Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oğlun atasına verdiyi suallar-1

Ata: Oğlum, qonşumuz xəstələnib, mənimlə gedək, ona baş çəkək.
Oğul: Atacan, xəstə bir qonşunun ziyarət etməyin nəkimi faydası var?

Ata: Oğlum, Bu hər bir kəsin borcudur və bizi Uca Allaha yaxınlaşdıracaq bir ibadətdir. Muhəmməd peyğəmbər (sallAllahu aleyhi və səlləm) onu insanlara aşılamışdır. Əbu Hureyradan (radıyAllahu anhu) rəvayət olunan hədisdə Rasulullah (sallAllahu aleyhi və səlləm) belə buyurur: “Müsəlmanın müsəlman üzərində haqqı beşdir: “Salamı qaytarmaq, xəstəni ziyarət etmək, dəfn mərasimində iştirak etmək (cənazənin arxasınca getmək), dəvəti qəbul etmək və asqıranda (yərhəmukAllah-Allah sənə rəhm etsin) –deyərək xeyir-dua etmək. (Buxari və Muslim)
Oğul: Atacan, əgər xəstə qonşumuz kafir olmuş olsaydı, biz yenə də onu ziyarət edəcəkmiydik?
Ata: Əlbəttə, əgər onu ziyarət etməkdə məqsəd, onu İslam dininə dəvət etməklə, zülmətdən nura çıxarmaq olsaydı. Rasulullahın (sallAllahu aleyhi və səlləm) Ənəsdən (radıyallahu anhu) rəvayət olunan bu hədisini diqqətlə dinlə: “ Yəhudi əsilli bir oğlan Allah elçisinə xidmətçilik edirdi. Günlərin bir günü o xəstələnir. Yəhudi oğlanı ziyarət etməyə gələn Peyğəmbər (sallAllahu aleyhi və səlləm) onun yanında oturur və deyir: “İslam dinini qəbul et!” O yanındakı atasına tərəf boylanır. Atası ona: “Əbu Qasimin dediyinə əməl et!” –deyir. Beləliklə də o müsəlman olur. Peyğəmbər: “Onu oddan (Cəhənnəmdən) xilas edən Allaha həmd olsun.”- deyərək evi tərk edir. (Buxari)
Oğul: Atacan, bəs xəstəni ziyarət edərkən ona hansı dua edilir?
Ata: Oğlum, “Əzəmətli ərş sahibi olan Uca Allahdan sənə şəfa verməsini diləyirəm!”- deyərək xəstə üçün dua edirsən.
Oğul: Atacan, bu dua Allah elçisindən varid olmuşdurmu? Yoxsa özündən dedin?
Ata: Oğlum, bu dua Rasulullahdan (sallAllahu aleyhi və səlləm) varid olmuşdur. İbn Abbas (radıyAllahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurdu: “ Hər kim əcəli yetişməmiş bir xəstəni ziyarət edərək, onun yanında yeddi dəfə (“Əzəmətli ərş sahibi olan Uca Allahdan sənə şəfa verməsini diləyirəm!”) desə, Allahu təalə mütləq ona düçar olduğu həmin xəstəlikdən şəfa verər.” (Əbu Davud və Tirmizi)


Tarix: 10.04.2013 / 21:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 198 Bölmə: Maraqlı melumatlar
loading...