beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hicablı və Hicabsız (dialoq)

Hicabsız-Örtünməli olduğumu bilirəm, ancaq gələcəyimi də düşünməliyəm.

Hicablı-Gələcək ölümdür, heç onu düşündünmü?

Hicabsız- Allah məni başıaçıq olasm belə, yenə sevəcək.

Hicablı-“Səni sevsə də, sənə “günahkar qulum” deyəcək və sən Onun yanında günahkar bir bəndə olaraq qalacaqsan”

Hicabsız-Başımı örtmək itəyirəm, amma qabaqcadan buna əmin olmalıyam.

Hicablı-“Quranda bu haqda qəti əmir var, məgər bu, səni qane etmir?”

Hicablı-Örtünməli olduğumu bilirəm, ancaq gələcəyimi də düşünməliyəm.

Hicablı-“Gələcək ölümdür, heç onu düşündünmü?”

Hicabsız-Başıörtülüyəm, ancaq ailəm məktəbə getməyim üçün başımı açmağımı istəyir.

Hicablı-“Unutma! Ailən səni cəhənnəm atəşindən xilas edə bilməyəcək.”

Hicabsız-Heç gənc yaşda da insan başını örtərmi? Yaşlananda örtərəm.

Hicablı-“Sabah ölməyəcəyinə dair əlində bir sənədin varmı?”

Hicabsız-Yenidən başımı açacağımdan qorxduğum üçün örtünmürəm.

Hicablı-“Əvvəl örtün, onra bu haqda fikirləşərsən.”

Hicabsız-Sərbəstliyimin əlimdən alınacağından qorxduğum üçün başımı örtmək istəmirəm.

Hicablı-“Allahın hüzurunda sərbət ola biləcəksənmi?”

Hicabsız-Əsas olan qəlbin təmizliyidir, baş bağlamaq əsas deyil.

Hicablı-“Qəlbin təmizliyi təkbaşına günahın qarşısını ala bilməz.”

Hicabsız-Evləndikdən onra mütləq hicab geyəcəyəm.

Hicablı-“Evlənəcəyindən əminsənmi?”

Hicabsız-Gözəlliyimi hamı görsün deyə, örtünmək istəməmişdim.

Hicablı-“Kaş ki, bu gözəlliyini öz həyat yoldaşına nümayiş etdirəydin!”

Hicabsız-Əgər başımı bağlasam, gərək dinimizin əmr etdiyi başqa ibadətləri də yerinə yetirim.

Hicablı-“Çox gözəl! Onuz da bir vaxt başlamaq məcburiyyətində qalacaqsan.”

Hicabsız-Başımın açıq olması məni dindən çıxartmır.

Hicablı-“Dindən çıxmasan da, günahkarsan. Üzərində israr edilən günah isə sahibini daha da uçuruma yuvarlayar.”

Hicabsız-Hicab geymək üçün hələ hazır deyiləm.

Hicablı-“Qəribədir! Öldükdən sonramı hazır olacaqsan?”

Hicabsız-Hansı zamanda yaşayırıq, indi heç hicablanmaq zəmanəsidirmi?!

Hicablı-“ Günahın dünəni-bugünü yoxdur. Quranın göstərişləri bütün dövrlər üçündür”

Hicabsız-Qismət! Bir gün görərən, biz də başımızı bağlamışıq.

Hicablı-“İnşallah! Amma tələs. Unutma ki, ölüm gözləmədiyin bir anda səni yaxalayacaq.”

Hicabsız-Əsas odur ki, bədənin başqa əzaları görünməisn.

Hicablı-“Deməli, düşünürən ki, günah sadəcə bədənin başqa əzalarının açılmasına görə qazanılır.”

Hicabsız-Nə qədər yoxladım alınmır. Başımı bağladığım zaman sanki boğuluram.

Hicablı-“Əlbəttə, bunun üçün güclü iman tələb olunur.”

Hicabsız-Başımı bağlasam, heç zaman ərə gedə bilməyəcəyəm.

Hicablı-“Açıq-saçıq geyindiyinə görə, səninlə evlənmək istəyən kişidən bəs, nə gözləyirən?”

Hicabsız-Məktəb və unuversitetdə tələbə yoldaşlarıma dini təbliğ etməli olduğum üçün başımı açmalıyam. Bununla da dinimə xidmət edəcəyəm (Bu hal hicaba vurulan zərbələrin ən təhlükəidir!).

Hicablı-“Deməli, özünə xidmət etmək istəmirən”

Hicabsız-Hicab geymək içimdən gəlmir.

Hicablı-“Ancaq günah işləməyə çox həvəslisən.”

Hicabsız-Başıörtülü qızlar itənilən səviyyədə başqalarına nümunə ola bilmirlər.

Hicablı-“Sən ört və onlara nümunə ol!”


Tarix: 07.06.2013 / 19:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 196 Bölmə: Maraqlı melumatlar