beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namazı gecikdirməyək

Namazı gecikdirməyək

Yolda çoxdan görmədiyim bir
dostumla qarşılaşdım. Cümə günü olduğundan məscidə birlikdə

getməyimizi təklif etdim.
O isə etiraz edərək dedi: "Mən hara, məscid hara? Heç məscidə

getdiyimi görmüsən?". Çox təəccüb etdim, inana bilməyib bir daha soruşdum: "Ciddi

sözündür, hələ bu vaxta qədər məscidə getməmisən?".
Dedi: "Uşaq yaşımda bir dəfə

aparıblar, ondan sonra getməmişəm".
Qəlbini qırmaq istəməyib dedim: "İnşaallah, bir gün

gedərsən". Görüşümüzdən bir müddət keçdi,
günlərin biri məscidə daxil olduğum zaman onu

da orada gördüm, namazda hamıdan ön cərgədə idi.
İstədim bir vaxtlar dediyi sözü - "Mən

hara, məscid hara? Heç məscidə getdiyimi görmüsən?"
yadına salam, amma artıq bunun

faydası yox idi, çünki cavab verə bilməyəcəkdi.
O, tabutun içində idi, hamı onun namazını qılırdı...

Namazı əmr edən Haqqdır, Səcdəgahımız ALLAH`dır!
Qıl Namazı savab çoxdur, qılmamağa üzr yoxdur!!!


Tarix: 04.06.2013 / 19:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 105 Bölmə: Maraqlı melumatlar