beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

UCA ALLAHA QARŞI PİS ZƏNNDƏ OLMAQ

"Zənn əsla həqiqət ola bilməz". (ən-Nəcm 28). "Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır…". (əl-Hucurat 11). Peyğəmbər (s.a.v) buyurdu: "Zəndən çəkinin. Çünki, sözün ən yalanı zəndir". əl-Albani "Səhihul-Cəmi" 1/ 45.

Uca Allah barəsində zənn iki cürdür:
1. Xeyir zənn etmək. Bu da iki şeylə bağlıdır: 1) Allahın kainatda etdiyi əməllərə, müsəlamn bir kimsə etiqad etməlidir ki, bunlarda hikmət vardır.
2) İnsan Rəbbi barəsində, Allah nə edirsə gözəl zənndə olmalıdır. İnsan dua edir və gözəl zənn bəsləyir ki, Rəbbi onu eşidir və duasını da qəbul buyuracaqdır. Bir şərtlə ki, Allahın qoyduğu şəriətə uyğun olsun; "Onlar Allaha, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər". (Ali İmran 114). 2. Pis, şər zənn etmək; "Allah Onun barəsində bədgüman, bədniyyət olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin. Onların bədniyyətliyi öz başlarında çatlasın!" (əl-Fəth 6).

Əgər bu məsələ sənə bəyan olarsa, burada məsələnin sirrini açan böyük bir əsas vardır. Bu da Allahın qatında günahların ən böyük olanı Allah haqqında pis zəndə olmaqdır. Allah haqqında pis zəndə olan Allahın kamilliyinə, Allahın İsim və Sifətlərinə qarşı pis zənn etmişdir. Allah barəsində pis zənn etmək (Allahı layiqincə qiymətləndirməmək) Tövhidin kamilliyinə ziddir. Buna görə də Allah özünə qarşı belə zəndə olanları hədələmiş, bundan qeyri heç kəsi bu cür hədə ilə hədələməmişdir; "Allah Onun barəsində bədgüman, bədniyyət olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin. Onların bədniyyətliyi öz başlarında çatlasın!" (əl-Fəth 6). "Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şəhadət verəcəklərindən qorxub (günah işləməkdən) çəkinmir, etdiyiniz əməllərin çoxunu isə Allahın bilməyəcəyini zənn edirdiniz. Sizin öz Rəbbiniz barəsindəki bu zənniniz sizi məhv etdi və ziyana uğrayanlardan oldunuz!" (Fussilət 22-23). Onlar elə zənn etdilər ki, Allah etdiyi hər bir işi bilmir və bununla da Allahın elm sifətini inkar etdilər. Həmçinin də; “Allahı qoyub uydurma məbudlarımı diləyirsiniz? Aləmlərin Rəbbi barəsində nə düşünürsünüz?" (əs-Saffət 86-87). Yəni siz Allahın Rububiyyətində, Uluhiyyətində, İsim və Sifətlərində pis bir şey zənn etdiniz ki, bu da sizi Allahdan qeyrisinə qulluq etməyə vadar etdi. Sizə vacib olan isə Allaha layiq olduğu şəkildə zənn etmək idi.

Həmçinin - Biz günahkar bəndələrik, onlar isə övliyalardır. Biz bu kimsələrin vasitəsi ilə, padşahların yanına daxil olduqda birbaşa daxil ola bilmədiyimiz kimi elə övliyalarla Allaha yaxınlaşırıq. Belə bir kimsə Allahı layiqincə qiymətləndirməmişdir. Belə bir kimsə Allahın Rububiyyətinə, Uluhiyyətinə, Allahın təkliyinə tən etmişdir. Allahın vasitəyə ehtiyacı yoxdur. Onlar isə acizdirlər. Belə bir pis zənn gətirən insan Allaha qarşı pis bir zənn etmişdir. Belələrinin cazası əzab, lənət və Cəhənnəmdir. Allahın belə bir çirkin şeyi əmr etməsi qeyri mümkündür. Ağıl, fitrət bu cür şeyi qəbul edə bilməz. Ən çirkin zülmdür ki, insan Allahın haqqını özü kimi bir insana versin və ya onu özü ilə Allah arasında şərik tutsun. Bu şərik qoşulan da Allahın öz quludur. Nə qədər insanlar vardır ki, Allahdan qeyrisinə ümid edir, dua edir və təvəkkül edirlər. Görürsən ki, namazlarını heç xuşu ilə qılmırlar. Namaz qıldıqda fikirləri orada-burada olur. Lakin kiminsə qəbrinin yanında durduqda isə xuşu ilə, zəlil olaraq dua edir. Allahın qarşısında isə bu cür zəlillik yoxdur, nəinki qəbrin, hansısa bir məxluqun yanında. Belə insan artıq onu Allahdan üstün tutmuşdur; "Allah sizə özünüzdən bir məsəl çəkir. Sahib olduğunuz kölələr içərisində sizə verdiyimiz mal-dövlətə sizinlə bərabər ortaq olan, özünüzdən (bir-birinizin haqqına toxunmaqdan) çəkindiyiniz kimi o kölələrdən də çəkindiyiniz şərikləriniz varmı? Biz ayələrimizi ağılla düşünən bir qövm üçün belə ətraflı izah edirik". (ər-Rum 28). Necə ola bilər ki, insanlar mallarında, dövlətlərində Allahın onlara verdiyi bu ruzidə kiminsə onlara şərik olmasını istəmirlər. Onda nə üçün siz Mənim qullarımı, bəndələrimi Mənə şərik tutursunuz. Kim belə bir zənndə olarsa, Məni lazımınca qiymətləndirməmişdir, lazımınca təkləşdirməmişdir, lazımınca təzim etməmişdir; "(Ey insanlar!) Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər – lap hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də! Müşriklər Allahı lazımınca qiymətləndir-mədilər". (əl-Həcc 73-74).

Həmçinin - Allahı lazımınca qiymətləndirməmişdir; Allah Peyğəmbərlər göndərməyib, kitablar nazil etməyib. O insan Allahı layiq olmayan bir şeyə nisbət etmişdir. Çünki, belə bir iş məxluqatı yaratdıqdan sonra onları başlı-başına buraxmaq Allaha yaraşmaz. Bu sözləri işlədən insan artıq küfr etmişdir; "Biz göyü, yeri və onların arasında olanları boş-boşuna yaratmadıq. Bu kafirlərin pis zənnidir. Vay olsun onlara və onları Cəhənnəmdə əzab gözləyir". (Sad 27).

Həmçinin - Allahın İsim və Sifətlərini inkar edən şəxs Allahı layiqincə qiymətlən-dirməmişdir; Qədərilər, Cəbərilər və s. firqələr kimi. Allah onların bu sözlərindən uzaqdır; "(Müşriklər) Allahı lazımınca qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunun içində olacaq, göylər isə Onun sağ Əli ilə büküləcəkdir. Allah (müşriklərin) Ona aid etdikləri sifətlərdən təmamilə uzaq və ucadır". (əz-Zumər 67).

Həmçinin - Allah Ərşə yüksəlməyib, Allah göydə deyildir hər yerdədir və s. deyənlər Allahı lazımınca qiymətləndirməmişdir; Həmçinin də Allahın hikmətini, məhəbbətini, rəhmətini, qəzəbini, qısqanmasını, təəccüblənməsini, gülməsini, Qiyamət günü görünməsini və s. inkar edənlər də Allahı lazımınca qiymətləndirməmişlər. Həmçinin də Allaha övlad nisbət edənlər, hər bir şeyin Allah olmasını söyləyənlər (Hüluliyyə) və s. İbn Arabi deyir: "Qul Allahdır, Allah isə quldur". Bunlar hamısı azğın firqələrdir.

Həmçinin - Allah öz övliyalarına, dostlarına cəza verə bilər, asilik etməyənləri cəzalandıra bilər və onları Cəhənnəmə daxil edər deyənlər də Allahı layiqincə qiy-mətləndirməmişdir; Həmçinin də “Allah öz düşmənlərinə, Ona iman gətirməyənlərə nemət verər və onları Cənnətlərə daxil edər”. Əksinə Quran ayələri və hədislər bu deyilənlərin əksinə gəlmişdir. Allah öz övliyalarına nemət verər və düşmənlərinə isə nemət verməyəcəkdir. Artıq Allah Öz Kitabında belə bir şeyləri özünə caiz görəni inkar etmişdir. Belə bir hökm verənləri ən pis hökm verənlərdən saymışdır; “Biz heç iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərə tay tutarıqmı? Ya da Allahdan qorxanları günahkarlara tay tutarıqmı?” (Sad 28). "Yoxsa dünyada pis əməllər edənlər (axirətdə) onları iman gətirib yaxşı işlər görənlərlə bir tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağını güman edirlər! Onlar nə pis mühakimə yürüdürlər". (əl-Casiyə 21).

Həmçinin - Allah ölüləri diriltməyəcəkdir, Allah Qiyamət günü bəndələrini bir yerə toplamayacaqdır, sorğu-sual olunmayacaqdır deyənlər Allahı lazımınca qiymətləndirməmişlər. Belə bir söz deyənlər Allahın hikmətinə də böhtan atmışlar. Əgər ölümdən sonra dirilmək yoxdursa onda insanların yaradılışında bir məqsəd də yoxdur. Əgər ölümdən sonra dirilmək yoxdursa bu qədər Peyğəmbərlərin, kitabların nazil olması nəyə görə idi? Bütün bunlar bizə xəbər verir ki, ölümdən sonra dirilmək vardır. O günü hər bir kəs nə etdiyini biləcəkdir, o günü yalan sayanlar da peşmançılıqlarından, yalanlarına görə barmaqlarını gəmirəcəklər. Vay olsun o günü yalan sayanların halına. Vay olsun! "Kafirlər onlar öldükdən sonra əsla dirilməyə-cəklərini iddia edirlər. (Ya Peyğəmbər!) De ki: “Bəli, Rəbbimə and olsun ki, siz mütləq diriləcəksiniz. Sonra da etdiyiniz əməllər sizə (bir-bir) xəbər veriləcəkdir. Bu Allah üçün çox asandır". (ət-Təğabun 7).

Həmçinin - Allahın əmrinə səhlənkar yanaşaraq, Allahın əmrinə asi olan kəs, Allahın haramlarını edən insan Allahı lazımınca qiymətləndirməmişdir. Həmçinin də Allahın qadağanı ona yüngül gələrək, Allahın haqqı ona elə-belə, boş bir şey kimi gəlir. Allahın haqqını, zikrini zay edir. Həmçinin də qəlbi Allahın zikrindən qafil olan kimsə də Allahı lazımınca qiymətləndirməmişdir. Onun öz nəfsi istəyi, arzuları Allahın razılığını tələb etməkdən, axtarmaqdan üstün olmuşdur. Belə bir kimsənin məxluqa olan itaəti Allaha olan itaətdən daha mühümdür. Ona görə məxluqun əmrini, buyuruğunu yerinə yetirmək Allahın əmrlərini yerinə yetirməkdən daha mühümdür. Elə bil ki, Allah onun dilində, qəlbində artıq bir şeydir. Allahdan qeyrisi isə ona görə daha üstündür. O kimsə Allahın onun üzərindəki baxışını aşağı görür. Halbuki o, Allahın Ovcundadır. Onun ixtiyarı Allahın Əlindədir. İnsanların baxışını isə üstün sayır. İnsanlardan utanır, Allahdan isə utanmır. İnsanlardan qorxur, Allahdan isə qorxmur. İnsanlarla münasibətdə olduqda bacardığı qədər güc və qüvvəsindən istifadə edərək çalışır. Allah ilə münasibətdə olduqda (Allahın əmrlərini yerinə yetirdikdə) isə ən aşağı, dəyərsiz şəkildə hərəkət edir. İnsanlardan sevdiyi bir kəsin xidmətində durduqda ciddiliklə, çalışqanlıqla onun qarşısında durur. Onun xidmətində həm qəlbi, həm də əzaları ilə çalışır. O insana olan xidmətini öz işlərindən də belə üstün tutur. Allahın haqqını yerinə yetirdikdə isə elə bir şəkildə edər ki, özü kimi bir məxluq bundan razı qalmazdı. Allah üçün elə mal sərf edər ki, o malı özü kimi bir məxluqa sərf etməz. Belə bir sifəti olan insan Allahı lazımınca qiymətlən¬dirmişdirmi? Əlbəttə ki, yox. Görürsən ki, insan ən qiymətli şeylərini dünya üçün, Allahdan qeyrisi üçün edir, vaxtının ən çox hissəsini dünya üçün, faydasız şeyləri əldə etmək üçün ayırır. Lakin Allaha gəldikdə isə çox az bir hissəsini Allaha sərf edir.

Həmçinin - İçki içir – Allah bağışlayır, rüşvət verir, alır – Allah bağışlayır, Allah mənə qarşı ədalətsizdir, mənə zülm edir, haqqımı tapdalıyır deyənlər Allahı lazı-mınca qiymətləndirməmişdir. Onun Allah barəsində olan düşüncələri pisdir, şərdir. Dua edir və qəbul olmadığını gördükdə dərhal pis zənn edir. Lakin insan bilməlidir ki, bütün bunlarda böyük hikmət vardır. Allahın qadağalarını edib sonra da Allah barəsində - “Allah bağışlayar” deyən kimsə Rəbbi barəsində pis zənn edir. Münafiqlər Uhud döyüşündə zənn edirdilər ki, Allah bu dinə kömək etməyəcəkdir, Peyğəmbərinə yardım etməyəcəkdir, bu iş yox olub gedəcəkdir, küfr və şirk qalib gələcəkdir, bütün bunlar hikmətsiz olaraq baş vermişdir və s. Allahdan onun əməlləri barəsində heç nə soruşulmur. O, istədiyini edəndir. Allahın rəhm etdiyi kimsələrdən başqa çox az bir qism insanlar bu pis zəndən qurtulmuşlar. Ona görə sən özünə nəzər sal və gör bundan qurtulmusan yoxsa?

Həmçinin - Allahla yanaşı Allahın düşmənini, Allaha şərik qoşan bir kimsə Allahı lazımınca qiymətləndirməmişdir. Ona Allaha təzim etdiyi kimi təzim edir, ona itaət edir, onu ümid edir, ondan qorxur. Allahın düşmənini, Allahın gözündən düşən birisini Allaha şərik qoşur. Müşriklər mələklərə ibadət etdikləri vaxt öz iddialarına görə onlar elə zənn edirdilər ki, onlar mələklərə ibadət edirlər. Həqiqətdə isə onlar şeytana ibadət edirdilər; “O gün Allah onların hamısını toplayacaq, sonra da mələk¬lərə buyuracaq: "Bunlar sizəmi ibadət edirdilər?" Mələklər deyəcəklər: "Sən paksan, müqəddəssən! Onlar deyil, Sənsən bizim Hamimiz! Xeyr, onlar cinlərə ibadət edirdilər. Əksəriyyəti də məhz onlara iman gətirmişdi". (Səba 40-41). Şeytan insanı özünə ibadətə çağırır və elə ilham etdirir ki, o mələkdir. Həmçinin günəşə, aya, ulduzlara ibadət edənlər də belədir. Buna görə də günəş doğanda şeytanın iki buynuzu arasında doğur və kafirlər günəşə səcdə edirlər. Həqiqətdə isə günəşə deyil şeytana səcdə edirlər. Həmçinin günəş batdığı zaman, İsaya, Məryəmə, övliyalara, pirlərə, seyyidlərə ibadət edənlər də onlara deyil şeytana ibadət edirlər; "Ey Adəm övladı! Məgər Mən sizə: “Şeytana ibadət etməyin, o sizin açıq düşməninizdir”– deyə buyurmadımmı". (Yasin 60). Bütün bunlar şirkin Allah qatında böyük günahlardan olmasının sirrini bildirir. Allah onu tövbəsiz qəbul etmir. Şirk insanın əbədi əzabda qalmasını vacib edir. Allah bizi şirkdən qorusun! Amin!


Tarix: 10.04.2013 / 20:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 484 Bölmə: Maraqlı melumatlar