beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mömin qadınlar

Salam olsun sizə, ey Allahın savabını diləyərək mələklərin qanadları altında məscidlərə gələn qadınlar!
Allah sübhanəhü təala belə qadınları tərifləyib buyurur:
«Allahın evlərinizdə oxunan ayələrini və hikməti xatırlayın» (əl-Əhzab, 34).
Allahın ayələri Quran, hikməti – Peyğəmbərinın (Allahın salamı və salavatı ona olsun! – s.ə.v.) Sünnəsidir. Peyğəmbərin (s.a.v.) zamanında qadınlar səhih hədisdə deyildiyi kimi idilər: «Bir qadın Peyğəmbərin yanına gəlib dedi: “Kişilər cümə və camaat namazlarında səninlə birlikdə olurlar. Sən özündən bizim üçün də bir gün ayır, ey Allahın elçisi!” Peyğəmbər də bazar ertəsi gününü onlara xas etdi».

Ey hörmətli bacılarım! Bu kəlməni çoxları deyir, lakin çox az adam ona əməl edir. Bu kəlmədə imanın dünya və axirət səadəti var. Bu kəlmədən üz döndərən adamlar isə Allahın yolundan azmış adamlardır. Bu kəlmə bizdən əvvəlki kişi və qadınlara və bizə - axırıncılara Allahdan gələn bir tövsiyədir. Allah təala buyurur:
«…Biz sizdən əvvəl Kitab verilənlərə də, sizə də Allahdan qorxmağınızı tövsiyə etdik…» (ən-Nisa, 131)
Bu kəlmə təkcə xütbələrdə, minbərlərdə eşidilən bir kəlmə deyil. Həqiqətən, bu kəlmə səadət və əmin-amanlıqdır. Bəli, bu kəlmə səadəti bədbəxtlikdən ayıran bir kəlmədir, əziz bacılarım. Biz bu cür sizin kimi bacıların mövcud olmasına heç şübhə etmirik.
Allah-təala buyurur:
«Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz bir-birinizdənsiniz”» (Ali-İmran, 195).
Allah-təala başqa bir kəlamda isə belə buyurur:
«Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər. Allaha və Peyğəmbərinə itaət edərlər…» (ət-Tövbə, 71).
Yenə başqa bir kəlamda Allah-təala buyurur:
«Allah və Peyğəmbərləri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək yaraşmaz» (əl-Əhzab, 36).
Bu, «qadın azadlığını çağıran günahkarlarla aydın və sərt bir cavabdır. Doğrusu, bu azadlıq deyil, əksinə, bu, qadının, onun iffətini, onun həyasını, onun fikrini xarab etməsidir.
Əziz bacılarım! Biz indi yer üzündə islah etməyənlərə və fəsad törədənlərə etiraz edəcəyik: “Siz qadının xeyrinimi güdürsünüz! Siz qadınımı müdafiə edirsiniz? Siz istəyirsiniz ki, o, öz həyasını tapdalasın? İstəyirsiniz ki, o, öz namusunu ləkələsin? İstəyirsiniz ki, o, öz evindən, ləyaqətindən və məişətindən uzaqlaşsın? Özündən başqa tanrı olmayan Allaha and olsun ki, sizin qəlbləriniz canavar qəlbidir, cildiniz isə qoyun cildidir. Dilləriniz baldan da şirindir, icərinizdə isə alovlanan bir atəş var. Bu günahkarlara bizim cavabımız budur. Onlar deyilər ki, cəmiyyət bir ciyərlə nəfəs alır və deyirlər ki, cəmiyyətin yarısı fəaliyyətsizdir! Ey pozğunluğa çağıranlar, bilirsinizmi qadın kimdir? Həqiqətən, bu müsəlman qadın kişilərin anası, kişilərin bacısı, kişilərin qızı, kişilərin nənəsi, bibisi, xalasıdır! Ey münafiqlər! Məgər unutdunuzmu ki, bu qadın peyğəmbərlərin, elçilərin, alimlərin və saleh adamların anasıdır? Şübhəsiz ki, bu qadın bütün böyük kişilərin anasıdır və hər bir böyük kişi bilir ki, o, bu qadından törənmişdir”.
Ey Allahın Quranda zikr etdiyi qadın! O qadın ki, Allah-təala onu başqalarına misal gətirir:
«Allah iman gətirənlərə Fironun zövcəsini (Asiyə bint Məzahimi) məsəl çəkir» (ət-Təhrim, 11).
Bəli, Fironun zövcəsi, bu saleh qadın Asiyə bint Məzahimdir. O Cənnət qadınlarından, xanımlarından biridir. Bəli, Fatimə bint Muhəmməd, Məryəm bint İmran, Xədicə bint Xüveylid və Asiyə bint Məzahim. Onların dördü də Cənnətdəki qadınlar, xanımlardırlar. Bəli, bu, o günahkarların gözələrinə bir zərbədir. Çünki, onlar qadının haqqını azaldırlar. Qadın öz iffətində, evində, dinində, həyasında necə də yaxşıdır.
Müslim öz «Səhih» əsərində rəvayət edir ki, Allahın elçisi (s.a.v.) belə buyurdu: «Dünya keçici bir şeydir. Onun içindəki ən yaxşı şey isə saleh qadındır».
İbn Hibbanın rəvayət etdiyi səhih bir hədisdə Peyğəmbər (s.a.v.) buyurur: «Kişinin səadəti dörd şeydən ibarətdir:…». Peyğəmbər (s.a.v.) belə şeylərdən saleh qadını da qeyd etdi.
Ət-Təbəraninın səhih isnadla rəvayət etdiyi bir hədisdə Peyğəmbərə (s.a.v.) ən yaxşı qadın haqqında sual verirlər: O (s.a.v.) da buyurdu: “Ən çox doğan və sevən bir qadındır, hansı ki, əri ona qəzəblənəndə öz əlini onun əlinin içinə qoyub deyir: “Allaha and olsun ki, sən razı olmayınca bir an da yatmaram”. Allahu əkbər!!!
İndi isə mömin qadına, Allah-təalanın bizim üçün məsəl çəkdiyi Asiyə bint Məzahimə qayıdaq ki, bütün qadınlar da onun kimi olsunlar. O saleh qadın ki, əzab çəkdi, parçalandı və çarmıxa çəkildi, onun haqqında nə fikirləşirsiniz, əziz bacılarım?!
Baxın tovhidə, baxın yəqinliyə, baxın o imana ki, qadınları kişilərin edə bilmədiyi şeylərə vadar edir! Allahu əkbər! Lə iləhə illəllah!
Bu hekayəti tarixçilər qeyd edib deyirlər ki, Fironun (Allah ona lənət eləsin!) onun qızının saçlarını darayan bir qulluqçu qadını var idi. Bir gün o qadın, Fironun qızının başını darayanda əlindən daraq düşdü və o dedi: “Bissimilləh”, yəni, “Allahın adı ilə”. Qız da ona tərəf dönüb soruşdu: “Allah atammı?”. Mömin qadın isə dedi: “Yox, Allah mənim Rəbbim, Fironun Rəbbi və sənin Rəbbindir”. Qız da dedi: “Məgər sənin atamdan başqa bir tanrın var?” Çünki, Firon rübubiyyət iddia edirdi. Mənim müsəlman bacıların. O, məgər Quranda deyildiyi kimi demədi:
«Həqiqətən, mən sizin ən uca rəbbinizəm!» (ən-Naziat, 24).
Məgər o demədimi:
«Ey qövmüm! Məgər Misir səltənənti, altından axan bu çaylar mənim deyilmi!?» (əz-Zuxruf, 51).
Görün bu günahkar nə deyir!
Bu qız Firona o qadının dedikləri haqqında xəbər verdi. Firon da bu qadının iki oğluna işkəncə verdi. O, qazanı yandırıb, qadının iki uşağını toyuğu qoyduğu kimi, yanar qazanın içinə qoydu. Uşaqların əti yandı!!! Onların nə günahı var idi? Onldar nə kimi cinayət etmişlər? Bütün bunlar onların anasının “günahı” idi. Bu qadın səbr etdi və öz övladlarını Allaha qurban etdi. Lə iləhə iilləllah! O bizə səbri, dözməyi, yəqinliyi öyrədir. O bizə öyrədir ki, Cənnət bahadır və ona ancaq qeyd olunmuş şeyi fəda etməklə nail olmaq olar. Və o qadın da öz uşaqlarını Allaha bağışlayır, dinindən dönmur və səbr edir. Bacılarım, o qazana yaxınlaşanda dedi: «Siz məndən əl çəkəndə mənim və övladlarımın sümüklərini bir qəbrdə basdırın». Allahu əkbər! Allahu əkbər!
Allah-təala da qadını və onun cənnətdəki əcrini Fironun zövcəsi olan Aisyə bint Məzahimə göstərir. Bacıların! O da Allah-təalanın tovhidini qəbul edib deyir: «Əşhədu ən lə iləhə illəllah», yəni, şəhadət edirəm ki, Allahan başqa tanrı yoxdur.
Bacılarım! Firon biləndə ki, onun zövcəsi iman etdi, onu tutub çarmıxa çəkir. Onun əllərini və ayaqlarını bağlayıb onu tikə–tikə parçalamağa başlayır. O isə gülürdü! Bacılarım! Bilirsinizmi o niyə gülürdü? Alimlər deyirlər ki, onun bədəni əzab çəkirdi, lakin onun ruhu bədənindən qabaq cənnətdəki çaylara və saraylara daxil olmuşdu. Buna görə də, o, Allahdan elə bir şeyi istədi ki, bu şey bizim üçün bir qayda oldu. O dedi:
«Ey rəbbim! Mənim üçün öz dərgahında Cənnətdə bir ev tik» (ət-Təhrim, 11).
O, bunu deyərək Allah-təalanın dərgahını axirətdən qabaq istədi. Demək, qayda da budur. Onlar ona əzab verəndə o gülürdü. Firon da dedi: «Siz bu dəlini görmürsünüzmü? Görmürsünz ki, o gülür?» Onlar onun bədənini kəsəndə, o deyirdi: «Allaha and olsun ki, məni tikə-tikə doğrasanız da mənim Rəbbimə olan məhəbbətim daha da artacaq!».
«Ey Rəbbim! Mənim üçün Öz dərgahında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et» (ət-Təhrim, 11).
Bəli, bacılarım! Bu isə İmranın qızı Məryəmdir. Allah mömin qadınlara onu belə tövsiyə edir:
«(Allah mömin qadınlara) həmçinin namusunu möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də məsəl çəkir…» (ət-Təhrim, 12).
Allah onun oğlunun dili ilə buyurdu:
«Xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş (xurma) tökülsün!» (Məryəm, 25).
O saleh qadın da Allaha dua edib buyurur:
«…Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamami ilə unudulub getmiş olaydım!» (Məryəm, 23).
Allah da onun oğlunu danışdırdı və oğlan dedi:
«Mən, həqiqətən, Allahın quluyam. O mənə Kitab verdi, özümü də peyğəmbər etdi» (Məryəm, 30).
Bəli, bu o qadındır ki, qövmü onu namussuzluqda ittiham etdi və dedi:
«Ey Harunun bacısı! Atan pis kişi, anan da zinakar deyildi!» (Məryəm, 28).
Allah-təala da onun oğlunu beşikdə danışdırmaqla Məryəmin günahsız olduğunu bildirmişdir:
«(Məryəm onun özü ilə danışın, deyə) ona (uşağa) işarə etdi. Onlar: “Beşikdə olan uşaqla necə danışaq?” –dedilər. (Allahdan bir möcüzə olaraq körpə dilə gəlib dedi): “Mən, həqiqətən, Allahın quluyam. O mənə Kitab verdi, özümü də peyğəmbər etdi”» (Məryəm, 29-30).

Allah-təala bunu belə buyurur:
«Şübhəsiz ki, Biz Öz elçilərimizə və iman gətirənlərə həm bu dünyada, həm də şahidlərin şəhadət verəcəyi gündə yardım edəcəyəm! Elə bir gün ki, zalımlara üzrxahlıqları heç fayda verməyəcəkdir. O gün onları lənət və axirət yurdunun pis əzabı gözləyir» (əl-Mumin, 51-52).
Allah-təala oğlanı ona görə danışdırdı ki, onlar bu saleh qadından soruşdular:
«…Bunlar sənin üçün haradandır?…» (Ali-İmran, 37).
Yəni, bu yemək, bu meyvələr haradandır? O isə dedi:
«…Bu Allah tərəfindəndir! Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!» (Ali-İmran, 37).
Bəli, bacılarım! Siz də bu qadınlara oxşamalısınız. Çünki, bu qadınlar Allahı tanıyıb, onun əmrinə tabe olublar. Buna görə siz də onlara oxşamalısınız, onları özünüzə gözəl bir nümunə olaraq götürməlisiniz. Çünki, Allah-təala o qadınlardan razı olub və onları da Özündən razı edib.
Bu isə İbrahim əleyhissəlamın zövcəsi olan Saradır. əl-Buxari (Allah ona rəhmət etsin!) öz «Səhih»əsərində rəvayət edir ki, bu qadın Misirin zalım bir hökmdarının yanına zorla gətiriləndə, o, suyu götürüb dəstəmaz aldı, namaz qıldı və byöük bir duanı oxudu. Onun səmimi qəldbən dediyi bu duaya diqqət yetirin! O dedi: «Allahım! Əgər bilirsənsə ki, mən Sənə Sənin Elçinə iman gətirdim və namusumu qorumuşam, onda məni bu kafirə tabe etmə!» Bu kafirin də ayaqları yerə girdi. O ikinci dəfə qalxdı, qadın isə həmin duanı yenə oxudu, o təzədən batdı. Üçüncü, sonra isə dördüncü dəfə də qalxmağa çalışdı. Sara isə bu duanı təkrarlayırdı. Hökmdar ərafdakılara dedi: «Siz mənə şeytanı göndərdiniz. Onu İbrahimə qaytarın, həm də Həcəri ona verin». O, İbrahim əleyhisəlamın yanına qayıdanda dedi: «Görürsən, Allah-təala bu kafiri taptaladı və onun cariyəsini də verdi».
Həqiqətən, bu səmimiyyətdir, ixlasdır bacılarım! Həqiqətən, bu Allaha pənah gətirməkdir. Alllah-təala buyurur:
«…Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən Allah yenilməz qüvvət və qüdrət sahibidir! O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək namaz qılar, zəkat verər, yaxşı işlər görməyə əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu Allaha aiddir» (əl-Həcc, 40-41).
Bu qadınlardan biri də Həcərdir. Yenə də əl-Buxari (Allah ona rəhmət etsin!) rəvayət edir ki, Allah İbrahimə zövcəsi Həcəri və oğlu İsmail əleyhissəlamı əkinbitməz bir vadidə qoymağını əmr etdi. Orada adam, su, yemək və başqa həyat nişanəsi olan bir şey yox idi. Lakin İbrahim Allahın əmrinə tabe oldu. O onları qoyanda Həcərlə dönməyərək vidalaşdı. Həcər isə dedi: “Ey İbrahim! Ey İbrahim! Ey İbrahim! Sən bizi kimin üçün qoydun? Sən bizi kimin üçün qoydun? Sən bizi kimin yüçün qoydun? Allahın sənə əmr etdi?” O da dönüb dedi: “Bəli!” Həcər dedi: “Ey İbrahim! Həqiqətən, Allah bizi məhv etməz”. Lə iləhə illəllah! Allah da onu saxladı və onun gəzib (su axtararırkən- red.) etdiyi hərəkətləri Həccin rüknlərindən etdi. Bu rükn həm kişilərə, həm də qadınlara vacibdir. Lə iləhə illəllah! Qadın Allaha bağlananda, onun köməyinə inananda, öz işini Allaha həvalə edəndə necə də yaxşıdır. Allah-təala buyurur:
«Mən öz işimi Allaha həvalə edirəm, həqiqətən, Allah bəndələri Görəndir!» (əl-Mumin, 44).
Bu isə möminlərin anası Aişədir (Allah ondan razı olsun!). O, Allahın əmrinə tabe oldu. Allah da münafiqlərin iftirasından qorudu və onun günahsız olduğu haqqında Qiyamət gününə kimi oxunan Quran ayələrini nazil etdi.
Bu isə Ummu Sələmədir (Allah ondan razı olsun!). O və Aişə (Allah onlardan razı olsun!) əshabələrin alimlərindəndirlər. İndiki zamanda isə bizə və xüsusi ilə qadınlara Aişə və Ümm Sələmə kimi Quran və hadisələri əzbərləməyə mane olan nədir?
Bu isə Ummu Səlimdir (Allah ondan razı olsun!) Bilirsinizmi o kim idi? Onun mehri İslamda ən baha bir mehr idi. Əbu Təlhə onunla evlənmək istəyəndə, o dedi: «Ey Əbu Təlhə! Mənim mehrim İslamdır!» Əbu Təlhə də dedi: «Əşhədü ən lə iləhə illəllah və əşhədü ənnə Mühəmmədən rəsulullah»! (Şəhadət verirəm ki, Allahdan başqa tanrı yoxdur və şahədət verirəm ki, Məhəmməd Onun Elçisidir). Ummu Səlim (Allah ondan razı olsun!) də onunla buna görə evləndi. Ummu Səlim haqqındakı qəribə rəvayətlərdən biri də budur: Onun oğlu xəstələndi, əri isə o vaxt səfərə getmişdir. Oğlu vəfat etdi. O biləndə ki, əri qayıdır onun üçün ətir vurdu və bəzəndi. Əri oğlu haqqında soruşdu. Ummu Səlim cavab verdi ki, oğlun çox sakitdir. Doğru söylədi, həqiqətən o, sakit, – ölü idi. O bəzəndi, ətir vurdu və öz hüzn və kədərini qəlbində gizlətdi. Sonra isə ərinə xidmət etmək üçün qalxdı və ona o dəqiqə bu acı xəbəri çatdırmadı. Əbu Təlhə istirahət edəndən sonra ona oğlu haqqında danışdı. O da soruşdu ki, niyə mən gələndə dərhal xəbər vermədin. Ummu Səlim də cavab verdi ki, onu rahat etməsini istəyirdi. Səhər olanda isə Allah Öz elçisinə (s.a.v.) bu iki səbrli ər-arvad haqqında vəhy göndərdi. Peyğəmbər (s.a.v.) Əbu Təlhənin yanına gəlib buyurdu: «Allah sənin bu gecəni bərəkətli etsin!».
Bundan sonra da Allah-təala Əbu Təlhəyə on oğul verdi. Onların hamısı Qurani əzbər bilirdilər və Peyğəmbər (s.a.v.) və onun əshabələri ilə birlikdə cihad edirdilər. Həqiqətən, bu saleh qadın öz övladlarını Quran və Sünnə əsasında tərbiyə etmişdir. Ana bir məktəbdir. Onu hazırlasan, demək, yaxşı bir nəsil hazırlamış olarsan.
Biz görəndə ki, qadınların çoxu öz övladları haqqında ancaq yeməkdə, içməkdə, geyinməkdə və başqa dünya işlərində fikirləşirlər, qəlbimiz ağrayır. «Oğlum çörək yedinmi? Təzə paltarını geyindinmi? Səhhətin yaxşıdırmı?» Biz belə şeylərə etiraz etmirik. Lakin o maraqlanmır ki, oğlu sübh namazını camatla qılıb, ya yox? Yaxşı, saleh yoldaşlarla oturub-durur, ya pis yoldaşlarla? O, Quran daşıyır, ya siqaret? O, əshabə kişi və qadınlar haqqında kitablar oxuyur, ya pozğunçuluğa çağıran curnallar? O, özünü Peyğəmbərə (s.a.v.) oxşadır, ya Firona və Qaruna? Bəli, biz Ummu Səlim kimi qadınlara möhtacıq.
Bu isə başqa bir əsabə qadın. Səhih rəvayətdə deyildiyi kimi, onun yanına bir qonaq gəlir, o da ərinə deyir: «Vallahi, uşaqların yeməyindən başqa bir yemək yoxdur». Əri də deyir: «Uşaqları yatırt!». Qadın uşaqları yatızdırdıqdan sonra əri qonağa yemək verdi və arvadına dedi: «Get çırağı söndür, guya onu düzəldirsən!». Qonaq da elə hesab edirdi ki, kişi onunla yeyir, lakin qonaq tək yeyirdi. Bu əshabə Peyğəmbrin (s.a.v.) yanına gələndə o buyurdu: «Allah dünən qonağınızla etdiyiniz hərəkətinizə təəccbləndi!».
Allahu əkbər! Əziz bacılarım! Şüşhəsiz ki, bu qadınlar saleh qadınlar üçün gözəl nümunədir.
Bu isə ənsar qadınlardan biridir. Peyğəmbər Ühüd döyüşündən qayıdanda o qadına dedilər: «Ərin döyüşdə öldürüldü!» O da onlara dedi: «Allahın elçisi haradadır?» Onlar dedilər: «Oğlunda öldü». O dedi: «Allahın Elçisi haradadır?» Dedilər: «Qardaşında öldürüldü». Dedi: «Allahın elçisi haradadır?» O Peyğəmbəri görəndə gözlərindən sevinc və məhəbbət yaşları töküldü və o dedi: «Hər bir müsibət səndən soqra yüngüldür, ey Allahın Elçisi!».
Allahıu əkbər, bacılarım! Baxın, Allahı, Peyğəmbəri sevən bu qadınların məhəbbətinə! Bütün bunlar dünənki qadınlar haqqındadır. Bəs indiki qadınlar haqqında nə deyək? Biz sizə deyirik bacılarım. Allah – təalə buyurur: «İmam gətirənlərin qəlblərini Allahın zikri və haqdan nazil olan üçün yumşalması vaxtı gəlib çatmadımı? (əl-Hədid, 16).
Alllah-təalə həm də buyurur:
«Allah münafiq kişiləri və qadınları, müşrik kişi və qadınları əzaba uğratsın, mömin kişilərin və qadınların tövbələrini qəbul buyursun deyə...» (əl-Əhzab, 73).
Bizə, Allah – təalaya tövbə etmək vaxtı gəlib çatmayıbmı? Sizə Allah qorxusundan sonra birinci vəsiyyətim: Allahın Kitabı olan Qurandan yapışın! Bu Kitabda sizin dünyada və axirətdə ki səadətiniz var. Bəli:
«Sən Allahın Kitabından möhkəm yapış, Çünki o sənə yeganə dayaqdır!»
Nə üçün biz Qurana tabe olmuruq. Halbu ki, Allah-təala buyurur:
«Onlar Quran barəsində düşünməzlərmi yoxsa ürəklərinə gəlib vurulmuşdur» (Məhəmməd, 24).
Biz bilirik ki, cəmiyyətdə saleh qadınlar var. Bilirik ki, o qadınların xeyirli işləri var. Bilirik ki, o qadınlar xeyirli işlərdə bir-birini ötməyə çalışrılar. Lakin biz artıığını istəirik və saleh qadınlara deyirik: Allah təala buyurur:
«Tədarük gördün. Ən yaxşı tədarük isə təqvadır» (əl-Bəqərə, 197), yəni Allahdan qorxmaqdır. Saleh əməlləri az olanlara isə deyirik: Qurana əməl edin. Çünki onda sizin sağlamlığınız var.
Allah təala buyurur:
«Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafat verəcəyik!» (ən-Nəhl, 97).
Ey bacım! Ey Allahın bəndəsi! Hamamız xöşbəxt yaşamaq, şəhid kimi ölmək və qiyamət günü yaxşı dirilmək istəyirik. Allah təala buyurur:
«…yaxşı işlər görən…»
Bu isə şərtdir ki, əməl saleh bir əməl olsun. Bu isə şərtə uyğun olan, bidət və haram olmayan bir işdir. Həm də Allah-təala buyurur:
«Mömin olub…»
Bu isə ikinci şərt kimi, əməl mütləq şirk və riyadən azad olan tovhidə (yəni Allahın birliyinə) düzgün imanla olmalıdır. Əməli saleh, imanı düzgün olan kimsənin əvəzi nədir? Əvəzi odur ki, dünyada yaxşı, xöşbəxt bir həyat, sonra isə axirətdə onun üçün bütün etdiyi saleh əməllərə görə böyük əcr gözləyir. Qyran oxumaq, zəkat, namaz, oruc, sədəqə, yaxşı söz, yaxşı kasetlərə qulaq asmaq, Allaha dəvət etmək, hicab geymək, kişilərlə qarışmamaq, övladlara yaxşı tərbiyə vermək, əri ilə yaxşı davranmaq, qonşulara yaxşılıq etmək, Allah yolundakı əziyyələrə səbr etmək, Allahı zikr etmək, musiqiyə qulaq asmamaq, yalan danışmamaq, qeybət və söz gəzdirəndən uzaq olmaq, bütün müsəlmanlara dua etmək, insanlarla gözəl əxlaqla davranmaq və büğün bu işlərdə Allah-təalaya ixlaslı olmaq (yəni, işi ancaq Allah-təalanan razılığı üçün etmək). Bütün bu əməllər istənilən əməllərdir, onların Allah dərgahında əvəzi böyükdür. Kim saleh əməllərinə nöqsanlıq etsə, onun nəticəsi əks nəticə olur. Çünki, Allah-təala buyurur:
«Hər kəs Mənim öyüd-nəsihətimdən üz döndərsə, güzaranı daralar və biz qiyamət günü məhşərə kor olaraq gətirərik! O belə deyər: “Ey rəbbim! Nə üçün məni məşhərə kor olaraq gətirdin. Halbuki mən görürdüm!”»
Allah-təala buyurur:
«Elədir, amma sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün eləcə də sən unudulacaqsan!».
Bəli, Allahın və Peyğəmbərin kəlamlarını eşidən və lakin ona fikir verməyən, ona əməl etməyən adamı problemlərələ və kədərlə dolu olan ürək sıxıcı bir həyat gözləyir. Sonra isə axirətdə Allah onu məşhərə kor olaraq gətirəcək, necəki bu dünyada kor idi və haqqı görmürdü. Sonra isə Allah-təala onu Cəhənnəmə atar və ona heç bir fikir verməyəcəkdir, çünki o, bu dünyada Allahın kəlamını və ayələrini tərk etdi, onun cəzası etdiyi əməllərə görədir. Bizə ibrət almaq vaxtı gəlmədimi? Bizə tövbə etmək vaxtı gəlmədimi? Bizə qayıtmaq vaxtı gəlmədimi? Allah-təala buyurur:
«De: “Ey mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümüdsiz olmayın. Allah bütün günahları bağışlayır. Həqiqətən, O bağışlayandır, rəhm edəndir! (Tövbə edib) Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz! Qəfil əzab özünüzdə bilmədən başınızın üstünü almamışdan əvvəl Rəbbinizdən sizə nazil edilmiş ən gözəl sözə tabe olun!” Bir kəs: “Allaha itaət etdiyi təqsirlərə görə vay halıma! Həqiqətən, mən istehza edirdim!” -deməsin» (əz-Zumər, 53-56).
Lə iləhə illəllah! Mənim müsəlman bacım! «… bir kəs: “Allaha itaət etdiyim təqsirlərə görə vay halıma!” -deməsin!».
Lə iləhə illəllah! Müsəlman bacım! Səni məsciddə meyit namazı qalmıq üçün aparanda, məgər sən zən edərsən, mühazirə üçün gedirsən? Ya namaz qılmaq üçün gedirsən? Ya da bir şeyə qulaq asmaq üçün məscidə girirsən? Vallahi yox. Sən məscidə ömründə axrıncı dəfə girirsən, girirsən ki, imam qabağında sənin namazın qılınsın. Müsəlman bacım! Sən beş nəfərin parçasına bürünəndə, dilin tutulanda ən balaca balan sənin üstündə ağlayanda, sən vəsiyyət etmək, danışmaq istəyəcəksən. «Oğlumu öpmək istəyirəm!». «Qızımla danışmaq istəyirəm!». Lakin Allah-təala buyurur:
«Onlarla istədikləri şeylər arasında əngəl törədilmişdir» (Səba, 54).
Bu şeydən biz hamımız keçəciyik. Müsəlman bacım! Bu gün sən sevinc içində ərinlə birlikdəsən və uşaqlarınla oynayırsan, sabah isə sən tək qəbirdə oturacaqsan. Bu gün ən gözəl paltarları geyinirsən. Sabah isə kəfən geyinəcəksən! Bu gün gülürsən, sabah isə ola bilər ki, ağlayacaqsan! Bu gün yataqda yatırsan, sabah isə torpaqda yatacaqsan! Bü gün nemətləri yeyirsən, sabah isə qurdlar səni yeyəcək! Allahın zikrindən ruh şiddətli bir əzaba düçar olar. Bu əzabdan bərzəx aləmində, qəbr aləmində qaçmaq mümükün deyil. Çünki bu aləm bizim dünyamızdan çox fərqlidir. Onlar isə əzab çəkirlər! Onları eşitmirik. Onlar isə qışqırırlar. Onlar şiddətli əzab çəkir və elə qışqırırlar ki, onları cin və insanlardan başqa hər kəs eşidir. Əgər biz onları eşitsək, onları qəbrə apara bilmərik, qorxudan qaçardıq. Bəli, müsəlman bacım! Bütün səhih hədislərində Peyğəmbər (s.a.v.) xəbər verdi. Amma Allahın əmrinə tabe olanların qəbrləri Peybəmbərin (s.a.v.) buyurduğu kimi cənnət bağçaları olur. Onlar orada nemətlər içində olacaqlar. Biz onları görmürük. Bizimlə onlar arasında əlaqə yoxdur. Onlar orada nemət içində olacaqlar. Bizimlə onlar arasında əlaqə yoxdur, onlar bizi, bizdə onları eşitmirik. Bu Allahın hikmətidir. O, bununla bizi sınağa çəkir.
Həqiqi mömin qeybə inanır və Allahın kitabında olan və Peybəmbərin (s.a.v.) dediyi bütün qeyb işlərinə inanır. Cənnətə, Cəhənnəmə və s. inandığı kimi. Əgər bütün bu işlər acıq olsa idi, hər kəs də onları görsə idi, möminlə münafiqin arasında fərq qalmazdı və bu möminlə münafiqi ayırmaq üçün imtahan olmazdı! Hanı qorxan qəlb? Hanı yaşlanan gözlər? Vallahi bu Quranı eşitsəydi parçalanardı.
Müsəlman bacım! Fikirləş ki, sən sabah Allah-təalanın hüzuruna gedəcəksən və səninlə sənə şahidlik edəcək əməllərdən başqa heç bir şey qalmayacaq! O gün insanlar lüt, ayaqyalın və qorxu içində olacaqdır. Qurani tərk edən qızın halına vay olsun! Vay olsun namazı zay edənə, vay olsun musiqiyə qulaq asana, vay olsun filmlərin qabağında oturana, vay olsun öz namusunu ləkələyənə! Vay olsun camaatın qabağına bəzənmiş, hicabsız çıxana, Vay olsun ətirlənib evdən çıxana! Vay olsun valideynlərinə qarşı pis olana! Vay olsun öz ərinə xəyanət edənə! O, Allahın qabağında duranda onun əleyhinə onun öz bədən üzvləri şahidlik edəcəklər! O, Allahın qabağında nə deyəcək?!
Ey müsəlman bacım! Məgər eşitməmisən ki, Cəhənnəmdəkilərin çoxu qadınlardır?! Sən atəşə dözə bilərsən? Vallahi dözə bilməzsən! Sən Allahın qabağında dayanıb nə deyəcəksən? Allah-təala buyurur:
«Bu gün onların ağızlarını möhürləyəcəyik. Etdikləri əməllər barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər» (Yasin, 65).
Buna görə də Allaha tərəf dönüb tövbə etmək lazımdır. Bacılarım! Deyin: «ya Allah, ya Allah! Ya Allah! Sənə tövbə etdik! Sənə tərəf qayıtdıq! Sənə pənah gətirdik!» bir bunları deyin, inşallah, Allah-təala bizə cavab verər, bəlkə O, bizə tərəf dönər, blkə O, bizə nəfslərimizə qarşı kömək edər. Ey, bacılarım, nə vaxta kimi? Bu neçənci moizə? Neçənci xütbə? Neçənci kəlmə? Neçənci nəsihətdir? Tövbə etmək və ibrət almağın vaxtı gəlib çatmayıbmı? Sadiq bir tövbə lazımdır, bacılarım, mən sizə bunu nəsihət edirəm. Qəlblərdə olanı isə Allah ən yaxşı biləndir.
Allahım, bizi, hamımızı bağışla! Allahım, biz Səndən hidayət diləyirik. Bizim bərk qəlblərimizi təmizlə, onları Quranla yumşalt! Allahım, qəlblərimizi nifaqdan, gözlərimizi xəyanətdən, qulaqlarımızı qeybətdən, dillərimizi yalan və böhtandan təmizlə, ey Aləmlərin Rəbbi!


Tarix: 05.05.2013 / 15:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 864 Bölmə: Maraqlı melumatlar