beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GÜNAHLARIN ƏSLİ VƏ TƏMƏLİ

Günahların ən böyük cəzalarından insanın dünya və axirətdə düz yoldan çıxmasıdır. Çünki insanın həm bu dünyada, həm də axirətdə də düz yolda olmasına ehtiyacı vardır. İnsanın düz yola müvəffəq olması üçün Tövhid əhli (Muvahhid) olması lazımdır. «İman gətirib imanlarını zülmlə qarışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır». (əl-Ənam 82).

Günahlar dərəcələrinə və zərərlərinə görə fərqləndiyi üçün dünya və axirətdə ki, cəzaları da bu fərqə görə olacaqdır.
Günahların əsli ikidir: BİRİNCİ - Əmr olunanın tərk olunması. İKİNCİ - Qadağanların edilməsi. Bundan başqa günah yoxdur. İnsan ya qadağanı (haramı) edir, ya da vacibi tərk edir. Bu iki günahdır ki, Allah – subhənəhu və təalə – bunların ikisi ilə insanların və cinlərin Atasını imtahana çəkmişdir. Bu haqda da Sələflər arasında ixtilaf vardır ki, hansının günahı daha şiddətlidir. Əmr olunanı tərk etmək, yoxsa haramları etmək. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Əmr olunanı tərk etmək, günahı etməkdən daha şiddətlidir».
Bu ikisi də əzalarla edildiyinə görə ZAHİRİ – qəlblərlə edildiyinə görə BATİNİ – olaraq iki qismə ayrılır. Yenə də bu ikisi - Allahın haqqı – və - qulların haqqı - olmaqla iki qismə ayrılır. Nəyə görə ona bəndənin haqqı deyilir? Çünki bəndə (haqsızlıq, zülm edənə) güzəştə getməsə hesaba çəkiləcəkdir. Bəndənin haqqı ilə bağlı olan günahlar da Allahın haqqına daxildir. Bu günahlar özləri də dörd yerə bölünürlər.
BİRİNCİ – Təkəbbürlük (Hökmüdarların) günahı. İnsanın özünə yaraşmayan Rububiyyət sifətlərinə əl atması. Məs: Böyüklük, yüksəklik, təkəbbürlük, zorbalıq, azğınlıq, insanları özünə qul etmək kimi günahlardır ki, bunlar da Rububiyyətdə şirk, Rəbbə şərik olmaqdır. Şirk iki qismdir: BİRİNCİ – Allahın İsim və Sifətlərində şərik qoşmaq və Onunla birlikdə başqa İlahlar qəbul etmək. İKİNCİ – Allah ilə müamələdə şirk qoşmaq. Bu bəzən insanı Cəhənnəmə salmaya da bilər. Lakin etmiş olduğu əməli puç edir.
Bu qism günahlar ən böyük günahlardır ki, bura həmçinin daxildir elmsiz (bilmədən) Allahın yaratması və əmri barəsində danışmaq. Hər kim bu günahları edənlərdəndirsə o, kimsə Rəblik və hökmüranlıq tərəfdən özünü Allaha oxşatmışdır. Bu isə Allah qatında günahların ən böyüyüdür. Belə bir günahla birlikdə heç bir əməl də ona fayda verməz.
İKİNCİ - Şeytani günahlar. Şeytana oxşamaq həsəddə, azğınlıqda, kin-kudurət, hiylə, Allahın qadağalarını əmr etmək, onları gözəlləş-dirmək, itaətdən çəkindirmək, Allahın dininə yeniliklər gətirmək, bidətə çağırmaq, aldatmaq.
ÜÇÜNCÜ – Yırtıcı heyvan günahları. Düşmənçilik, qəsb etmək (zorla ələ keçirmək), qan tökmək, zəiflərin və acizlərin üstünə cummaq, zülmə və düşmənçiliyə qarşı cürətli olmaq.
DÖRDÜNCÜ - Heyvani günahlar. Acgözlük, tamahkarlıq, qarın və şəhvətini ödəməyə həris olmaq. Buradan da zina, oğurluq, yetim malını yemək, xəsislik, qorxaqlıq və özündən çıxmaq törənir. İnsanların işlədikləri günahların çoxu da bura aiddir. Heyvani günahlar insanları yüyənlərindən tutaraq digər günahlara da yönəldirlər. Beləcə heyvani günahlardan yırtıcı heyvani günahlara, oradan şeytani günahlara sonda isə Allaha Rububiyyətdə və təkliyində şərik qoşmaq günahlarına qədər gedərlər. Kim bu haqda düşünərsə ona aid olar ki, günahlar şirkin, küfrün və Allah ilə Rəblik döyüşünə aparan dəhlizidir.


Tarix: 15.04.2013 / 19:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 165 Bölmə: Maraqlı melumatlar