beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hədisin İslam dinindəki yeri və müsəlmanların ona münasibəti

Ərəb dilində köhənə, qədim sözlərinin antonimi olan, yeni, müasir mənalarını iafadə edən hədis kəlməsi eyni zamanda xəbər mənasını və bu kökdən daxili fleksiya yolu ilə düzəldilmiş bəzi fellər xəbər vermək, təbliğ etmık, nəql etmək kimi mənalarıda ifadə edir. [1,18/6,93/11; 4,c.2,2]

Hədis kəlməsi Islam dini zühur etdikdən sonra bir termin kimi Allah Rəsulunun (s.a.v) söz, hərəkət və təqrirlərinə (susaraq razılıq bildirmək) şamil edilərək yeni mənalar ifadə etməyə başlamışdır. Bu baxımdan hədis kəlməsi sünnət kəlməsinin sinonimidir. [13,35-38;5,2] Sünnət kəlməsi ərəb leksikonunda istər yaxşı, istərsə də pis yol, adət və gözəl davranış mənalarınıda da ifadə edir. [15 (kök:snn) ;9,elm mövzusu, h.15; 3,11]
Hədis alimlərindən bəziləri hədis kəlməsni yalnız Peyğəmbərin sözlərinə deyil, eləcədə səhabə və tabiundan nəql edilən məvquf və məqtu xəbərlərə də şamil etmişlər. [17,72-78/18,10]
Hədis İslam dinində Qurani-kərimdən sonra ikinci qaynaq hesab olunur. Qurani-kərim ilə sünnət arasındakı bərabərlikdən danışan əl-Xətib əl-Bağdadi “əl-Kifayə” adlı məşhur əsərində əhəmiyyət və şərii hökümlərin isbatında dəlil olmaq baxımından onların bərabər olduğuna işarə etmişdir. [14,39] Hədis elminin müasir alimlimlərindən olan Doktor Abdulğəni Abdulxaliq də bu mövzuda əl-Xətib əl-Bağdadi ilə həmrəylik nümayiş etdirmişdir. [2,20-30]
Hədis Allah Rəsuluna şamil olunan söz, hərəkət və təqrir olmaqla Ona (s.a.v) nazil edilmiş ilahi vəhyin iki növündən biridir. Vəhyin digər növü isə Allah kəlamı Qurani-kərimdir. [1,53/3-4,59/7,3/31; 11,c.5,10,h.4604;6,c.5,38,h.2664;10,c.1,117,h.594;14,48;7,c.1,191;16,10]
Əl-Əvzai, Məkhul, Yəhya İbn Əbu Kəsir və başqalarının gəldiyi qənaətə görə “Quran sünnətə daha çox möhtacdır, nəinki sünnət Qurana. Sünnət Qurana hökmedicidir, Quran isə sünnətə hökmedici deyildir.” [10,c.1,117,h.593]
Allah Rəsulu tərəfindən təbliğ olunan və tətbiqi istənilən bəzi ayələr mucməl (izaha ehtiyac olan) və yaxutda mütləq (ümumi) olaraq nazil edilmişdir. Məsələn, İslam dininin əslarından sayılan namaz ibadəti ilə bağlı ayələr mücməl olaraq nazil edilmiş, namazın rükətlərinin sayı, forması və.s kimi sual doğuracaq məqamlar Qurani-kərimdə təfsilatı ilə bəyan edilməmişdir.
Qurani-kərimdə bu kimi forması, şərti və ərkanı izah olunmadıqca tətbiqi mümkün olmayan bir çox hökümlər vardırki, Allah Rəsuluna, Onun hədislərinə müraciət etmədən onları icra etmək qeyri mümkündür. [3,23-24]
Bütün bunları nəzərə alan müsəlmanlar vəhyin nazil olduğu dövürdən etibarən izaha ehtiyac duyulan məsələlərdə Allah Rəsuluna müraciət etmiş, namazın necə qılınmasını, zəkat ilə bağlı hökümləri, həc ibadətini və bu kimi digər məsələri Ondan öyrənmişlər. Həzrət Peyğəmbər dünyasını dəyişdikdən sonra isə müsəlmanlar öz suallarına cavabları Allah Rəsulunun sünnətində, hədislərində axtarmışlar.
Səhabələr Allah Rəsulunun əmirlərinə, qadağalarına tabe olur, bütün əməl, ibadət və davranışlarında Onu özlərinə örnək qəbul edirdilər. Allah Rəsulunun hərəkətləri bəzən səhabələrdə sual belə doğurmrdu. Onlar Onun etdiyi hər şeyi (yalnız Ona xas olanlardan başqa) sorğu-sualsız etməyə, tərk etdiyi şeylərdən isə uzaq olmağa çalışırdılar. [3,24-25; 11,c.1,426,h.650;12,c.1,480]
Allah Rəsuluna, onun hədislərinə olan bu münasibət heç şübhəsiz Allah Təalaya və Peyğəmbərinə olan səmimi imanın nəticəsi idi.
Allah Rəsuluna bu şəkildə itaət edən səhabələrlə yanaşı Ondan bir söz soruşmaq və ya hər hansısa bir şərii suala cavab almaq üçün uzun məsafə qət edən inasanlarında sayı həddən artıq idi.
Allah Rəsulu dünyasını dəyişdikdən sonra səhabələrin cox məsuliyyətli bir vəzifəni, Allahın şəriətini Qurani-kərim və sünnət olaraq qorumağı öz öhdələrinə götürdüklərini görürük. [10,c.1,67-73]
Səhabələrdən sonra gələn nəsillərin mömin nümayəndələri də hədis mövzusuna son dərəcə ehtiyatla yanaşmış və Allah Rəsulunun adından hədis rəvayət edən hər kəsi hərtərəfli araşdırdıqdan sonra onun söylədiklərinə rəy vermişlər. [3,34-35]
İslam dini ilə bağlı bütün elmlər ləfzi və mənası ilə Uca Rəbbimizə məxsus Qurani-kərimdən və özündən heçnə söyləməyən, bütün davranışları ilıahi vəhyə dayanan Allah Rəsulunun sünnətindən, hədislərindən qaynaqlanır. İslam tarixinə nəzər saldıqda müsəlmanların ilk olaraq Qurani-kərimi daha sonra isə Peyğəmbərin hədislərini ətraflı şəkildə araşdıraraq öyrəndiklərini müşahidə edirik.
İstifadə olunmuş ədəbiyyat siyahısı
1-Qurani-kərim
2- بحوث في السنة المشرفة للدكتور عبد الغني بن عبد الخالق, مكتبة السنة- القاهرة
3- تدوين السنة النبوية نشأته و تطوره من القرن الأول إلى نهاية القرن التاسع الهجري للدكتور محمد بن مطر الزهراني, مكتبة الصديق-1412
4- تفسير الجلالين للسيوطي, القاهرة
5-توجيه النظر إلى أصول الأثر لطاهر بن أحمد الجزائري, مصر, 1328/1910
6- جامع الإمام الترمزي, البابي الحلبي بتحقيق أحمد شاكر- القاهرة
7- جامع بيان العلم و فضله لإبن عبد البر, دار الكتب العلمية , بيروت
8- الجامع الصحيح لأبي عبد الله محمد بن إسماعيل البخاري
9-الجامع الصحيح للإمام مسلم بن الحجاج القشيري, مصر 1373/1955
10- السنن للدارمي, عبدالله هاشم اليماني, المدينة
11- السنن لأبي داود, عزت عبيد الدعاس
12- الطبقات الكبرى لمحمد بن سعد, دار صادر, بيروت
13- قوائد التحديث, جمال الدين القاسمي, دمشق, 1949
14- الكفاية للخطيب البغدادي, المكتبة الحديثة, القاهرة
15- لسان العرب لإبن منظور, دار صادر- بيروت
16- مفتاح الجنة للسيوطي, الجامعة الإسلامية
17- İbn Hacer el-Askalani, Nuhbetul-fiker şerhi (türkçesi: Talat Koçyigit, İlahiyat Fakültesi Yayınlarından, Ankara 1971)
18- Prof.Dr.Talat Koçyigit, Hadis tarihi, Türkiye Diyanet Vakfı Yayınları /246, Ankara, 1997


Tarix: 14.04.2013 / 12:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 238 Bölmə: Maraqlı melumatlar