beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hədişi Şəriflər

1. Sübh namazını qılan şəxs ALLAHın himayəsindədir. ALLAH, öz himayəsində olduğunuz təqdirdə sizi sorğuya çəkməsin.

2. Zəkatını verməyən qızıl və gümüş sahiblərinin bu malları qiyamət günündə alovdan zincir olar. O bunlarla cəhənnəmə atılar.

3. Ruzinin çoxalmasını, ömrünün uzanmasını istəyən kimsə, qohumunu nəzərdən qaçırmasın.

4. Cənnət də, cəhənnəm də sizə ayaqqabılarınızın bağlarından daha yaxındır.

5. Gözəl söz də bir sədəqədir. Namaz qılmağa getmək üçün insanın atdığı hər bir addım bir sədəqədir. Yol soruşana yol göstərmək də bir sədəqədir.

6. ALLAHım, acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, hər kəsi bezdirəcək dərəcədə qocalıqdan, həyatın və ölümün pis hallarından, qəbir əzabından sənə sığınıram.

7. Əgər başına bir iş gələrsə, ”kaş belə etsəydim” - demə. ALLAH belə təqdir etmiş. “O, istədiyini edər” - de. Çünki “kaş” sözü şeytana aid işlərin qapısını aralayar.

8. Yemək yedikdən və ya bir şey içdikdən sonra ona həmd edən bəndəsindən ALLAH təala razı qalar.


Tarix: 26.04.2013 / 20:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 85 Bölmə: Maraqlı melumatlar