beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QADINLA YAXŞI MÜNASIBƏTDƏ OLMAQ

Kişi qadına yaxşı münasibət bəsləməlidir, Allahın qadınlara halal etdiyi şeylərdən onları məhrum etməməlidir.
Bu xüsusilə gənc qadınlarla, gənc yaşında olanlarla münasibətə aiddir. Bu mövzuya aid hədislər.
BIRINCI: Peyğəmbər (s.a.s) demişdir:
«İçinizdə ən xeyirliniz öz ailəsi ilə yaxşı münasibətdə olandır. Mən aranızda öz ailəmlə ən yaxşı münasibətdə olduğuma görə sizin ən xeyirlinizəm».

İKINCI: «Peyğəmbər (s.a.s) Vida həccinin xütbəsində demişdir: «Qadınlara qarşı xeyirxahlığı özünüzə borc bilin, onlar da sizə tabe olmalıdırlar. Bundan başqa onlardan bir şey istəməyin. Əgər açıq-aşkar pis hərəkətə yol versələr, yatağınızdan onları qovun, onları incitmədən döyün. Sizə itaət etsələr, daha onlara əziyyət verməyin. Yaxşı bilin ki, sizin qadınlarınız üzərində, qadınları¬nızın da sizin üzərinizdə haqqları vardır. Sizin haqqınız istə¬mədiyiniz adamları yataqlarınıza qoymamaları (yataq yerində oturmaq və uzanmaq) və evlərinizə buraxmamalarıdır. Qadınlarınızın haqqı budur ki, onları paltar və yeməklə yaxşı tə’min edəsiniz».

ÜÇÜNCÜ: Peyğəmbər (s.a.s) demişdir:
«Mö’min kişi mö’min qadına nifrət etməz. Bir xasiyyətini bəyənməsə, başqa xasiyyətini bəyənər».
DÖRDÜNCÜ: Peyğəmbər (s.a.s) kəlamı:
«İmanca ən kamil mö’min, əxlaqca ən yaxşı olandır. Mö’minlərin ən xeyirlisi öz qadınlarına xeyirli olanıdır».

BEŞINCI: Aişənin (r.a) hədisi:
«Peyğəmbər (s.a.s) məni məsciddə nizə oynadan həbəşilərə baxmağa çağırdı. Bayram günü idi. O mənə dedi:
— Ağbəniz xanım, onlara baxmaq istəyirsən?
Dedim ki, bəli, istəyirəm.
Mən onun arxasında dayandım. Çiyinlərini aşağı əydi ki, mən oynayanları görə bilim. Çənəmi onun çiyninə qoydum, üzümü də yanağına yapışdırdım. Çiyinləri üstən baxırdım. Peyğəmbər (s.a.s) soruşdu:
— Ey Aişə, doymadın?
Dedim ki, yox. Onun mənə olan münasibətini bilmək üçün dedim ki, doyana qədər baxmaq istərəm». (Rəvayətdə deyilir: «O vaxta qədər ki, darıxdım»).
O soruşdu:
— Bəsdirmi?
Deyəndə ki, bəli, bəsdir, mənə dedi:
— Onda get!
(Başqa rəvayətdə: «Dedim ki, tələsmə. Yanımda durdu. Soruşdu: Bəsindir?
Dedim ki, tələsmə. Amma gördüm ki, ayağının birini götürüb o birini qoyur»). Mən heç də onlara baxmaq istəmirdim. İstəyirdim ki, qadınlar onun mənə olan münasibətinin şahidi olsunlar. Çünki mən gənc idim, məni gənc, əyləncələrə meylli təmizqanlı ərəb cariyəsi kimi qiymətləndirirdilər.
Ömər görünən kimi qadınlar və uşaqlar qaçıb getdilər. Peyğəmbər (s.a.s) dedi:
— Gördüm ki, Ömər gələn kimi bütün insan və cin şeytanları qaçıb getdilər.
Peyğəmbər (s.a.s) həmçinin dedi:
— Bu gün yəhudilər dinimizin genişliyinə şahid oldular».


ALTINCI: Aişənin (r.a) hədisi:
«Peyğəmbər (s.a.s) Təbuk və ya Xeybər müharibəsindən qayıtmışdı. Aişənin otağının pərdəsini külək qaldırdı, onun ətrafında qızlar göründü. Peyğəmbər (s.a.s) soruşdu:
— Bu nədir, ey Aişə?
— Bunlar qızlardır — deyə cavab verdi.
Arada bir oyuncaq at var idi. Onun iki qanadı var idi. Peyğəmbər soruşdu:
— Onların arasında olan nədir?
— Bu atdır?
— Onun üstündəkilər nədir?
— İki qanaddır.
— İki qanadı olan at?
— Bəs eşitməmisən, Süleymanın qanadlı atı olmuşdur?
Peyğəmbər elə bərkdən güldü ki, mən onun dişlərini gördüm».

YEDDINCI: Həmçinin Aişənin (r.a) hədisi:
«Mən Peyğəmbər (s.a.s) ilə səfərdə idim, özü də piyada. Kök deyildim, yüngül idim. O öz səhabələrinə dedi ki, irəliyə gedin. Onlar irəli getdilər. Daha sonra mənə dedi:
— Gəl, səninlə yarışaq!
Onunla yarışa girdim və qaçışda onu ötdüm. Daha sonra yenə səfərə çıxdıq. O öz səhabələrinə uzaqlaşmalarını əmr etdi və dedi ki, gəl, yarışaq. Mən keçmişi unutmuşdum. Kökəlmişdim. Dedim:
— Mən səninlə necə yarışa bilərəm, ya Rəsulullah. Mən bu halda ola-ola.
O dedi:
— Gəl, yarışaq. Onunla yarışdıq və üstün gəldi. O xeyli güldü.
Mənə dedi:
— Bu, keçmişin əvəzidir. Bir-birə».

SƏKKIZINCI:Yenə onun hədisi: «Peyğəmbər (s.a.s) bir qab gətirdi. Mən aybaşı ola-ola bu qabdan su içirdim. O da içəndə dodaqlarını mənim su içdiyim yerə yapışdırardı. Kök yeyəndə elə, o da mənim dişlədiyim yerdən diş¬ləyərdi».
DOQQUZUNCU: Cabir bin Abdullah və Cabir bin Umeyr demişlər:
«Peyğəmbər (s.a.s) demişdir:
— Allahın zikri olmayan hər bir şey boşboğazlıqdır, səhvdir və oyundur. Bundan dörd xüsusiyyət istisnadır:
Kişinin öz qadını ilə əylənməsi, kişinin öz atını ram etməsi, iki hədəf arasında yerimək və üzməyi öyrənmək».

------------------


Tarix: 13.04.2013 / 16:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 255 Bölmə: Maraqlı melumatlar