beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsas ''geyim'' yox ''ağıl''-dır

Köhnə paltar geyinmiş və kasıb bir alim məclisə gəlib yuxari başda yer alır. Molla bu adama hirsli hirsli baxır və köməkçisini o adamla danışmağa göndərir. Köməkçisi alimin yanına gəlir və deyir:
- Burdan qalx. Bura sənin yerin deyil. Hərkəs məclisin yuxarı yerinə layiq ola bilməz. Sənin yerin aşağıdadır. Ya ora get, ya da məclisi tərk et.
Alim baxır görür ki, mütləq durmalıdır, durub aşağıda oturur. Bu zaman alimlər islam elmi haqqında mübahisə etməyə başlayırlar.
- Xeyir, bəli, qəbul etmirəm, mən düzəm şəklində mübahisə davam edir.
Kasıb alim buna dözə bilməz və ayağa durub:
- Zəhmət olmasa məni dinləyə bilərsiniz? Bu mövzuda deyəcəklərim var. –deyir.
- Buyurun, yaxşı bir şey bilirsənsə danış.
Alim elə danışır ki, məclisdə hərkəs sakitləşib, onun nitqinə qulaq verir və doğru olduğunu görür. Bunu görən molla özünü pis hiss edir və səhvini yumaq üçün alimin yanına gəlir.
- Əfsuslar olsun ki, sənin qiymətini bilmədim. Məclisə gəldiyiniz üçün sizə dərin minnətdarlığımı bildirirəm. Bu çalmanı məndən hədiyyə olaraq qəbul edin – deyib çalmanı köməkçisinə verir ki, alimin başına bağlasın.
Lakin alim:
- Dayan, o çalmanı başıma bağlama, çünki onu başıma bağlasam, təkəbbürlü olaram, sabah köhnə paltarda birini görsəm onu bəyənmərəm. Sən sən ol, geyimə görə, çalmaya və saqqala görə adam ölçmə, çünki çalma parçadandır, saqqal isə bir ovuç ot kimidir. İnsan başına ağıl və beyin lazımdır. – deyərək onların hədiyyəsini rədd edər


Tarix: 06.06.2013 / 19:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 110 Bölmə: Maraqlı melumatlar