Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhərrəm ayında nələri etmək olmaz?

Haram aylarda bir çox şərtlər var ki, onların arasında savaş etmək, müharibələrə qoşulmaq, səhər və axşam namazları arasındakı vaxtda şadyanalıq etmək kimi əməllər günah sayılır.



Məhərrəm ayının önəm və sayğısı İslamdan əvvəl də mövcud olub. Belə ki, cahiliyyə dövründə qüreyşilər Məhərrəm ayında oruc tutar, Kəbədəki qara daşa təzim edərdilər.



Ölkə əhlinin "məhərrəmlik" dediyi ayda toy, nişan mərasimlərinin məsləhət bilinməməsini, müsəlmanların digər aylarla müqayisədə daha sadə davranmalarını gərəkdirən səbəb var.
O səbəb Aşuradır.



Məhərrəm ayında müsəlmanların Şəhidlərin Şəhidi İmam Hüseynə (ə.s.) yas tutmaları bu ayın matəm ruhunu müəyyənləşdirir. Məhz bu səbəbdən bu ayda səhər və axşam namazları arasında toy, nişan və s. məclislərin düzənlənməsi, bayram tədbirləri və konsertlərin keçirilməsi məsləhət görülmür. Lakin axşam namazından sonra toy məclisi keçirmək olar. Bir şərtlə ki, orada musiqi səslənməyə, növraq-büsat olmaya: bu da ən məcburi hallar üçün nəzərdə tutulub.



Məhərrəm ayında hər müsəlman dedi-qodu, münaqişə, kimisə incitmək, xətrinə dəymək kimi əməllərdən çox uzaq olmalıdır.
Habelə, söz-söhbət, münaqişə, incimə, küsməyə səbəb olacaq fitnədən də uzaq durmaq gərəkdir.
Unutmayın ki, Aşura günü İmam Hüseyn(ə.s) və onun 72 tərəfdarı Kərbala düzündə şəhid oldu. Həmin gün İslam dinində həm matəm, həm də İslamın qələbə çaldığı gündür. Həmin gün İslamın necə böyük din olduğunu göstərirdi. Bu səbəbdən də Ramazan ayından sonra ən fəzilətli oruc məhərrəm orucu sayılır.


Tarix: 06.06.2013 / 19:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 89 Bölmə: Maraqlı melumatlar
loading...