beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tarix mövzusuna dair üç mühüm məsələ

Birinci məsələ: Tarixi necə oxumaq;
İkinci məsələ: Kimin tarixini oxumalı;
Üçüncü məsələ: Tarix rəvayətçilərinin tarixi təhrif etmək üçün istifadə etdikləri üsullar.

Birinci fəsil: Burada Peyğəmbərin (s.a.v) vəfatından hicrətin 61-ci ilinə qədər baş verən hadisələrin tarixi ardıcıllığını qeyd etmişəm. Bu vaxt ərzində baş verən mühüm hadisələrin bacardıqca səhih istinadla nəql etməyə çalışmışam. Həmçinin bu hadisələr haqda bəzi uydurma və batil rəvayətləri də bildirmişəm.

İkinci fəsil: Burada Qurani-Kərim və səhih sünnə əsasında səhabələrin ədalətli olmasının əsaslandırmışam. Həmçinin onlar haqqında pis fikir yaratmaq üçün istifadə olunan şübhələri və onların cavabını yazmışam.

Üçüncü fəsil: Xilafət məsələləri haqqındadır.
Bəzilərinin Əli İbn Əbu Talibin xəlifəliyə Əbu Bəkr, Ömər və Osmandan (Allah onların hamısından razı olsun) daha layiq olması haqda gətirdikləri dəlillərini və bu dəlillərin elmi üsulla araşdırılmasını qeyd etmişəm. Belə dəqiq məlumatları sən başqa kitablarda bəlkə də tapa bilmərsən. Mən bunu Allahın mənə bəxş etdiyi neməti bəyan etmək üçün deyirəm. Allah təalə buyurur: "Və (həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç!" ( əd-Duha: 11.)
Qüdrətli və Uca Allahdan istəyirəm ki, mənim bu əməlimi xalis Onun üçün edilən əməllərdən yazsın. Həqiqətən bu, Allahın əlindədir və O, buna qadirdir. Həmd və səna aləmlərin Rəbbi olan Allaha məxsusdur

Mövzuya giriş

Tarixdə ən böyük yalan guya Peyğəmbərin (s.a.v) səhabələrinin bir-birilərinə qarşı düşmənçilik etmə iddiasıdır. Bu təmamilə batil iddadır. Bunun batilliyini Quranda səhabələr haqda deyilən gözəl vəsflər də təsdiq edir. Belə ki, Allah təalə buyurur: "Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır".( Ali İmran: 110.)
Peyğəmbər (s.a.v) hədisdə buyurmuşdur: "İnsanların ən xeyirlisi mənim zəmanəmin kimsələridir".
( Səhih əl-Buxari: Kitab əş-Şəhadət, Bab Lə Yəşhədu Alə Şəhadəti Covrin İzə Uşhidə, ? 2509.)
İslamın ilk qəribliyi, hicrətin üçüncü əsrindən sonra tarixi təhrif edən, onu qara qələmə verən, haqqı batil edən, düşmənçilik bəsləyən tarixçilərin meydana çıxması ilə başladı. Bu tarixçilər Peyğəmbərin r səhabələrinin bir-birlərinə qarşı mərhəmətli din qardaşları olmadıqlarını qələmə verirdilər. Onların bir-birilərinə lənət oxuyan xəyanətkar düşmən olduqlarını, həmçinin dünyaya və istəklərinə uyduqlarını iddia edirdilər.
Allaha and olsun ki, onlar yalan danışmış və ən böyük böhtan atmışlar.
Əbu Bəkr, Ömər, Osman, Əli, Talha, Zübeyr, Əbu Ubeydə, Aişə, Fatimə və b. (Allah onların hamısından razı olsun) öncül səhabələr onların atdıqları iftira və böhtanlardan təmamilə pakdırlar. Haşim və Ümeyyə oğullarının (Bənu Haşim və Bənu Ümeyyə) müsəlman olmaları, sıx qohumluq əlaqələri qurmaları və xeyir işlər uğrunda yoldaşlıq etmələri buna bir daha sübutdur. Onların vasitəsi ilə çox insanlar müsəlman olmuş, ölkələr fəth edilmişdir. Onlardan elə biri yoxdur ki, ata və ya ana tərəfdən haşimi nəsli ilə bağlılığı olmasın. Bil ki, ədalətli və dürüst rəvayətçilərin rəvayətlərinə əsasən Peyğəmbərin r səhabələri bəşəriyyətin tanıdığı ən xeyirli, seçilmiş insanlarıdır. Onu da bilmək lazımdır ki, səhabələr haqda mənfi rəvayət edənlər yalançı və uydurmaçılardır.
Ona görə də İslam tarixini, xüsusən də tarixçilərin təhrif etdikləri məqamları yenidən yazmağa ehtiyac vardır. Bunun üçün isə saf və dolğun mənbələrə əsaslanmaq lazımdır. Onu da bilmək lazımdır ki, ümmətimiz – İslam ümməti öz sağlam və pak tarixini qorumaqda birinci yeri tutur. Bizim saleh sələf tarixçilərimiz rəvayətlər dəyişilmədən öncə tarixi qələmə almışdılar. Onlar özlərinə yetişən bütün tarixi məlumatları toplamış və onları rəvayətçilərin doğum və ölüm tarixi, yaxud adları ilə tərtib edərək yazmışlar ki, oxucularımız çətinlik çəkmədən öz doğru və dolğun tarixini uydurma tarixdən ayırd edə bilsinlər.
İndi isə bizim öz sələflərimizin (ötənlərin) yolunu getmək vaxtımızdır. Biz həmin tarix kitablarını araşdırmalı, doğrunu yalandan ayırd etməliyik. Bax, bununla da biz əvvəlkilərin gözəl ardıcılları olarıq. Hər kəs bilməlidir ki, Muhəmmədin r səhabələrinin həyat yolu qəlbləri kimi pak və sağlam idi.
İslam ümməti özünün ən dəyərli mənbəsindən məhrum edilməklə üz-üzədir. Bu izzətli keçmişinə olan inamı itirməkdir. Bu, keçmiş tarixin heç vaxt rastlamadığı ən pak, ən sağlam və ən nümunəvi həyatıdır.
Tarix mövzusunda yazmaq istəyən hər kəs haqq və xeyir əhlinə qarşı sağlam düşüncədə olmalı, onları yaxşı tanımalı, onların layiq olduqları dərəcəni düzgün dəyərləndirməlidir. Tarix xəbərlərini daşıyanları tanımalı, doğrunu yalandan seçməli, yazanın özü sadiq və əmanəti qoruyan, həqiqətin keşiyində duran kimsə olmalıdır.


Tarix: 04.05.2013 / 11:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 124 Bölmə: Maraqlı melumatlar