Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seyid Əbülqasim Xoyi

Seyid Əbülqasim Xoyi (19 noyabr 1899-cu il –8 avqust 1992-ci il) — müctəhid, ayətullah əl-üzma.Mündəricat
1 Həyatı
2 İstinadlar
3 Həmçinin bax
4 Xarici keçidlər


Həyatı

Əbulqasim ibn Əliəkbər ibn Haşim Musəvi Xoyi q. 1371-ci ildə (15 rəcəb) Xoy şəhərində dünyaya göz açmışdır. Məşrutə hərəkatı dönəmində yaranan problemlərdən sonra atası Nəcəf şəhərinə köçmüşdür. Bundan iki il sonra isə (1330-cu ildə) oğlu atasının yanına getmişdir.

O, Nəcəfdə dövrünün Şeyx Fəthullah, Ayətullah Naini, Ayətullah Kompani, Seyid Hüseyn Badkubi və s. məşhur alimlərinin dərslərində iştirak edərək ictihad dərəcəsinə yetir. Mərhum Ayətullah Xoyi İslam elmlərinə böyük xidmətlər etmişdir.

Onun Üsul elmində özünəməxsus metodu olmuşdur. Təsadüfi deyil ki, İran İslam İnqilabının lideri Ayətullah Xamenei onun haqqında deyir: "Biz, Mərhum Ayətullah Xoyiyə yalnız bir mərcəi-təqlid deyil, həm də böyük tədqiqatçı, pedaqoq və müəllif kimi baxırıq. Onun keçdiyi şərəfli həyat yoluna baxdıqda bir çox elmlərdə mütəxəssis olduğu tam aydın görünür".

Ayətullah Xoyinin ömrünün bərəkəti bu gün də İslam aləmində hiss olunmaqdadır. Günümüzdə ən böyük mərcəi-təqlidlər onun ömrünün bəhrəsidir. Belələrinə Mərhum Ayətullah Cavad Təbrizi, Ayətullah Vəhid Xorasani və s.-lərini nümunə göstərmək olar.

Seyid Əbülqasim Xoyi 8 avqust 1992-ci ildə İraqda, Kufə şəhərində vəfat edib. Həzrət Əli gorgahlnda dəfn edilib.


Tarix: 24.02.2013 / 17:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 169 Bölmə: Maraqlı melumatlar
loading...