Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlardan təbii yolla ifraz olunan nifas qanı (doğuşdan sonrakı qanaxma) ilə bağlı əhkamlar.

Suallar:

1.Doğuşdan sonra qan gəlməzsə?
Bu halda nifas sayılmır və qüsl almaq da vacib olmur. Əgər orucdursa, orucu da pozulmur.

2.Doğuş əlamətlərini görərsə?
Doğuşdan öncə ağrı hissləri ilə ifraz olunan qan və suyun ifrazı nifasa daxil deyil. Bu istihazə sayılır.

3.Doğuş zamanı ifraz olunan qan?
Uşaq tam və qismən çıxmasa da, bu qan nifas qanıdır. Bu zaman qılınmayan namazların qəzası qılınmır.

4.Nifas günləri hansı andan hesablanır?
Uşaq tam olaraq ana bətnindən çıxdıqdan sonra.

5.Nifas ən azı neçə gün davam edə bilər?
Nifasın azı üçün vaxt məhdudiyyəti yoxdur. Doğuşdan dərhal sonra qan kəsilərsə qüsl almalı və namazlarını qılmalıdır. Qırx günün bitməsini gözləmək lazım deyil.

6.Nifas ən çox neçə gün davam edə bilər?
Ən çox qırx gün davam edə bilər. Bu vaxtdan sonra ifrazat davam edərsə, nifas sayılmır. Belə halda qadının qüsl alıb namazlarını qılması vacib olur. Əgər bu müddət hamiləlikdən əvvəl adət etdiyi aybaşı günləri ilə üst-üstə düşürsə, bunu aybaşı kimi qəbul etməlidir.

7.Əkiz və ya daha çox uşağı olan qadının nifası nə zamandan başlayır?
Birinci uşaq olandan sonra nifas vaxtı başlayır.

8.Yarımçıq düşmüş uşaqdan sonra ifraz olunan qan?
Əgər düşmüş uşaq səksən günlük və ya azdırsa, istihazə olur. Əgər doxsan günlük və daha artıqdırsa, bu nifas sayılır. Əgər səksən və doxsan gün arasındadırsa, bu uşağın yaradılış mərhələsindən asılıdır. Əgər rüşeym insan şəklinə düşübsə, bundan sonra ifraz olunan qan nifas, əks halda, istihazə qanıdır.

9.Qadın qırx gün ərzində təmizlənib və deyilən vaxt bitməmiş bir daha qan ifraz olunub?
Qadın qırx gün ərzində təmizlik müşahidə etdiyi hallarda çimib təmizlənir və namazlarını qılır. Əgər qırx gün ərzində yenidən qan ifrazatı başlayarsa, nifasa aid olur. Qırx gün bitənə qədər bu qaydaya əməl olunmalıdır.

Qeydlər:
: Boynunda qüsl olan insana etməsi haram olan əməllər aybaşı və nifaslı qadınlara da haramdır. İstihazəli qadının namaz qılması vacıbdir. Amma hər namazdan öncə dəstəmaz almalıdır. Əgər qadın günəş batmadan öncə aybaşıdan və ya nifasdan təmizlənərsə, həmin günün zöhr və əsr namazlarını qılmalıdır. Əgər sübh namazının vaxtı girməmiş təmizlənərsə, o zaman həmin gecənin məğrib və işa namazlarını qılmalıdır. Namazın vaxtı daxil olduqdan sonra namazı qılmadan öncə aybaşı və ya nifas olan qadın həmin namazın qəzasını qılmalıdır. Aybaşıdan və nifasdan qüsl alarkən hörüklərini açmalıdır. Cənabət qüslü aldıqda isə bunu etmək vacib deyil. Aybaşı və nifaslı qadınlarla oynaşmaq və həzz almaq olar, amma cinsi əlaqəyə girmək haramdır. İstihazəli qadınla cinsi əlaqəyə girmək məkruhdur. Ərin buna ehtiyacı olduğu halda icazəlidir. İstihazəli qadının hər namaz üçün qüsl alması müstəhəbdir. Əgər buna imkanı olmazsa, zöhr ilə əsri bir qüsl ilə, Məğrib və İşanı bir, sübh namazını da bir qüsl ilə qılsın. Beləliklə, gün ərzində üç dəfə qüsl almış olar. Əgər buna da imkanı yoxdursa, gün ərzində bir dəfə çimib sonra hər namaz üçün dəstəmaz ala bilər. Əgər buna da imkanı yoxdursa, o zaman aybaşı qüslünü aldıqdan sonra hər namaz üçün dəstəmaz alsın. Həcc və ya ümrə ziyarətlərini yerinə yetirmək, yaxud ramazan orucunu tamamlamaq üçün aybaşının qarşısını müvəqqəti alan dərmanlardan istifadə edə bilər. Bunu dərmanın ona zərər verməyəcəyinə əmin olduqdan sonra etməlidir.


Tarix: 05.05.2013 / 16:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 126 Bölmə: Maraqlı melumatlar
loading...