Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zövcəsi ərindən onun rəfiqələrində olduğu kimi paltar və qızıl tələb edir

Sual: Mənim zövcəm toylarda iştirak edir və başqa qadınların geydiyi paltarları görür, sonra gördüyü həmin paltar və qızıllardan onda da olmasını istəyir. Mənim gəlirim (qazancım) həmin qadınların ərlərinin gəliri kimi deyil. Elə isə nə etməliyəm zövcəm ilə əlaqədar?

Cavab:
Həmd Allaha məxsusdur.

Peyğəmbərdən sallallahu aleyhi və səlləm varid olan mühüm bir hədis bu məsələyə aydınlıq gətirir və bildirir ki, bu məsələ həlak olmağın səbəblərindən biridir. Aşağıda hədisi təqdim etmişik ki, bəlkə siz bununla öz zövcənizə nəsihət edəsiniz. İmam ibn Xüzeymə əl-Tövhid kitabında rəvayət edir ki, peyğəmbər sallallahu aleyhi və səlləm bir xütbə verdi və ətraflı danışdı. Xütbəsində bu dünya və axirət məsələlərinə toxundu. Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu ki, israil övladlarının həlakına səbəb olan ilk şey, kasıb bir kişinin zövcəsi zəngin kişinin zövcəsində olduğu kimi onun da o paltarlara və cəvahirata sahib olmasını tələb etməsi idi.
Şeyx Albani rahiməhullah ?591, Əl-Silsilə əl-Sahihə əsəri.

Şeyx Albani rahiməhullah Müslimin şərtlərinə görə hədisin səhih isnadlı olduğunu demişdir.

Zövcənizə qane olmağın və bu dünyada (dünya malına qarşı) zahid olmağın əzəmətini xatırladın. Ona söz verin ki, Allah sizə artırdıqca siz də ona artıracaqsınız və ona Allah təalanın aşağıdakı ayəsini xatırladın:

“Varlı-karlı olan öz varına görə versin. İmkanı az olan isə Allahın ona verdiyindən versin. Allah heç kəsi Özünün ona verdiyindən artıq xərcləməyə məcbur etməz. Allah hər bir çətinlikdən sonra asanlıq (yoxsulluqdan sonra dövlət) əta edər”. (Ət-Talaq 65:7)



Muhammad Saleh əlMunəccid


Tarix: 05.04.2013 / 20:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 86 Bölmə: Maraqlı melumatlar
loading...