beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüsnü Xatimənin Olüm Öncəsi Əlamətləri

Muaz - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Hər kimin son sözü Lə İləhə illəllah olarsa Cənnətə daxil olar”

Şeyx əl-Albani – rahmətullahi aleyhi - “Cənazə” kitabında bunları qeyd etmişdir:

1.Şəhadət Kəliməsi İlə Ölmək:
Muaz - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Hər kimin son sözü Lə İləhə illəllah olarsa Cənnətə daxil olar”
(Həkim, Əbu Davud 3100, əl-Albani “İrva” 686. )

Muaz - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Ölərkən Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və mənim Allahın Rəsulu olduğuma şəhadət edən bir kimsə bunu yəqin ilə inanan bir qəlb ilə söyləmiş olarsa mütləq Allah o kimsənin (günahlarını) bağışlayar”
(İbn Məcə, Əhməd, əl-Albani “Səhih Sislsilə” 2278. )

Təlhə b. Ubeydullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən eşitdim buyurdu: “Həqiqətən mən elə bir kəlimə bilirəm ki, hansı qul ölərkən onu söyləyərsə mütləq rəngi açılar və Allah onun sıxıntısını, məşəqqətini aparar”. Ömər: “mən onun nə olduğunu bilirəm dedi. Təlhə: “Nədir?” dedikdə. Ömər: “Əmisi ölərkən söyləməsini istədiyi daha böyük bir söz bilirsənmi – Lə İləhə İlləllah” dedi. Təlhə: “Doğru söylədin, Vallahi odur!” dedi.
(Əhməd “Musnəd” 1384, Əhməd Şakir təhqiqi, Həkim 1/350,351. )


2.Alın Təri Ilə Ölmək:
Bureydə b. əl-Həsib - radıyallahu anhu – deyir ki, Xorasanda olduğum vaxt xəstə olan bir qardaşımın ziyarətinə getdim. Ölüm anında olduğunu gördüm. Alnı da tərləməkdə idi. Mən: “Allahu Əkbər! Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu dinlədim: Möminin ölümü alın təri ilə olur”
(Nəsəi 1/259, 4/6, Tirmizi 2/128, 982, İbn Hibban 730, Həkim 1/361, İbn Məcə 1/443-444, Əhməd 5/357,360. )

3. Cümə Gecəsi Və Ya Cümə Günü Ölmək:
İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Cümə günü və ya cümə gecəsi vəfat edən elə bir müsəlman yoxdur ki, Allah onu qəbr fitnəsindən qorumuş olmasın”
(Əhməd 6582, 6646, Tirmizi “Cənaiz” 72, 1074, əl-Albani “Mişkət” 1367. )

4. Döyüş Meydanında Şəhid Olmaq:
“Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər. Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar”. (Ali İmran 169-171).
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Şəhidin Allah dərgahında 7 özəlliyi vardır: İlk damla (tökülən) qanı ilə bağışlanılır, Cənnətdə olan yerini görür, qəbr əzabından qorunur, (Qiyamət gününün) qorxusundan əmin olur, İmanın şirinliyini dadar (Hamı lüt olduğu zaman iman libası ilə geyindirilər), 72 Huril Ayn ilə evləndirilir və qohumlarından 70 nəfər haqqında şəfaətçi olur (Başqa rəvayətdə: Başına ucalıq tacı qoyular. Hansıki bir daşı dünya və onun içindəkilərdən xeyirlidir)”
(Tirmizi 3/17, 1712, İbn Məcə 2/184, 2799, Əhməd 4/131. )

Bir nəfər: “Ya Rəsulullah! (Şəhid müstəsna) möminlər qəbirlərində fitnəyə məruz qalırlar” deyirlər. Peyğəmbər: “Onun (şəhidin) başı üzərində qılıncların parıltısı (oynaması) ona fitnə (imtahan və sual) olaraq kifayətdir”
(Nəsəi 1/289, 4/99. )

Xatırlama:
Qəlbində ixlas ilə şəhid olmağı istəyən kimsə döyüş meydanında şəhid olmasa da belə şəhadətə nail olacağı umulur. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Hər kim səmimi olaraq Allahdan şəhadəti diliyərsə yatağında ölsə də belə Allah onu şəhidlər mərtəbəsinə çatdırır”
(Müslim 6/49, Beyhəqi 9/169, Müstədrək 2/77. )


5. Allah Yolunda Döyüşərkən Ölmək:
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sizlər öz aranızda kimi şəhid sayırsınız?”. Səhabələr: “Ey Allahın Rəsulu! Allah yolunda öldürülən kimsə şəhiddir” dedilər. Peyğəmbər: “O, zaman ümmətimin şəhidləri az olur” deyə buyurdu. Səhabələr: “Onlar kimlərdir?” deyə soruşdular. Peyğəmbər: “Allah yolunda öldürülən şəhiddir, Allah yolunda ikən ölən də şəhiddir, Taundan ölən şəhiddir, qarın xəstəliyindən ölən şəhiddir, suda boğularaq ölən şəhiddir deyə buyurdu . (Müslim 6/51, 1915, Əhməd 2/310,522, Həkim 2/159)

6. Taun Xəstəliyindən Ölmək:
Sirinin qızı Həfsədən rəvayət edir ki, Ənəs b. Məlik - radıyallahu anhu – mənə dedi: “Yəhyə b. Əbi Amra hansı səbəbdən öldü”. Mən: “Taun” dedim. O: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Taun hər bir müsəlman üçün şəhadətdir” . Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən Taun barəsində soruşdum o: “Taun, Allahın dilədiyi kimsələrin üzərinə göndərdiyi bir əzabdır. Lakin uca Allah onu möminlər üçün bir rəhmət etmişdir. Bir qulun yaşadığı bölgədə Taun baş qaldırarsa o, da Allahın onun üçün yazdığından başqa heç bir şey ona isabət etməyəcəyini bilər və səbr edərək yaşadığı yerdə qalmağa davam edərsə onun üçün şəhidin əcri kimi əcir vardır”
(Buxari 10/157-158,202,203, Beyhəqi 3/376, Əhməd 6/64,145,252,258. )

Utbə b. Abd əs-Suləmi - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “(Qiyamət günü) Şəhidlər ilə Taun səbəbiylə vəfat etmiş olanlar gətirilir. Taun xəstəliyindən ölənlər deyirlər: “Biz şəhidlərik”. Onlara: “Gözləyin, əgər sizin də yaralar şəhidlərin yaraları kimi qan axıdır, qoxusu da misk qoxusu kimi olarsa onlar şəhidlərdir. Onların bu halda olduqlarını görəcəklər”
(Əhməd 4/185, 128-129, Təbərani 6/55/2, Nəsəi 2/63. )

7. Qarın Xəstəliyindən Ölmək:
Abdullah b. Yəsar rəvayət edir ki, mən Süleyman b. Surad və Xalid b. Urfut ilə birlikdə oturmuşduq. Qarın xəstəliyindən vəfat edən bir adamdan söz etdilər. Bir də baxdım ki, hər ikisi də onun cənazəsinə getmək istəyir. Biri digərinə, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Qarnı özünü öldürən (qarın xəstəliyi səbəbiylə ölən) bir kimsə əsla qəbrində əzab görməyəcəkdir” deyə buyurmadımı? Digəri: “Bəli (Başqa rəvayətdə: Doğru söylədin) dedi
(Nəsəi 1/289, 4/98, Tirmizi 2/160, İbn Hibban 728, Taylasi 1288, Əhməd 4/262. )


8 Və 9. Boğularaq Və Ya Uçqun Altında Qalaraq Ölmək:
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Şəhidlər beşdir: Taun ilə ölən, qarın xəstəliyindən ölən, suda boğularaq ölən, uçqun altında qalaraq (ölən) və Allah yolunda şəhid olan”
(Buxari 6/33-34, 6150, Müslim 6/51, 1914, Tirmizi 2/159, Əhməd 2/325, 533. )


10. Doğuş Zamanı Ölmək (Uşağı Ilə Birlikdə):
Ubadə b. Samit - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Abdullah b. Rəvahanı ziyarət etdi. Yatağında olduqda Peyğəmbər: “Sən ümmətimin şəhidlərinin kim olduğunu bilirsənmi?” deyə buyurdu. Oradakılar: “Müsəlmanın öldürülməsi bir şəhidlikdir” dedilər. Peyğəmbər: “O, zaman ümmətimin şəhidləri az olar: Müsəlmanın öldürülməsi şəhadətdir, Taun şəhadətdir, doğuş zamanı qadının ölməsi şəhadətdir (Uşağı anasının göbəyindən tutaraq onu Cənnətə çəkəcəkdir)”
(Əhməd 4/201, 5/323, Darimi 2/208, Taylasi 528. )

11. Yanğın Səbəbiylə Ölmək:
Cabir b. Atik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allah yolunda öldürülən müstəsna olmaqla şəhidlər yeddidir: “Taun xəstəliyi ilə ölən, suda boğularaq ölən, , qarın xəstəliyindən ölən, yanğından ölən, uçqun altında qalaraq ölən, doğuş zamanı (uşağı ilə) bərabər ölən qadın şəhiddir”
(Məlik 1/232,233, Əbu Davud 2/26, Nəsəi 1/261, İbn Məcə 2/185-186, İbn Hibban 1616, Həkim 1/352, Əhməd 5/446, Məcmuaz Zəvaid 2/317. )

12. Vərəm Xəstəliyindən Ölmək:
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “...Vərəm xəstəliyindən ölmək şəhidlikdir”
(Məcmuaz Zəvaid 2/317, 5/301, )

13. Malını Qoruyaraq Ölmək:
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Malı uğrunda öldürülən (haqsız yerə malı alındığı zaman döyüşərək öldürülən) kimsə şəhiddir”(Buxari 5/93,147, Müslim 1/87, Əbu Davud 2/285, Nəsəi 2/173, 7/116, Tirmizi 2/315. )

Muharik rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına bir kişi gələrək: “Ey Allahın Rəsulu! Bir nəfər gəlib malımı almaq istəsə (nə edim?)” dedi. O: “Ona Allahı xatırlat” dedyə buyurdu. Adam: “Xatırlamazsa (nə edim)” dedi. O: “Ətrafda olan müsəlmanlardan yardım istə” dedi. Adam: “Ətrafda müsəlman yoxdursa” dedi. O: “Elə isə Sultandan (dövlət başçısı) kömək istə” dedi. Adam: “Sultan məndən uzaqda olsa” dedi. O: “Bir şəhid olana qədər və ya malını qoruyana qədər mübarizə apar” deyə buyurdu.
(Nəsəi “Təhrim” 21, 7/113, Əhməd 5/294-295. )

Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək: “Ey Allahın Rəsulu! Bir nəfər gəlib malımı almaq istəsə nə edim?” dedi. Peyğəmbər: “Malını ona vermə” dedi. O: “Mənimlə döyüşəsi olsa necə?” dedi. Peyğəmbər: “Səndə onunla döyüş” dedi. O: “Məni öldürsə necə?” dedi. Peyğəmbər: “Sən bir şəhidsən” dedi. O: “Mən onu öldürsəm necə” dedi. Peyğəmbər: “O, Cəhənnəmdədir” deyə buyurdu.
(Müslim 1/87, 140, Nəsəi 2/173, 7/114, Əhməd 1/339, 360. )


14. Din Və Canı Qorumaq Uğrunda Ölmək:
Səid b. Zeyd - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Malını müdafiə edərkən öldürülən şəhiddir, Ailəsini müdafiə edərkən öldürülən şəhiddir, Dinini müdafiə edərkən öldürülən şəhiddir, Canını müdafiə edərkən öldürülən şəhiddir” ((Əbu Davud 2/275, 4746, Tirmizi 2/316, 1421, Əhməd 1628, 1652, 1653. )

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Özünə edilən haqsızlığın qarşısını almaq uğrunda öldürülən kimsə şəhiddir”
(Nəsəi 2/173-174, 7/117, Əhməd 2780. )


15. Allah Yolunda Sərhəd Qoruyarkən Ölmək:
Salman Farsi - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Bir gün və bir gecə ( dövlətinin sərhədlərini qorumaq) bir ay oruc tutub, namaz qılan kimsənin əməlindən xeyirlidir. Əgər bu kimsə ölürsə etdiyi əməli ona yazılmağa davam edilər, ruzisi verilər və şeytanın fitnəsindən əmin olar (Təbərani 6179. )

Başqa rəvayətdə: Qiyamət günü şəhid olaraq dirildilir )” . (Müslim 6/51, 1913, Nəsəi 2/63, 6/39, Tirmizi 3/18, 1665, Həkim 2/80, Əhməd 5/440-441. )

Fadalə b. Ubeyd - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Hər ölənin əməl dəftəri bağlanır. Yalnız Allah yolunda sərhədləri qoruyarkən ölən kimsə müstəsnadır. Onun əməli Qiyamət gününə qədər artırılır və qəbr fitnəsindən əmin olur”
(Əbu Davud 1/391, 2483, Tirmizi 3/2, 1621, Həkim 2/144, Əhməd 6/20. )


16. Saleh Bir Əməli Edərkən Ölmək:
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Hər kim Allah rizası üçün Lə İləhə İlləllah deyərkən əməli onunla möhürlənərsə Cənnətə girər. Hər kim Allah rızası üçün bir gün oruc tutar və onunla əməli möhürlənərsə Cənnətə girər. Hər kim Allah rızası üçün bir sədəqə verir və əməli onunla möhürlənərsə Cənnətə girər”
(Əhməd 5/391, əl-Albani “Səhih”. )

17. Dənizdə Ölmək (Dəniz Xəstəliyindən) Və Suda Boğularaq Ölmək:
Ummu Həram - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Dənizdə ölən şəhidin mükafatını alar, dənizdə batan isə iki şəhidin mükafatını alar”.
Ummu Həram - radıyallahu anhə – deyir ki: “Kim ki, dənizdə dəniz xəstəliyindən ölərsə o, şəhidin mükafatını alar. Batan isə iki şəhidin mükafatını alar”
(Əbu Davud, əl-Albani səhih. )

18. Vəhşi Heyvan Tərəfindən Parçalanaraq Ölmək:
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Uçqun altında qalaraq ölən, vəhşi heyvan tərəfindən parçalanaraq öldürülən, qarın xəstəliyindən ölən, batan, yanan şəhiddir”
(əl-Albani səhih)

19. Hündürlükdən Yıxılıraq Ölmək:
İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim ki, dağdan yıxılaraq ölərsə, vəhşi heyvan tərəfindən, dənizdə batarsa şəhiddir”.

20. Zalım Hökmüdarın Yanına Gedərək Ona Yaxşılığı Əmr Edib Pislikdən Çəkindirərək Öldürülən Kimsə:
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Şəhidlərin seyyidi Həmzə - radıyallahu anhu – dur və zalım hökmüdarın yanına gedərək ona yaxşılığı əmr edib pislikdən çəkindirərkən öldürülən kimsədir”
(Həkim, əl-Albani səhih. )

21. Fitnələr Zamanı Dindən Yapışan:
İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Həqiqətən sizlərdən sonra səbr vaxtı gələcəkdir. Kim o, günlərdə dindən tutarsa sizlərdən 50 min şəhidin savabı vardır”
(Təbərani. )
Utba b. Qazvan - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Həqiqətən sizlərdən sonra səbr vaxtı gələcəkdir. Kim o günlərdə dindən bizim tutduğumuz kimi tutarsa sizlərdən 50 min şəhidin savabı vardır. Onlar: “Onlardan” O: “Xeyr, sizlərdən”(əl-Albani “Səhih)

22. Su Basqını Zamanı Ölmək:
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:
“Kim su basqını zamanı ölərsə şəhiddir”
(Heysəmi, Təbərani. )

23. Mədinədə Ölmək:
İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sizdən kimsə Mədinədə ölə bilərsə qoy ölsün orada. Mən o kimsəyə şəfaətçi olaram”
(Əhməd, Tirmizi, əl-Albani. )

24. Mömin Qardaşları Yaxşı Əməllərinin Savabından Ona Hədiyyə Etmələriylə:
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, bir nəfər: «Ya Rəsululah! Atam öldü və bir mal buraxdı. Halbuki vəsiyyət də etmədi. Mənim onun adına sədəqə verməyim onun günahlarına kəffarə lurmu?» deyə soruşdu. Peyğəmbər: «Bəli» deyə buyurdu.
(Müslim 1630. )
Aişə - radıyallahu anhum – rəvayət edir ki, bir nəfər: «Ya Rəsulullah! Anam vəfat etmişdir. Elə zənn edirəm ki, əgər sağ olsaydı sədəqə verərdi. Mən onun adına sədəqə versəm onun üçün bir savab olurmu?» deyə soruşdu. Peyğəmbər: «Bəli» deyə cavab verdi.
(Müslim 1631. )
İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, bir nəfər: «Ya Rəsulullah! Atam olduqca yaşlanıb nə həcc, nə ümrə, nə də səfərə çıxmaq gücü də yoxdur». Peyğəmbər: «Atanın yerinə həcc və ümrə et» deyə buyurdu.
(Əbu Davud 1810, Tirmizi 930, Buxari 1858. )
Bir qadın körpə uşağı yuxarı qaldıraraq: «Ya Rəsulullah! Bu uşağın həcci səhihdirmi?» dedi. Peyğəmbər: «Bəli, savabı da sənindir» deyə buyurdu.
(Müslim 1336)
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu üç şey müstəsna olmaqla Adəm oğlu öldükdə əməli kəsilir. Faydalı elm qoyub getmək (hansı ki, insanlar ondan istifadə edirlər), Sadaqətul Cəriyə (axan) xeyirli sədəqə (yol saldırmaq, su çəkmək), sənin üçün dua edən saleh övladlar»
(Müslim 1631. )
Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Yeddi şey varki onun savabı insanöldükdən sonra da ona gələr: Faydalı elm, çəkdiyi su kanalı, çeşmə va ya quyu, əkdiyi ağac, tikdiyi məscid, miras qoyduğu Mushaf, ölümündən sonra onun üçün istiğfar diləyən övlad”
(Əbu Nuaym, Bəzzar, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”. )

Hüsnü Xatimənin Ölüm Anında Olan Əlamətləri:

Rəvayət edilir ki: Bir kimsə qara dərili olan birinin cənazəsini yudum. Yumağı bitirmədən öncə adamın rəngi gözlərimin önündə gəyişə-dəyişə parlamağa başladı. Sanki bədənindən nur saçırdı. Yanımda olan: Rəngini görürsənmi?”. O: “Mən sənə söyləmədimmi? Pislərin halı – Allah Qorusun – bunun əksi olur”. Həmçinin – Qahtani deyir ki: Qaranlıq bir gecədə və buludlu bir havada İslam dəvətçilərindən olan birini dəfn edirdik. Əməliyyat nəticəsində ölmüşdü. Cənazəsini Şeyx İbn Bazz qılmışdı. Ölünün gətirildiyi böyük məsciddə söhbəti vardı. Dərsdən sonra cənazəni götürüb qəbiristanlığa getdik. Bir yoldaşımdan da qəbirə işıq salmaq üçün fənər götürməsini xahiş etmişdim. Lakin yoldaş gecikdi. Qazılan yeri əlimlə düzəltdim. Cənazəni mənə verin dedim. Qəbirə qoydum. Bağları açıb üzünü açdıqda məzardan ətrafa nur saçıldı və qəbirin hər tərəfi işıqlandı. Bunu yanımda olan hər kəs gördü. Qəbirdən ətrafa da misq iyi yayıldı”.

Həmçinin –
Dəfn əsnasında üzünün gülməsi, qibləyə dönməsi və misq qoxusunun gəlməsi gözəl əlamətlərdəndir.


Tarix: 11.04.2013 / 19:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 586 Bölmə: Maraqlı melumatlar