beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Terror hadisələri müsəlmanlara böyük şərr gətirir

Həqiqət budur ki, onlar islama zərər vurur və insanları bu dindən daha da uzaqlaşdırır.
Müsəlmanların vəziyyəti elə həddə gəlib çatmışdır ki, bu terrorçu dəstəyə aid edilməmələri üçün az qalsın öz sifətlərini örtmək istəyirlər. İslam dini bundan uzaqdır.

Hətta cihad barədə əmr verildikdən sonra belə, Peyğəmbərin səhabələri heç bir zaman kafir cəmiyyətlərinə gedib onlar öldürməmişdirlər, heç vaxt!
Cihad yalnız bunu həyata keçirmək iqtidarında olan hakimin bayrağı altında olur.

Terrorizmə gəldikdə, Allaha and olsun ki, bunlar müsəlmanlar üçün naqislikdir. Allaha and içirəm ki, biz heç bir zaman bunun faydasını görmədik. Əksini gördük. Bu islam dini barədə mənfi rəy yaradır. Lakin biz hikmətlə hərəkət etsəydik, Allahdan ilk öncə özümüz barəsində qorxsaydıq və sonra şəriətdə icazə verilən üsullarla digər insanların halını islah etməyə cəhd etsəydik, bunun nəticəsi gözəl olardı.

--------------
Muhammad ibn Salih əl Useymin
İbn Üseymin 'Ümmətə dair fətvalar', səh.55


2.Terror öz ölkələrində yaşayan müsəlmanların, özünüz də şahid olduğunuz kimi öldürülməsi ilə nəticələnir. Bunun nə dəvət, nə də cihadla əlaqəsi yoxdur. Eynilə partlayışlar və viran qoymaq, bu sadəcə hal-hazırda baş verdiyi kimi müsəlmanlara daha böyük zərər, şərr gətirir...


Tarix: 12.04.2013 / 19:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 76 Bölmə: Maraqlı melumatlar