beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pis yuxudan qorunma

Pis yuxunu heç kimə danışmamaq
Əbu Səid əl-Xudri (r.a)-dən rəvayət olunurki, peyğəmbər (s.a.v) demişdir: “Sizdən bir kimsə yuxu görsə və həmin yuxu onun xoşuna gəlsə, o Allahdandır və Allaha həmd etsin və başqalarına həmin yuxunu danışsın. Əgər bir kimsə başqa bir şey görsə və gördüyü onun xoşuna gəlməsə, o yalnız şeytandandır və Allahdan onu qorumasını diləsin və gördüyünü heç kimə danışmasın, belə halda ona zərər toxunmaz”.
(əl-Buxari, 6985; Muslim, 261.)

Zamanımızdaki insanlar isə, peyğəmbər (s.a.v) -in əmrinə müxalif çıxaraq tam əksini edirlər. Onlar pis yuxuları danışır, yaxşı yuxuları isə gizli saxlayırlar.
Həmçinin peyğəmbər (s.a.v)-in bu hədisində yuxuların həm Allahdan həmdə şeytandan olmasına dəlil var və bu da öz növbəsində bəzi cahil insanlar arasında yayılmış, yuxuların Allahdan bir işarə olması rəyinə müxalifdir. Bu cür yanlış fikirlər müxtəlif millətlərdə bir çox xurafatların zühuruna səbəb olmuşdur.

Üç dəfə sol tərəfə tupürmək, pis yuxudan Allaha sığınmaq və sağ tərəfə çönmək
Cabir (r.a)-dan rəvayət olunurki, peyğəmbər (s.a.v) demişdir: “Sizdən bir kimsə xoşuna gəlməyən bir yuxu görsə, üç dəfə sola tüpürsün və üç dəfə Allahdan onu şeytandan qorumasını diləsin, sonra isə başqa tərəfə çevrilsin”.
(Muslim, 2262.)

Namaz qılmaq
Əbu Xureyra (r.a)-dən rəvayət olunurki, peyğəmbər (s.a.v) demişdir: “Sizdən bir kimsə pis yuxu görsə heç kimə danışmasın. Qalxıb namaz qılsın”.
(Muslim, 2263.)

‘Urva ibn əz-Zubeyr (r.a) rəvayət edirki, Aişə (r.anha) yatmaq istədikdə deyərdi: “Allahım, Səndən yalan olmayan, şər yox, xeyr gətirən xoş və sadiq bir yuxu diləyirəm”.
اللَّهُمَّ إِنِي أَسْأَلُكَ رُؤْياَ صَالِحَةً صَادِقَةً غَيْرَ كَاذِبَةٍ نَافِعَةً غَيْرَ ضَارَّةٍ
/Allahumma inni əs-əlükə ruya salihə sadiqə ğayra kəzibə nafi‘a ğayra darra/.
(İbn əs-Sunni, 743. Hafiz ibn Həcər isnadın səhih olduqunu bildirmişdir.)


Tarix: 11.04.2013 / 19:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 149 Bölmə: Maraqlı melumatlar