Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəcasətin təmizlənməsi və tərifi

1.Ənəs ibn Malikdən rəvayət olunur ki, Allahın elçisindən(sav) şərabdan sirkə hazırlanıb-hazırlanmamsı barədə soruşduqda, o buna: «Xeyr» - deyə cavab vermişdir. Hədisi Müslim və Tirmizi rəvayət etmişdir. Sonuncu hədisi yaxşı və səhih hesab etmişdir.
2.Həmçinin Ənəs ibn Malikdən rəvayət olunur ki, Xeybər günü idi. Allahın elçisi,(sav), Əbu Talhəyə əmr etdi ki, camaata elan etsin ki, Allah və onun elçisi sizə ev eşşəyinin ətini nəhy etdi, çünki o murdardır. Hədisi Buxari və Müslim rəvayət etmişdir.

3.Əmr ibn Xaricədən rəvayət olunur ki, Allahın elçisi,(sav), dəvəsinin üstündə oturaraq Minada xütbə söyləyirdi və dəvənin ağzının suyu mənim çiyinlərimə axırdı. Hədisi Əhməd və Tirmizi rəvayət etmişdir, sonuncu hədisi səhih hesab etmişdir.

4.Aişədən rəvayət olunur ki, Allahın elçisi,(sav), mənini yuyar və həmin paltarda da namaza durardı. Mən də onun paltarında yaş yeri görmüşəm. Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Müslimin rəvayətində deyilir: «Mən Allahın elçisinin paltarındakı mənini yaxşı sürtdüm və o da onunla namaz qıldı».
Müslimin digər bir rəvayətində isə deyilir: «Onun paltarındakı mənini quru-quru dırnağımla qaşıyardım».

5.Əbu Səmhdən rəvayət olunur ki, Allahın elçisi,(sav), buyurmuşdur: «Südəmər qız uşağının sidiyi yuyulmalı, südəmər oğlan uşağının sidiyinə isə su çilənməlidir». Hədisi Əbu Davud və Nəsai rəvayət etmiş, Hakim isə səhih hesab etmişdir.

6.Əsma bint Əbu Bəkrdən rəvayət olunur ki, Peyğəmbər,(sav), paltara düşən heyz (aybaşı) qanı haqda buyurmuşdur: «Öncə o qaşınıb-təmizlənməli, sonra isə suda yuyulmalıdır. Ancaq bundan sonra həmin paltarda namaza durmaq olar». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

7.Əbu Hüreyrədən rəvayət olunur ki, Xaula Peyğəmbərdən, , soruşmuşdur: «Ey Allahın elçisi, əgər qan getməzsə necə?» Allahın elçisi,, isə ona: «Onu su ilə yumaq sənə kifayətdir, ləkəsinin sənin üçün təhlükəsi yoxdur!»-deyə cavab vermişdir. Hədisi Tirmizi rəvayət etmişdir.(Hədis səhihdir. Bax: “İrva əl-Qəlil”, 168. )


Tarix: 26.04.2013 / 21:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 84 Bölmə: Maraqlı melumatlar
loading...