Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DUANIN ƏDƏBLƏRİ VƏ QƏBUL OLMA SƏBƏBLƏRİ

Allaha ixlasla dua etmək;
2. Duaya Allaha həmd-səna etməklə və Peyğəmbərə -sallallahu aleyhi və səlləm- salavat gətirməklə başlamaq və elə bu cür də bitirmək;
3. Duada qətiyyət göstərmək və onun qəbul olunmasına yəqin olmaq;
4. Duada israrlılıq və tələsməmək;
5. Ürəkdən dua etmək;

Ağgündə də, çətin vəziyyətlərdə də dua etmək;
7. Yalnız tək Allahdan istəmək;
8. Ailəyə, mal-dövlətə, övlada və özünə bəd dua oxumamaq;
9. Alçaq tonla dua etmək;
10. Günahı etiraf etmək və onun bağışlanmasını diləmək, neməti etiraf etmək və bunun üçün də Allaha şükr etmək;
11. Duada qafiyədən istifadə etməmək;
12. Yalvarış, itaətkarlıq, rəğbət və qorxu ilə dua etmək;
13. Tövbə etməklə zülm və istibdadların rədd etmək;
14. Duada istənilən şeyi üç dəfə təkrar etmək;
15. Qiblə istiqamətində dayanmaq;
16. Dua edilən an əlləri qaldırmaq;
17. İmkan daxilində duadan əvvəl dəstəmaz almaq;
18. Təcavüz və düşmənçiliyi istəməməlidir
19. Dua edən başqasına dua etdiyi təqdirdə öncə özündən başlamalıdır;
20. Dua edərkən Allahın gözəl adlarını və uca sifətlərini, yaxud dua edənin özünün gördüyü saleh bir əməli, yaxud da dua edən şəxsin əli çatdığı əməlisaleh, diri bir insanın duasını vasitə götürmək;
21. Dua edənin yeməyi, içkisi və geyimi halal olmalıdır;
22. Dua edilərkən hər hansı bir günahın edilməsi və ya qohumluq əlaqələrinin kəsilməsi kimi diləklərə yol verilməməlidir;
23. Yaxşı işləri əmr, pis işləri isə qadağan etmək;
24. Bütün günahlardan uzaq olmaq;


Tarix: 17.04.2013 / 16:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 87 Bölmə: Maraqlı melumatlar
loading...