beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Duanın fəziləti

Duanın çoxlu və əzəmətli faydaları vardır. Bunlardan;
1. Dua Allaha itaət, və Onun əmrini yerinə yetirməkdir. Uca Allah buyurur: “Rəbbiniz dedi: “Mənə dua
edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. (Ğafir,60)

2. Dua ibadətdir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Həqiqətən dua ibadətdir”. (Əbu Davud, Tirmizi, İbn Macəh. Albani hədisi səhihləşdirmişdir)

3. Allah üçün ən əziz əməldir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun)
buyurmuşdur: “Uca Allaha duadan əziz şey yoxdur”. (Tirmizi, İbn Macəh, Əhməd.Albani hədisi həsənləşdirmişdir) Başqa hədisdə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurur: "Sizin Rəbbiniz həyalı, kərəm Sahibidir, əllərini Ona tərəf qaldırıb dua edən qulunun əllərini boş qaytarmaqdan utanır". (Əbu Davud, İbn Macəh. Albani hədisi həsənləşdirmişdir)

4. Dua insanı Allahın qəzəbindən qoruyan ən mühüm səbəbdir. Kim Allahdan istəməzsə Uca Allahın ona qəzəbi tutar. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Kim Allahdan istəməzsə Allahın ona qəzəbi tutar”. (Tirmizi, İbn Macəh. Hakim. Albani hədisi həsənləşdirmişdir)

5. Dua sahibini acizlikdən qurtarır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “İnsanların ən acizi dua etməkdə aciz olanıdır. İnsanların ən paxılı isə salam verməyə paxıllıq edəndir”. (İbn Hibban. Albani hədisi səhihləşdirmişdir) İnsanlar arasında ən bədbini, gələcəyinə ümidlə baxmayanı və ən acizi isə ən az dua edən kimsədir. Çünki dua insana qüvvət və fayda verir.

6. Bəla gəlməzdən əvvəl ondan qorumaq üçün ən böyük səbəbdir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun)
buyurmuşdur: “Qədəri yalnız dua dəyişir”. (Tirmizi, İbn Macəh, Əhməd. Albani hədisi səhihləşdirmişdir)


Tarix: 13.04.2013 / 15:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 157 Bölmə: Maraqlı melumatlar