beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qızılın qızıl və ya nağd pul qarşılığında mübadiləsi

Sual: Qızıl alveri ilə məşğul olanlar arasında belə bir yeni məsələ ortaya çıxıb. Belə ki, bir nəfər müxtəlif növ qızıl əşyaları gətirir və başqa növdən olan cəvahirat ilə dəyişmək istəyir. Satıcı eyni növdən, eyni çəkidə olan cəvahiratı almaq üçün bunu tərəzidə çəkir, lakin qızılın miqdarından daha çox pul istəyir. Bu sələm sayılırmı? Allah sizi xeyirlə mükafatlandırsın. Bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Cavab: Həmd Allaha məxsusdur. Rəhmli və Mərhəmətli Allahın adı ilə başlayıram. Allahın salavatı və salamı Allahın Rəsuluna, onun ailəsinə və səhabələrinin, onun yolu ilə addımlayanların üzərinə olsun.

Qızıl barədə Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) belə söylədiyi sübuta yetrilib: “Qızılın qızıl ilə (mübadiləsi) eyni növdən, eyni ölçüdə əlbəəl (sövdənin icra olunduğu yerdə) olmalıdır.”

Əgər sözügedən qızıl ustası və yaxud satıcı faktiki çəkidən daha çox pul istəyirsə, bu halda o sələm günahına düşmüş olur. Əgər qızıl əşyasının çəkisi 20 misqaldırsa1 və satıcının təklif etdiyi qızıl eyni çəkidə olub bununla belə mübadilə olunan qızıl ilə yanaşı üstündə əlavə pul istəyirsə bu halda bu qadağandır. Çünki onun tələb etdiyi nağd pul (verdiyi əşyanın) bir hissəsi kimi götürülür. Nəticədə, o (satıcı) eyni (növ, çəkidə) qızılı (verib) qarşılığında çox almış sayılır. Allahın Rəsulu demişdir: “Eyni növdə və eyni çəkidə olmalıdır”. Məsələ ondadır ki, əgər o qızılı qızıl qarşılığında satırsa hər ikisi eyni məbləğdə olmalı və bundan çox və ya az olmamalıdır. (Əlavə olaraq) verilən şey istər eyni cinsdən və ya müxtəlif cinsdən əşyalar olsun hökm dəyişmir. Əgər tərəflərdən biri (qızıl ticarəti) zamanı (əlavə olaraq) nağd pul və ya digər əşya, mal verirsə bu sələm sayılır. Çünki Allahın Rəsulu demişdir: “Qızılın qızıl ilə (mübadiləsi) eyni növdən, eyni ölçüdə əlbəəl olmalıdır”. Beləliklə, aydın olur ki, bu sövdə sələmin növlərindən biridir. Sitatın sonu.

Fətəvə nur aləd-dərb, 3/1444

1Misqal- misqaldırsa (4.25 qrama bərabər tutulan ölçü vahidi)


Tarix: 02.04.2013 / 19:40 Müəllif: *Beyaz_Gul* Baxılıb: 169 Bölmə: Maraqlı melumatlar