beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayaq üstündə su başına getmək

Sual: Ayaq üstündə su başına getmək olarmı? Bunun şəri hökmü nədir?

Cavab: Buna bir ehtiyacı (xəstəliyi varsa və yaxud otura bilmirsə o zaman ayaqüstə su başına getməkdə bir zərər yoxdur) olması istisna olmaqla ayaq üstündə su başına getmək bəyənilmir. Həmçinin əgər yer çirklidirsə və nəcasət varsa, su başına getmək üçün aşağı əyildiyi zaman bulaşacaqsa, o zaman ayaqüstə bunu etməkdə bir zərər yoxdur. Belə ki, bu cür etmək üçün onda yaxşı bir səbəb var.

Lakin (yaxşı) bir səbəb olmazsa, o zaman ayaqüstə su başına getmək bəyənilmir. Çünki bu cür etsə, onun ətrafına dağılan sidik damcıları onun üzərinə sıçrayaraq ona bulaşa bilər. Allah hər bir şeyi öz elmi ilə əhatə etmişdir.

Əl-muntaqa min fətəvə-cild 5, səh.7, fətva ?2


Tarix: 05.04.2013 / 19:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 116 Bölmə: Maraqlı melumatlar