Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Loğman peyğəmbərin xidmətçilik vaxtı

Bir gün Loğman Peyğəmbərin ağasına hədiyyə olaraq bir qarpız gətirirlər. Ağası xidmətçilərindən ən çox istədiyi Loğman olur.
O başqa xidmətçisinə:
- Oğlum, get Loğmanı çağır deyir.
Loğman bu çağırışa dərhal cavab verib, ağasının yanına gəlir. Ağası ona hədiyyə olaraq gətirilən qarpızı kəsir və Loğmana bir dilim verir. Loğman ona verilən dilimi bal kimi, şəkər kimi yeyir. Elə iştahla yeyir ki, ağası dərhal ikinci dilimi kəsib ona tərəf uzadır.
Beləcə dilimlər bir-birini izləyir və Loğman bütün qarpızı yeyir.
Yerdə bir dilim qalır. Ağası:
-Bunu da mən yeyim. Baxım görüm necədir? Hər halda, bu, çox dadlı bir qarpızdır deyir. Çünki Loğman elə ləzzətlə, elə zövqlə, elə iştahla yeyirdi ki, görənlərin də iştahası açılırdı.
Loğmanın ağası son dilimi yeyər-yeməz qarpızın acılığından ağzını atəş sarır, dili uçuqlayır, boğazı yanır.
Acılığından bir müddət sanki özünü itirir. Sonra isə Loğmana deyir:
- Belə bir zəhəri necə oldu ki, dadlı-dadlı yedin? Belə bir qəhri necə oldu ki, lütf saydın? Bu necə sebrdir? Nə üçün səbr etdin? Sanki canına qəsdin var! Nə üçün bir şey söyləmədin? Bir az səbr et, indi yeyə bilmərəm demədin?
Loğman bu cavabı verir:
-Ağa sənin nemətlər bağışlayan əlindən o qədər ruziləndim ki, utandığımdan ikiqat oldum.
Buna baxmayaraq əlinlə verdiyin bir şeyə, "Ey mərifət sahibi bu acıdır yeyə bilmərəm"- deyə bilmədim.
Əgər bu qədər bir acıya dözə bilməyib, fəryad edərəmsə, bütün zərərlərim torpağa qarışsın.
Şəkər bağışlayan əlinin ləzzəti bu qarpızdakı acılığı saxlayarmı?
Sevgidən acı dadlanar, sevgidən mis qızıl olar. Sevgidən bulanıq, çöküntülü sular dumduru bir hala gələr.
Sevgidən dərdlər şəfa tapar, sevgidən ölülər dirilər.
Sevgidən padşah qul olar, qullar isə padşah.


Tarix: 04.06.2013 / 21:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 75 Bölmə: Maraqlı melumatlar
loading...