beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinlərin insanlar ilə təması

Sual:
İnsanlar ilə cinlər arasında hər hansı həqiqi bir təmas varmı? Cinin insanı öz təsiri altına (daxil ola bilər) alaraq onun dodaqları ilə danışaması doğrudur və yoxsa yalan?

Cavab:
Həmd Allaha məxsusdur.
Bəli, cinlərin insanı təsiri altına alması (bədəninə daxil olaraq) və ona zərər verməsi sübut edilmişdir.
Allah təala riba ilə məşğul olanlar ilə bağlı buyurur: “Sələm yeyənlər qəbirlərindən şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar” (Bəqərə, 275).

Yəni, Qiyamət günü qəbirlərindən qalxdıqlarında onlar yalnız cin vurmuş kimi duracaqlar. Çünki riba ilə məşğul olan kəslərin qarınları böyüyəcəkdir–bundan Allaha sığınırıq-ona görə də, həmin insan ayağa qalxmaq istəyəndə yıxılacaqdır və hər dəfə ayağa qalxmaq istədiyində yıxılacaqdır, bütün insanların qarşısında rüsvay olacaqdır. Ona görə belə insan cin və şeytanların təsiri altına düşən cin vurmuş şəxsə bənzəyir. Bu göstərir ki, cin insanı öz təsiri altına ala bilər . Bu məsələ məlumdur, təcrübə və hissiyyatla bilinən bir şeydir. Cin insana daxil ola bilər və onu təsiri altına ala bilər, onun dəli olmasına səbəb ola bilər. Ola bilsin ki, həmin insan ya ona (cinə) zərər verib və bu səbəbdən cinlər ondan qisas almaq istəyirlər, yaxud cinlər onunla oynayırlar və ya digər məqsədlərindən dolayı onu axtarırlar.
Xülasə: Cinlərin insanı öz təsiri altına alaraq zərər verməsi sübut olunmuşdur. Quran, və təcrübə, müşahidə buna dəlalət edir. Ona görə də bunu cahildən başqa heç kəs inkar edə bilməz.
Cin daxil olmuş insanın müalicə olunmasının ən yaxşı yolu cinlərin təsiri altına düşmüş insana Quran və içində Rəsulullah sallallahu aleyhi və səlləmdən rəvayət olunan duaların olduğu rukyalar oxumaqdır. İnşallah həmin insan çəkdiyi əzab-əziyyətdən xilas olacaqdır.
Lakin indiki dövrdə bəzi fırıldaqçılar və yalançıların (cin daxil olmuş insana) xəstəyə bəzi dua və içkiləri yazaraq cinin həmin insanın bədənindən çıxmasını iddia etmələrinə gəldikdə, burada əsas qayda budur ki, belə etmək haramdır və belə hallarda Quran və Sünnədə olan dualardan başqası ilə müalicə etmək icazəli deyil. Sözün sonu.

Məcmuu Fəta`va əl-Şeyx Sa`lih əl-Favzan (1/52)


Tarix: 03.04.2013 / 21:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 240 Bölmə: Maraqlı melumatlar