduqlarını görürük. Bunun səbəbi isə, onların son dərəcə rabitəli, bir-biri ilə üzvi surətdə bağlı olmasından, əvvəlinin sonunu təsdiq edən səciyyə daşımasından irəli gəlir.
Şübhəsiz ki, Qurani Kərimin bildiyimiz şəkildəki bu quruluşu yazılmış kitabların strukturundan tamamilə fərqli olması ilə bərabər, həm də məna, forma və süjet baxımından ayə və surələr arasında aşkar bir qarşılıqlı bağlılıq münasibəti mövcuddur. Sanki o, bir-birini tamamlayan yeganə bir söz düzümüdür. Onun bu fövqəltəbii ecazkarlığı insan tərəfindən yaradılmış bəşər kitabı olmadığına açıq-aydın bir sübutdur. Bəşərə məxsus bir kitabı yazan şəxs əks etdirdiyi məsələlərə dair biliklər arasında məlum əlaqəsi olan hər bir biliklər sistemini müəyyən bir bölmədə toplayardı. Bu bölmələr ardıcıllıqla tərtib edilməklə kitabın bir hissəsi yazılıb meydana çıxarılardı. Quran belə qurulmamışdır. O, hikmətin zəruriləşdirdiyi və Allah tərəfindən vəhy edilmiş doğru yol göstərən bir dəmətdir59. Onda hər hansı bir uyğunsuzluq və zid¬di¬y¬yət yoxdur. Əksinə, sanki yeganə bir mövzu kimi, ayələr bir-birilə sarmaşıq kimi bağlaşmışlar (Bax: Şeyx Yasir Əhməd Əli əş-Şimali, Risalətu Muhimul-ixtilaf vət-tənaqud fil-Quranil-Kərim)
Şeyx Zərqani də belə deyir: "Hər bir surədə və yaxud hər bir bölmədə şahidi olduğumuz bu son dərəcə lətafətli daxili bağlaşıqlığın Quranı oxuyanın ləzzət duymasında, onu dinləyənin ehtizaza gəlməsində, ondan yararlananın müxtəlif formalarda faydalar görməsində hədsiz təsiri vardır. Qurani Kərimin hər bir hissəsi çox gözəl bir bağa nə qədər də bənzəyir! İnsan bu bağda qol-budaqlı ağaclar arasında gəzişərkən hər növ meyvələrdən istifadə edir. Qurani Kərimi müxtəlif çeşidli yeməklərlə dolu süfrəyə də bənzədə bilərik. Ac olan insanlar ehtiyacı olduğu istənilən hər hansı yeməkdən doyunca yeyə bilər" (Bax: Mənahilul-İrfan, I, 80)
Doktor Məhəmməd Abdullah Dərraz deyir ki, bir-biri ilə gözəl şəkildə uzlaşdırılmış uzun bir surə oxunulan zaman, biliksiz bir insan onun mənasız anlayışlarla, gəlişigözəl sözlərlə zahirən təmtəraqlı bir tərzdə dağınıq ifadələrin bir yerə təsadüfən toplan¬dığını zənn edər. Lakin insan düşüncə sahibi olarsa, bu surənin hissələrinin bir-biriylə üzvi surətdə bağlı bir əsər olduğunu anlar. Bu əsər aydın əsaslar və prinsiplər üzərində ucaldılmış ali məqsəddən vücuda gətirilmişdir. Onun hər bir təməl daşı üzərin¬də bir-çox bölmələr və hissələr inşa edilmişdir. Biz onun hissələ¬ri arasında gəzib dolaşarkən sanki eyni bir bina¬nın mənzilləri və otaqları arasında keçid qapılarını aşkar etmiş oluruq. Bu binanın layihəsi bir anda yaradılmışdır. Böyük məha¬rətlə tikilmiş bölmə¬lərdən və onların arasındakı misilsiz uyğun¬luqlardan gözə çarpan mənzərə heç vaxt unudula bilməz. Bir hissədən digərinə keçər¬kən hər hansı bir fərq hiss edilmir. Əksinə, müxtəlif növlər arasında tam bir rabitə müşahidə edilir – eyni mənşəydən olan vahidlər arasında sonsuz bağlılıq və oxşarlıq kimi.
Bütün bunlardan başqa surənin ümumi mahiyyətinin məlum bir istiqamətə yönəldiyi və bütövlükdə konkret bir məq¬səd daşıdığı üzə çıxır. Onun dəqiq bir əsər olması və üzvlərinin müxtəlif vəzifə daşımalarına baxmayaraq əsas niyyətin vahid bir məqsədi yerinə yetirməyə yönəldilməsi üzrə bir-biriylə həmrəy olması kimi (Bax: ən-Nəbəul-Azim, s. 155)


Tarix: 17.04.2013 / 15:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 129 Bölmə: Maraqlı melumatlar